KAYLA İTSİNES
7.7 mln təqibçi sayı olan Avstraliya fitnes-bloqer, şəxsi trener və sahibkar. Kayla özünün şəxsi 12 həftəlik Bikini Body Guide məşq proqramını yaradaraq, fitnes-zallara ehtiyac olmadığını sübut edib. Ən çox layk sayı onun müştərilərinin “əvvəl və sonra” şəkilləri toplayır. Dəyişikliklər həqiqətən ciddidir. Sınamaq istəyirsən?
İlham al: @kayla_itsines
JANNA VAN DİJK
Layfstayl kateqoriyasında tanınmış mütəxəssis, şəxsi trener və bloqer sosial şəbəkələrdən məlumatları bölüşmək, tövsiyələr vermək, həmçinin fitnes və sağlam qidalanma haqqında məsləhətlər vermək üçün istifadə edir. Zərif və həyatsevər Janna öz təqibçilərini necə ilhamlandırmaq, həmçinin onları özünə inamlı, sağlam və xöşbəxt etməyin yollarını yaxşı bilir.
Sosial şəbəkələrdə axtar: @zannavandijk
REYÇEL BREQEN
İsveçli yazıçı, orator və yoqa-quru iki milyonluq təqibçı yığmamışdan öncə illərini ABŞ-da yoqanın sirlərini öyrənməyə sərf etmişdir. Öz istaqramında Reyçel yoqa asanlarını, uşaqlar, itlər, peyzajlar, ailə, yeməklər və ideal həyat şəkillərini paylaşır. Yəni normal insanlara məxsus bir instaqram. Abunə ol!
Layk qoy: @yoga_girl
CANET CENİKS
Fitnes üzrə 25 illik təcrübəyə malik Hollivud Kouçu bədən və ruh haqqında biliklərini bölüşür. Əgər sən maraqlı və effektli məşqlər axtarırsansa onda bu bu insatgram hesabını izləməyə başla.
İnstaqram: @msjeanettejenkins
BELLA FALKONİ
Möhtəşəm bədən quruluşuna malik enerjili brazilyalı fitnes-karyerasını ABŞ-da yaradıb. Bella hüquqi universitetdən çıxaraq ABŞ-a yollanaraq orada amerika və brazilya idman jurnallarında model kimi çalışıb. Daha sonra dietoloq məktəbinə daxil olub. Ardıcıl olaraq — turnirlərdə qalibiyyətlər, xöşbəxt ailə və idman qidaların brendlərində reklam üçün təkliflər. Evdə idmanla məşğul olmaq üçün super videolar axtarışındasan? Onda təcili olaraq Bellanın istaqramına abunə ol!
Budur: @bellafalcon