Üz xəritəsi : sızanaqlar nədən xəbər verir?

Əgər sızanaqlar üz dərinin müəyyən hissəsində təkrarən əmələ gəlirlərsə demək əsl problem daxildə gizlənib. Onda Qədim Çin ənənələrinni köməyə çağıraraq üzün xəritəsini tərtib edirik.

ALIN
Üz xəritəsini tərtib edə entuziastlar alında olan problemlərin alın və sinir sistemi ilə əlaqəli olduğunu təstiq edirlər. Alın nahiyyəsindəki səpkilər adətən stress nəticəsində əmələ gəlir, demək ona yalnız yoqa və meditasiya kömək olacaq. Həmçinin həzm orqanlarına kömək etmək üçün kifayət qədər su, meyvə və tərəvəzlər qəbul et. 


QAŞLAR ARASI HİSSƏ
Əgər problemlər məhz qaşlar arası hissədə əmələ gəlməsi həzm orqanları, qara ciyər və böyrəklərdə olan problemlərin göstəricisidir.  Bu orqanlara mənfi təsir göstərəcək  - siqaret çəkmək, spirtli içki işmək və yağlı qidadan uzaq ol. Həmçinin problem sənin süd məhsullarına individual alergiyan ola bilər. 

BURUN

Ənənəvi tibb tərəfdarları hesab edirlər ki, burun bütün tənəffüs sistemi ilə əlaqəli olması ilə yanaşı ürək və ağ ciyərlərlə də əlaqəlidir. Əgər səni bilavasitə burnun üstündəki səpkilər narahat edirsə təsyiqi yoxlamaq və aşağı qlikemik indeksə malik qidaya keçməyi tövsiyə edirik. Həmçinin qida rasionundan ət, kofe, alkoqol və istiotlu qidaları çıxarmanız yaxşı olar. 

SAĞ YANAQ
Çin təbabətinə görə bədənin sağ və sol tərəflərində fərq çox böyükdür. Əgər məhz sağ yanağında səpkilər əmələ gəlirsə ola bilər ki, ağ ciyərlərinə xüsusi diqqət verməlisən. Sənə daimi kardio məşqlər, tənəffüs təlimləri və siqaretdən imtina tələb olunur. Həmçinin sağ yanaq orqanizmə şəkərin səviyyəsi haqda da siqnal verə bilər, ona görə də şirniyyata çox meyilli olma. 

SOL YANAQ
Sol yanaq birbaşa olaraq qara ciyərlə əlaqəlidir. Ona görə də sol yanağında səpkilər varsa mütləq olaraq alkoqol və yağı yeməklərdən uzaq ol. Bu sənə situasiyanı dəyişməyə kömək edəcək. 

BURUN YANLARINDA OLAN NAHİYYƏ
Bu nahiyyədə olan problemlər çox vaxt nazik bağırsağın vəziyyətindən asılı olaraq dəyişir. Soyuq içkilərdən qaç və səpkilərin məhz hansı yeməklərdən əmələ gəldiyini müəyyən etmək üçün qida gündəliyi tut. 

ÇƏNƏ
Çənə hissəsindı olan problemlər dalaq, böyrəklər və həzm sistemi ilə əlaqəli ola bilər. Problemlərdən qurtulmağa sənə düzgün qidalanma və aktiv həyat tərzi kömək ola bilər. Bəzi hallarda çənə hissəsindəki dəri problemləri orqanizdə baş verən hormional disbalansdan da xəbər verir. Bu halda səpkilər mensturalsiya öncəsi əmələ gəlir - bu halda dermotoloqa müraciət etməyiniz məqsədə uyğun olar. 

ÇƏNƏ XƏTTİ
Çənə xətti boyunca olan problemlər çox vaxt yoğun bağırsağın problemlərində xəbər verir.  Ona görə də qida rasionuna daha çox sellioz tərkibli qidalar əla et və kifayət qədər su iç. Həmçinin bu problem dişlərlə bağlı olaraq sənə stomotoloqa müraciət etməyi tövsiyə edirik. Hormonal disbalans da bu nahiyyədəki problemlərin səbəbi ola bilər. 

ORİFLEYM EKSPERTİ MELİNA QALEADİ TÖVSİYƏ EDİR

"Dəriyə qulluq kompleksi – dırinə əla görünməyə kömək edən sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. Mobil telefonunun təmizliyi və makiyaj fırçalarının təmizliyinə riayət et. Üzünə tez-tez əl vurma, hər hansısa krem və ya tonal əsası istifadə etməmişdən öncə əllərini mütləq olaraq yu. Bu kiçik incəliklər üz dərində olan problemlərin azalmasına səbəb olacaq.  Bunlara baxmayaraq sızanaq yenə də əmələ gəlirsə öncə nə yediyinizə fikir verin. Ola bilər ki, hər hansısa qidaya reaksiya verərək sızanaq əmələ gəlib. Əgər aknelərdən uzun müddət əziyyət çəkirsənsə həkim-dermatoloqa müraciət et: o problemin kökünü tapmağa kömək edəcək. "











Mətn: Şəkil: Oriflame