Sağlam dəri və gözəl saçlar üçün 5 faydalı meyvə və tərəvəz

Bu məhsulları gündəlik rasionuna əlavə et və dəyişiklikləri öz gözünlə izlə.

1. QIRMIZI VƏ SARI TƏRƏVƏZLƏR

Bütün sarı və qırmızı tərəvəzlərin (balqabaq, itburnu, xurma, şirin kartof, kök, şirin bibər) tərkibi beta-karotin və dəri üçün qoruyucu və bərpaedici xüsusiyyətlərə malik A vitaminin karotinoidi ilə zəngindir. Əsl mast-hev!

2. BALIQ VƏ DƏNİZ MƏHSULLARI

Dəniz məhsulları və balığın tərkibində böyük miqdarda yağlı turşular və dəri, saçlar, dırnaqlar üçün faydalı mikroelementlər var. Misal üçün, selen saçları möhkəmləndirir və başın dərisinin sağlamlığını qoruyub saxlayır, mis ağarmış saçların yaranmasının qarşısını alır. Niasin, biotin və və yod dərinin sağlam qalmasında iştirak edir. Həftədə iki porsiya balıq və dəniz məhsullarını rasionuna əlavə etməklə sağlam həyata start ver.

3. İSPANAQ

Əsl super qəhramanlar (keyl salatı, brokkoli, çuğundur) - bütün bu yaşıl tərəvəzlərin tərkibində böyük miqdarda dəmir, beta-karotin, C vitamini var. Aralarında ən önəmlisi (ən universalı) ispanaqdır. Salat hazırla, meyvə və tərəvəzlərlə qarışdır, buharda bişir və ya isti hörəklərin üstünə qoy. Əsas məsləhət - bişmə temperaturuna diqqət yetir - tepmeratur nə qədər çox olarsa, ispanağın tərkibində bir o qədər az faydalı nutriyentlər qalacaq. Maksimal fayda almaq üçün ispanağı çiy yemək tövsiyə olunur.


4. GİLƏMEYVƏLƏR

Giləmeyvələrin tərkibində kollagen və polifenol antioksidləşdiricilərin hasilini gücləndirməyə kömək edən böyük miqdarda C vitamini var. Çiyələk, qara qarağat və qaragilə ye, giləmeyvə smuziləri hazırla və desertləri bəzə. Dondurulmuş giləmeyvələrdən də istifadə et: soyuqda bütün faydalı maddələr saxlanılır, bu üzdən təzə məhsulları il boyu qəbul edə bilirsən. Əsas şərt giləmeyvələri soyuducudan çıxaran kimi yeməkdir.


5. QOZ-FINDIQ VƏ SUPERFUDLAR

Yunan və ya şam ağacının qozları, badam, çia, günəbaxan, balqabaq tumları dərinizə və saçlarınıza faydalıdır və onları sağlam, gözəl və parlaq saxlayır. Özün düşün: selen, sink, biotin dərinin elastik qalması və nəmləndirməsinə cavabdehdir, həmçinin saçları gücləndirir və onlara parlaqlıq bəxş edir. Günə bir ovuc qoz-fındıq və ya tum kifayətdir.

Mətn: Şəkil: Getty Images