İdman və sən: məşqlərinin effektliliyinin artırılması üçün 8 məsləhət

Kəmiyyət keyfiyyət deyil. Sizə daha az, lakin daha çox effektliliyi olan səkkiz məsləhət verəcəyik.

1. NƏ İSTƏDİYİNİ ANLA

Sənin necə görünmək istəməyin və bunun üçün nələr etdiyinin arasında bir dünya qədər fərq ola bilər. Özünə sual ver: «Mən həqiqətənmi idmanla məşğul olmaq istəyirəm? Nəyə nail olmaq istəyirəm”? Bu suallara cavab idman zalına getməyin real səbəbinə aydınlıq gətirə bilər.  Həmçinin aylıq məbləği ödəməyə də çox vaxt qalıb.

2. MƏQSƏDLƏRİ MÜƏYYƏN ET VƏ QARŞINA TAPŞIRIQLAR QOY

Planlaşdırma olmada nəticə olmaz. İdman zalına getmək sadəcə olaraq vaxt itkisi də ola bilər: bir trenajordan digırinə keçirsən, müxtəlif hərəkətlər edirsən, lakin heç bir dəyişiklik yoxdur? Sən nəyi dəyişmək istəyirsən? Necə görünmək istəyirsən? Məqsədlərinə aydınlıq gətirərək, özünə tapşırıqlar ver.  

3. SADƏCƏ DAVAM ET

Həyat dəyişikliklər gətirir. Lakin bu o demək deyil ki, cəmi bir məşqi buraxdıqda bunu özünə dərd etməlisən. Sənin üçün nəyin daha vacib olduöunu müəyyən et və idman üçün vaxt ayır. Bu sənin sevimli məşqin də ola bilər. Ən əsası o sənə uyğun gəlməlidir. Və məşğul ol.

4. MƏSLƏHƏT AL

Ağır yüklə məşq etmək və ya üç saat qaçışla məşğul olmaq heç də vacib deyil. Həmçinin özünə hirslənərək başqaları ilə müqayisə etmək heç də yaxşı deyik. Sən idman zalında ən kök insan deyilsən. Həmçinin ən arıq da deyilsən. Sən olduöun kimisən. Məşqçidən sənin üçün uyğun olacaq idman yüklənməsini seçməyini xahiş et. İdeal variant — ilk birinci və ikinci ayı fərdi məşqlər üçün ödəniş edərək gələn məşqlərdə isə tək məşğul olmaqdır.

5. BİR NEÇƏ ƏZƏLƏ ÜÇÜN MƏŞQLƏR SEÇ

Effektliliyi gərgin məşqlərlə artırmaq mümkündür. Və gərginlik dedikdə güc nəzərdə tutulmur. Beləliklə bir neçə əzələni birlikdə məşq etdirəcək hərəkətlər seç. Hərəkətlər arası fasiləni uzunmüddətli etmə. Həmçinin məktub və zənglərə cavab verməyə vaxt sərf etmə. Məhz buna görə telefonunu aviorejimə qoy.   

6. VƏ QARIŞDIR

Bir müddətdən sonra bədən məşq və gərginliyə öyrəşir. Buna yol verməmək üçün müxtəlif hərəkətlər et: məşq növlərini qarışdır, hərəkətləri və ya ağırlığı artır!

7.  İSTİRAHƏT ET

Biz sağlam adətlər və daimi məşqlərin tərafdarıyıq. Lakin çox idmanın da zərəri var.  Məşqlər arası fasilə bir sutkadan az olmamalıdır. Hərəkətlər arası interval isə — gücün artırılması üçün 3 dəqiqə və əzələlərin artırılması üçün 1 dəqiqə olmalıdır. Yoqa, üzgüçülüyü də unutma və kifayət qədər yat. Məşqlər və istirahəti düzgün uyğunlaşdırmaq məşqlərdə daha çox nəticə verir.

8. ÖZÜNÜ MƏCBUR ETMƏ

İşdə stress, gücün azalması və pis əhval ruhiyyəbizim hər birimizin pis günləri olur. Özünü həqiqətən də yaxşı hiss etmirsən? Məşqin gününü dəyiş. Müəyyən hərəkəti uzun müddət edə bilmirsən? Bacardığın qədər et, qəhramanlığın mənası yoxdur. Məşq zamanı daha çox tərləyirsən və ya hündürdən nəfəs alırsan? Güclü dezodorantdan istifadə et, qolsuz mayka geyin və tez-tez dəsmaldan istifadə et. Bir sözlə perfeksionizmsiz. Uğurlar arzu edirik!

Mətn: Şəkil: Getty Images