Həyatına asanlıqla daxil edə biləcəyin 8 faydalı vərdiş

Həyat gözəldir, amma heç yerdə məhdudiyyət olmasın gərək?

İqelösadan olan baş aşpaz Mett Polun məsləhətləri ilə tanış ol. Öz həyat tərzini dəyişən bu insan 60 kq arıqlamışdır. O, buna necə nail olub? Məgər sən Mettin etdiklərini edə bilməzsən?

1. GÖYƏRTİYƏ ÜSTÜNLÜK VER

Yeməyə salatla başla! Tərəvəz və göyərtini yeyərək doysan, əlavə yeməyə ehtiyac olmaz.

2. ... VƏ TƏRƏVƏZLƏR

Yemək dolu boşqaba nəzər sal. Nə görürsən? Adətən kotlet, kartof, üzərində isə bir ədəd göyərti yarpağı. Gəl boşqabın içərisindəkiləri bir az dəyişək. Boşqabın 1/3 hissəsini tərəvəzlə dolduraq, qalan yerə isə qarabaşaq və azca ət və ya balıq əlavə edək. Dadına söz ola bilməz

3. ÖZ QAYDALARINI YARAT

Yeməyinə dadsız saydığın ərzaqları asanlıqla əlavə edə bilərsən. Buxarda bişmiş və ya suda qaynadılmış tərəvəzdən xoşun gəlmir? Eybi yox! Onları doğrayıb şorbaya əlavə et. Dadlıdır.

4. TƏZƏ YAXUD DONDURULMUŞ? 

Hər ikisi! Əlbəttə, təzə tərəvəzə daha çox üstünlük verilir. Lakin buz dolabında bir neçə dondurulmuş tərəvəz saxlamağınız yaxşı olardı. Öz mövsümündə yığıldığından, dondurulduqda da bu tərəvəzlərin qidalandırıcı tərkibi itmir.

5. SAĞLAM İNSANIN BARBEKÜSU 

Qızardılmış əti hər kəs sevir. Kabab yedikdən bir müddət sonra ağırlıq hissi səni tərk etmir? Köz üzərində yalnız əti deyil, tərəvəz və göbələyi qızart. Bir az yağ, biz az da ədviyyat əlavə etsən, yeməyinin dadı əla olar.

6. DİGƏR QƏLYANALTILAR 

Xiyar, yerkökü və göyərti. Bunları birləşdirib, gündəlik qidamıza daxil etsək, nailiyyətlərimiz böyük olar. Tərəvəzdən müxtəlif şorbalar, souslar bişir və qəlyanaltı et. Qəlyanltıda bibər, gül kələm və noxuddan istifadə etməyi unutma.

7. KARTOFU QİYMƏTLƏNDİR

Kartof çox asan başa gələn və çoxlarının sevdiyi qidadır. Lakin onu daha faydalı qidayla əvəz etmək olar. Məs., yerkökü, gül kələmi və ya lobya.

8. MACƏRALAR AXTARIŞINDA!  

Yalnız müəyyən qaydada qidalanmaq vərdişi bizdə uşaqlıqdan qalıb. Lakin böyüdükcə çoxlu sayda yeni və dadlı qida növləri aşkarlamışıq. Bəziləri haqqında isə təsəvvürümüz belə yoxdur. Böyük və kiçik supermarketlər, bazarlar, yarmarkalar yeni qida növlərini təklif edir. Yeniliyin dadına bax! Hər həftə özün üçün yeni bir qida növü aşkar et! Nuş olsun!

Mətn: Şəkil: Oriflame