O qədər tebiidirlər ki, adam yemək istəyir

Hər bir yenilənmiş Love Nature xəttində indi bir yox, iki orqanik super maddə. Hər şey dərinin gözəlliyi üçün və təbiətə sevgi ilə!

Love Nature yeniliklərin formulalarında parabenlər yoxdur, yuyucu maddələr isə bio parçalanandır, onlarda nə silikon, nə plastik mikrosfer yoxdur – bütün təmizləyici hissəciklər yalnız təbbii mənşəlidir. Maddələr pestisidlərdən istifadə etmədən orqanik təsərrüfatların ekoloji şəraitində sevgi ilə yetişdirilir, qabları isə 40%-lik emal olunmuş plastikdən ibarətdir

Dəriyə qayğı, planetə qayğı, sənə qayğı – bax budur Love Nature!

Orqanik aloe vera + orqanik kokos suyu
Aloe vera yarpaqları 99.5%-lik sudan ibarətdir – məs buna görə o öz nəmləndirici xüsusiyyətləri ilə tanınır. Aloe hücəyrələrin yenilənməsini sürətləndirir, sağaldır, qıcıqlanmanı aradan qaldırır, antioksidant təsir göstərir və dərini oksigen ilə qidalandırır. Məhsullarımız üçün Meksikanın Tamaulipas cənub əyalətində dünyadakı ən məşhur orqanik təsərrüfatlardan birində aloe alırıq.

Normal dəri üçün yeni seriyaya nəmin səviyyəsini saxlamağa və qorumağa kömək edən kokos suyu əlavə etdik. Onda epidermis hüceyrələrini gücləndirən sitokinlər və antiiltiahablı laurik turşusu var.

Çay ağacının orqanik yağı + orqanik laym
20-ci əsrin əvvəllərində çay ağacı yağının güclü antibakterial və antigöbələk xüsusiyyətləri təsdiq edən ilk tədqiqatlar ortaya çıxdı – onu hətta yerli antibiotik kimi istifadə ediblər. Kosmetika tərkibində olaraq, o iltihab və yağlı parıltı ilə mübarizə aparır.

Yağlı dərilər üçün sevdiyin maddənin xüsusiyyətləri, dərini dərhal tonlayan və mat edən laymla gücləndirilmişdir.

Orqanik yulaf + orqanik goji giləmeyvələri 
Yulaf biotin, protein, maqnezium, silikon və fitik turşusu və B qrupu vitaminləri ilə zəngindir. Bu güclü kokteyl incə, quru dərini gücləndirir, nəmləndirir, yumuşatır, hamarlaşdırır və sakitləşdirir. Daha çox rahatlıq və qidalanma üçün biz goji giləmeyvələrini əlavə etdik - qidalandırıcı maddələrə, vitaminlərə, amin turşulara və antioksidantlara malik əsl superfud.

 Love Nature məhsulları üçün goji giləmeyvələri öz tarixi vətənlərində, Çinlə əldə edilir. Onlar Ningxia ərazisində aşağı temperaturda yetişdirilir və yayda yığılır ki, onların xüsusiyyətləri tam üzə çıxsın.

Mətn: Şəkil: Oriflame