Cütlüklər üçün məşqlər

Birlikdə idmanla məşğul olmaq nəinki yeni ildə fitnes-məqsədlərinizə çatmağa, həmçinin münasibətlərinizə təsir edərək sizi daha yaxın edəcək.

1. RƏQSLƏR

Cütlük rəqslərisağlamlığa atılan addım və daha nələr. Bu həmçinin sağlam münasibətlərə atılan addımdır. Çünki rəqs ilk növbədə ünsiyyətdir ki, burada bir-birinizə mane olmadan yaxın olmağı öyrənirsiniz. Həmçinin çütlük rəqsləri eyni hərəkətlərlə məqsədə çatmağa kömək edir. 

2. BOKS

Dünya üzrə kişilər və qadınlar daha çox güclü, cəld və müntəzəm uyğunluq üçün boks idman növünü seçirlər. Əgər siz özünüzü və iradənizi üstələyəcək bir idman növü axtarırsınızsa, onda boks mükəmmək uyğun gəlir. Həmçinnin sevimli insanla idmanla məşğul olmaqdan gözəl nə ola bilər?


3. TENNİS

Tennis və ona oxşar idman növləri skvoş, badminton, pinq-ponqcütlükdə idmanla məşğul olmaq istəyənlər üçün əla seçimdir. Əgər hər ikiniz bu idmanla ilk dəfə məşğul olursunuzsa, professionallardan bir neçə dərs götürmək yerinə düşər. Sosisl bir səviyyəyə çıxmaq istədikdə isə tennis klublarına gedib digər cütlüklərlə yarışma keçirə bilərsiniz!

4. AKRO-YOQA

Akro-yoqaadından da göründüyü kimi akrobatika və yoqa idman növlərinin birləşməsidir. Bu idmanda əsas bir tərəfin digərini qaldırmaq və ya saxlamasıdır ki, o da öz növbəsində cütlüklər arasında bir-birilərinə inamı artırır. 

5. GƏZİNTİ

Gəzintiyə çıxmaq – bundan gözəl nə ola bilər? Gəzinti üçün xüsusi tələblərə ehtiyac yoxdur, xüsusi geyim və ya ayaqqabı olmadan belə ürəyiniz istədiyi məsafə və yerdə gəzintiyə çıxa bilərsiniz. Həmçinin stressi atmaq üçün təbiət qoynuna da çıxmaq olar. Ən əsası isə bir-birinizin yanında olaraq atdığınız hər bir addım sizin sağlamlığınıza müsbət təsir göstərəcək!

 

Mətn: Şəkil: Getty Images