AVAKADO
SU
Bütün zamanların ən yaxşı anti-yaş vasitəsi. O zəhərli maddələri yuyub aparır, qurumaqla mübarizə aparır, dərini yumuşaq edir və ona parlaqlığı qaytarır.
BROKOLİ
Brokoli kələmi dərini günəş şüaları, çirklənmə və.s kimi ətraf-aləmin təsirində qoruyan C vitamini ilə zəngindir. Bundan əlavə C vitamini kollagenin əmələ gəlməsində böyük rol oynaylr.
QOZLAR
Badam və qoz yüksək tərkibli Omeqa-3, zülal və Vitamin E ilə zəngindir. Onlar nəinki faydalı qəlyanaltıdırlar, həmçinin dərini bərpa edib qırışların əmələ gəlməsinin qarşısını alırlar.
QIZILBALIQ
Qızılbalıqlar nəslinin yağlı balığı dərinin parlaqlığını saxlayır. O, dərinin bərpa etməyə və elastikliyinin saxlanılmasına yardımçı olan zülal və həmçinin yağlı turşular olan omeqa-2, omeqa-6 ilə zəngindir.
TOMATLAR
Tomatların tərkibi yüksək antioksidləşdirici olan likopin təşkil edərək dərini ətraf-aləmin təsirindən və günəş şüalarından müdafiə edərək ona parlaqlıq verir.
KİVİ
Bir dənə kividə gün ərzində orqanizmə tələb olunan C vitami var. Bu super meyvə kollaqenin bərpa olunmasına, zərərli maddələrin orqanizmdən çıxmasına, dərini elastik saxlanılmasına və həmçinin insanın cavan görünməyinə kömək edir.
YULAF YARMASI
Yulaf yarmasının tərkibində dəri nəmliliyini balansına nəzarət edən çoxlu miqdarda sellüloza və faydalı elementlər var. Həmçinin onun tərkibi anti-iltihab, antioksidant maddələr və silisiumdan ibarət olub qırışların əmələ gəlməsinin qarşısını alır
Cavan görünməyə kömək edən qida əlavələri
OMEQA-3
Sən yağ turşusu olan omeqa-3-ü, məsələn balıq yağını qidaların tərkibində qəbul edə bilərsən, lakin çox vaxt orqanizmə lazım olan miqdarda yeməyimiz mümkün olmur. Omeqa-3 dəridə qırışların əmələ gəlməsinin qarçısını almaq, onun elastikliyini saxlamaq üçün çox lazımdır.
ASTAKSANTİN
Astaksantin yosunların tərkibindən hasil olunmuş antioksidantdır. O, beta-karotin və likopen sinfinə daxildir. Lakin tədqiqatlar sübüt edir ki, astaksantin E vitamini ilə müqayisədə sərbəst radikallarla 100 dəfə daha artıq mübarizə aparır.Sofiya Marino de Lemos