Dəriyə 24 saat qulluq

“Bioloji saat” kimi adlandırılan orqanizmin sutkalıq ritmi hormonal fonla müəyyən olunaraq dəri sağlamlığına cavab verir. Bir neçə faydalı adətlər daxili aləmini dəriyə kompleks qulluqla sinxronlaşdırmağa imkan verir.

SƏHƏR

Gün ərzində dərin ətraf aləmin çirki və günəş şüaları kimi xarici təsirlərə məruz qalır. Məhz ona görə də sənə gün ərzində dərini qoruya biləcək vasitələr lazımdır.

Əgər sən böyük şəhərdə yaşayırsansa sənə yüksək çirklilikdən qoruyan bir vasitə lazımdır.  Zərif teksturlu zərdab – dərinin dərin qatlarına nüfuz edərək onu qidalandır. Lakin tək zərdab dərinin nəmləndirilməsi üçün kifayət etmir. Bunun üçün nəmləndirici krem və günəşdən qoruyucu vasitə istifadə etmək lazımdır.  

İstifadə etdiyin kremin sənin dərini müdafiə etməsi lazım olduğuna baxmayaraq, onu gözətrafı zonaya çəkmə. Gözətrafı üçün sənə daha yüngül teksturlu xüsusi vasitə lazımdır. Dəridəki çirki təmizləmək üçün istifadə olunan effektli məhsullardan asai bitki gövdə hüceyrələrini misal göstərmək olar. Onun tərkibindəki amin turşuları dərini fəal nəmlədirərək sərbəst radikallarla mübarizə aparır. Həmçinin SPF–i də unutma – çox vasitələrin tərkibində SPF15 mövcuddur.

GÜNÜZ

Bütün günü kompyüter arxasında əyləşmək sənin dərinə bildiyindən də çox təsir göstərir. Tətqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, kompyüter şüaları dəridə klassik yaşlanma əlamətləri olan xırda qırışlar, hamarlığın itirilməsi, piqment ləkələr və qızartının əmələ gəlməsinə səbəb olur.

Bu xoşagəlməz problemlərdən qaçmaq üçün gün ərzində tərkibində amin turşuları olan ( məsələn, Ecobeauty brendi) tonik-spreylə dərinin müdafiə gücünü stimullaşdıra bilərsən. 


AXŞAM

Həmçinin biz bilirik yuxu çatışmazlığı bizim əhval-ruhiyyəmizə təsir etdiyi kimi dərimizə də çox böyük təsir göstərək vaxtından tez yaşlanma və iltihabi proseslərin əmələ gətirməsinə səbəb olur. Ona görə də mütləq olaraq 7-8 saatdan az olmayaraq yatmaq lazımdır – bu vaxt ərzində dəri bərpa oluna bilir.

Axşamlar üz dərisinin təmizlənməsi sənin üçün dizlərin təmizlənməsi kimi vacib olmalıdır: bu proseduru hər gün heç nəyə baxmayaraq etmək lazımdır. Çox toniklərin tərkibində hidroksil turşuları (məsələn salisil turşusu, qlikolik turşusu və süd turşuları) olaraq dərinin stimullaşması və yenilənməsinə kömək edir.  Bu tərkib NovAge Ecollagen və True Perfection seriyası zərdabların da mövcddur. Bu effektli vasitələr ölmüş hüceyrələrə nüfuz edərək gecə boyunca dərinin stumullaşması prosesini gücləndirirlər. 

Gecələr dəridə mayenin azlması prosesinin pik nöqtəsi olduğu üçün onu gecə kremi ilə nəmləndirmək vacibdir.





Mətn: Şəkil: Getty Images