Yəqin sən bilirsən ki, gecə kreminin gündəlik dəriyə qulluğa daxil edilməsi məcburidir, amma bilirsən niyə? Biz, Oriflame-in elm və ərzaq kommunikasiyaları üzrə mütəxəssisimiz, David Ceymsondan gecə vaxtı dəriyə qulluq kremi haqqında bilməli olduğumuz hər şeyi danışmağı xahiş etdik.
Sən yatarkən möcüzələr yaradan vasitə uzaq bir arzu kimi görünür. Amma xüsusilə gecə vaxtı istifadə üçün hazırlanmış nəmləndirici krem həqiqətən dəriyə çoxlu xeyir gətirir.
Niyə gecə kremi almaq lazımdır
Biz günəşin və çirklənmiş havanın təsiri altında çoxlu vaxt keçiririk, buna görə dəri quru və qıcıqlanmış olur. Yaxşı gecə kremi ətraf mühitin mənfi təsirlərinin öhdəsindən gəlməyə kömək edəcək. Həqiqət ondan ibarətdir ki, hər bir məhsul unikal bir məqsədə xidmət etdir və günün müəyyən bir vaxtında ən yaxşı şəkildə işləyən müxtəlif inqrediyentlər ehtiva edir. Yuxuya getməzdən əvvəl gündüz kremindən istifadə etməyi dayandırmaq vaxtı deyilmi artıq?!
"Gecə kreminin təyinatı – dərini gücləndirilmiş qidalanma ilə təmin etmək və onu yuxu vaxtı bərpa etmək. Gecə kremləri həmçinin qırışlar, elastiklik itkisi və solğun dəri rəngi kimi müxtəlif problemləri həll etmək üçün nəzərdə tutulub", — David Ceymson deyir.
Gecə vs gündüz kremləri
"Gecə kremləri adətən daha çox qidalandırıcı inqrediyentlər ehtiva edir – şi yağı, toxum yağları və digər. Gündüz kremləri isə gecə saatlarında istifadə üçün uyğun olmayan UV filtrləri və qoruyucu aktiv maddələri ehtiva edə bilər. Beləliklə, gecə və gündüz kremləri müxtəlif problemləri həll edir və müxtəlif üstünlüklərə malikdir".
Düzgün şəkildə çəkirik
"Gecə nəmləndirici kremi dərinin təmizlənməsindən sonra, həmçinin göz qapaqları üçün krem və serumdan sonra çəkmək lazımdır". Noxud ölçüsündə kremi yanaqlara, çənəyə və alına çək. Krem tamamilə hopulana qədər bərabər şəkildə massaj et. Çəkilmə nayihəsi - gözətrafı nayihə istisna olmaqla, bütün üz.
Yaxşı gecə kremi dəriyə axşam qulluğunun bütün müsbət məqamlarını fiksasiya etməyə kömək edəcək. Buna baxmayaraq, onu mümkün qədər tez çəkmək vacibdir, yatmazdan əvvəl son dəqiqələrə təxirə salmadan, kremin balışa deyil, dəriyə düzgün şəkildə hopulması üçün.
Ən yaxşısını seçirik
"Adətən gecə kremlərimiz bütün dəri tipləri üçün nəzərdə tutulur, buna görə də gecə kremini dərinin ehtiyaclarından asılı olaraq seçməyi məsləhət görürük. Məsələn, qırışlarla mübarizə, liftinq və ya bərabər ton. İxtisaslaşdırılmış gecə kremləri öz standart "vəzifələrinə" əlavə olaraq dərinin problemlərini həll edə bilirlər, məsələn, qidalanma və bərpanı".
Sənə lazım olan 7 gecə kremi
1. Əgər sənə əlavə liftinq lazımdırsa, NovAge Ultimate Lift Contour Define gecə liftinq-kremi əla variant ola bilər. Bu nəmləndirici krem daha dəqiq üz konturu üçün kollagen və elastinin istehsalını artırır.
2. Optimals Urban Guard 3D qoruyucu gecə kremi şəhər həyatını sevənlər üçün idealdır. O, ətraf mühitin mənfi amillərinin yüksək təsir zonasında "yaşayan" dərinin təmizlənməsi və balansın bərpası üçün nəzərdə tutulub.
3. Daha yüngül bir şey istəyirsən? Optimals Hydra Radıance kombinə olunmuş dəri üçün nəmləndirici gecə kremini seç. Gel teksturalı bu matlaşdırıcı nəmləndirici yumşaqlığı bərpa edir və dəri maneəsini möhkəmlədir.
4. Sənin qeyri-bərabər dəri tonun, tünd ləkələrin və pigmentasiya pozuntun var? Novage Brilliance Infinite Luminosity piqmentasiyaya qarşı gecə kremini sına.
5. Həssas dəri? Ultra Calm texnologiyalı NovAge Skinrelief Pro Resilient gecə krem-komforta diqqət yetir. O, xüsusi olaraq həssas dəri üçün hazırlanıb.
6. Royal Velvet dartıcı gecə kremini özünə xoş anlar bəxş etmək üçün istifadə et. Lüks teksturalı bu nəmləndirici vasitə dərini möhkəmləndirir və qırışlarla mübarizə aparır.
7. Optimals Hydra Radiance quru dəri üçün nəmləndirici gecə kremi - dartılmış, susuzlaşmış dəri üçün əsl tapıntı. Krem gecə boyu lipid maneəsini intensiv şəkildə nəmləndirir və bərpa edir.