Günəş çata daxil oldu: 2022-ci ilin yayında SPF haqqında bilmək istədiyiniz hər şey

SPF - yayda özünə qulluğun əsas amilidir. Ultrabənövşəyi radiasiyanın artıq olması dərinin vəziyyətinə mənfi təsir göstərir, və onda onun müdafiəsinə günəşdən xüsusi müdafiə birləşmələri qalxır. SPF-nin nə olduğunu və günəşdən qorunma vasitələrindən necə düzgün istifadə etmək haqqında öyrənək.

SPF (Sun Protection Factor) - ultrabənövşəyi radiasiyadan qorunma faktorudur (UV). SPF indeksi göstərir ki, sən günəş şüalarından istifadə edərək günəşdə nə qədər qala bilərsən və eyni zamanda yanmaya bilərsən.

Ultrabənövşəyi işıq insan üçün gözə görünməzdir, çünki onun dalğasının uzunluğu görünən spektrdən daha qısadır.

UV radiasiyanın iki növü var: UVA və UVB. Onalr fərqli təsir göstərsələr də, dərini hər iki növ radiasiyadan qorumaq vacibdir. 

UVA şüaları dərinin alt qatına nüfuz edir - dermaya. Onlar hüceyrələrin yaşlanmasına gətirib çıxara bilər, qırışların yaranmasına və hüceyrələrin DNT-nə zərər vura bilər.

UVB şüaları dərinin xarici qatına — epidermisə təsir edir və günəş yanıqlarının yaranmasına səbəb olur. Adətən, bu tip şüaların təsiri günəşdə qaldıqdan bir neçə saat sonra nəzərə çarpır. SPF indeksi əsasən UVB şüalarına qarşı müdafiə dərəcəsinə aiddir, düzdür, indi istehsalçılar çalışırlar ki, hər iki növ filtrləri günəşdən müdafiə vasitələrinin tərkibində birləşdirsinlər.

 

NİYƏ GÖRƏ SPF İLƏ GÜNƏŞDƏN MÜDAFİƏ KRƏMİ DƏRİ ÜÇÜN BELƏ VACİBDİR?

Dəriyə qulluğu SPF günəşdən müdafiə kremi ilə başlamağın bir neçə səbəbi bunlardır:
- Günəş yanıqlarından qorunma
- Erkən yaşlanmanın qarşısının alınması
- Piqment ləkələrinin və allergik dermatitin qarşısının alınması

Sun 360 xətti hər dəri tipi üçün uyğundur. Vasitələrdən gündəlik istifadə etmək olar — yalnız çimərlikdə yox, həm də şəhərdə, hətta buludlu havada belə. SPF 30 ilə Oriflame Sun 360 üz və bədən üçün günəşdən müdafiə losyonu şəhərdə gündəlik istifadə üçün uyğundur və UVA/UVB şüalarının geniş spektrinə qarşı multiaktiv müdafiəni təmin edir. Yüngül, yağsız teksturaya malikdir, tez hopur, rütubətə və tərə davamlıdır.

SPF 30 ilə Oriflame Sun 360 günəşdən müdafiəedici üz və bədən losyonu

 

SPF 30 ilə Oriflame Sun 360 günəşdən müdafiəedici üz kremi bərabər parlaq ton verir və hiperpiqmentasiyanın yaranmasının qarşısını alır. Geniş spektrli UV filtrli Multi-Rays texnologiyası UVA/UVB şüalarından müdafiə edir, E vitamini isə günəşin və ətraf mühitin mənfi təsirindən yaranan oksidləşdirici stressdən qoruyur. Yüngül, yapışmayan teksturaya malikdir, dərhal hopur və ağ ləkələr qoymur, çimərlik və şəhər üçün uyğundur.

SPF 30 ilə Oriflame Sun 360 günəşdən müdafiəedici üz və bədən losyonu

 

Oriflame Sun 360 üz və bədən üçün jele bronzlaşmadan sonra dərini dərhal sakitləşdirir. Unikal Cool'n Soothe formulu buzlaq suyu və nəmləndirici rubus giləmeyvə ekstraktını ehtiva edir, bu da uzunmüddətli soyutma təsirini təmin etməyə kömək edir — günəşdə keçirilən gündən sonra gözəl hissdir! Jele tez hopur və dərinin intensiv nəmləndirilməsini təmin edir, xoş sərinlik və təravət hissi yaradır.

Oriflame Sun 360 qaralmadan sonra üz və bədən üçün jele

 

Əgər sənin dərin günəş şüalarının təsiri nəticəsində piqment ləkələrinin yaranmasına meyllidirsə, diqqətini dərinin nəm balansını, hətta tonunu və sağlam parıltını qoruyan formul ilə piqmentasiyaya qarşı gündüz kremi SPF 30 NovAge Brilliance Infinite Luminosity-a yönəlt. UV filtrləri və SPF 30 sayəsində krem dəri tonunu dəyişdirən ətraf mühitin təsirlərindən qoruyur. Rahat qablaşdırma-tübikdə olan kremi asanlıqla özünlə götürmək olur.

SPF 30 NovAge Brilliance Infinite Luminosity piqmentasiyaya qarşı gündüz kremi

 

GÜNƏŞDƏN MÜDAFİƏ VASİTƏLƏRİ NECƏ İŞLƏYİR?

Günəşdən müdafiə edən məhsul çox nazik "güllə keçirməyən jilet" kimi fəaliyyət göstərir, dəriyə çatmamış və ona zərər vurana qədər UV şüasını dayandırır. Kremlər və ya spreylər dərinin ultrabənövşəyi şüalardan zədələnməsinin qarşısını almaq üçün müxtəlif inqrediyentləri özündə birləşdirir. SPF filtrlərinin iki kateqoriyası var: fiziki və kimyəvi. 

Fiziki - titan dioksid (titanium dioxide) və ya sink oksidi (zinci oxydum) — bunlar xırda üyüdülmüş minerallardır. Onlar ultrabənövşəyi şüaları əks etdirir və həssas dəri üçün uyğundur. Günəşdən müdafiə vasitəsinin kimyəvi (və ya orqanik, yəni karbon tərkibli) inqrediyentləri müdafiə edən nazik qat yaradır, və o, UV-şüalanmanı udur, onun dəriyə nüfuz etməsinin qarşısını alır.

Bəzi UV radiasiyasının həcmi yenə də günəşdən müdafiə edən kosmetikaya nüfuz edir. SPF-in sayı gözəl qaralmanın yaranmasına imkan verən optimal vasitəni seçməyə imkan yaradır. SPF 15 ilə günəşdən müdafiə kremi günəşin altında mümkün qalma müddətini təxminən 15 dəfə artırır. Məsələn, əgər adətən sənin dərin günəşə çıxandan 10 dəqiqədən sonra qızarmağa başlayırsa, onda SPF 15 ilə günəşdən müdafiə kremi bu vaxtı 150 dəqiqəyə qədər uzadacaq.

DAHA YÜKSƏK MÜDAFİƏ DƏRƏCƏSİNİ ALMAQ ÜÇÜN İKİ VASİTƏNİ QARIŞDIRMAQ OLARMI?

Müxtəlif SPF müdafiə dərəcələri ilə günəşdən müdafiə vasitələrini qarışdırmaq məsləhət görülmür. Yadda saxlamaq lazımdır ki, müxtəlif SPF vasitələrin göstəriciləri toplanmır. Əgər sən SPF 15 ilə günəşdən müdafiə vasitəsini çəkəcəksənsə, üstündən isə SPF 30 ilə tonal vasitəni, nəticədə müdafiə yenə də SPF 30 olacaq.

Adaptiv tonal əsas THE ONE Everlasting Sync SPF 30 həyatın istənilən hadisəsinə uyğun gələcək — həm yayda, həm də qışda. Vasitə dərinin və ətraf mühitin ehtiyaclarına uyğunlaşır, bütün gün üçün makiyajın təravətini təmin edir. Havanın rütubəti artdıqda, ağıllı texnologiya xaricdən olan nəmi udur, onun artıqlarını toplayır. Ancaq hava quru olduqda, vasitə dəriyə nəm verir, onu qurumağa qoymur və lazımi nəm səviyyəsini saxlayır.

Adaptiv tonal əsas THE ONE Everlasting Sync SPF 30

 

GÜNƏŞDƏN MÜDAFİƏ VASİTƏSİNİ İSTİFADƏ EDƏRKƏN NƏYİ BİLMƏK LAZIMDIR?

Günəşdən qoruyan kosmetikanın istifadəsində öz xüsusiyyətləri var, UV-şüalanmadan dərini maksimal effektiv qorumaq üçün onlar haqqında bilmək vacibdir. Aşağıdakı tövsiyələrə riayət etməyi məsləhət görürük.

   • Günəş altına çıxmağa təxminən 30 dəqiqə qalmış günəşdən müdafiə kosmetikanı çək ki, vasitə dəriyə hopsun və tərləmə vaxtı yuyulmaq ehtimalı az olsun.
   • Üzgüçülük və ya intensiv məşqdən sonra günəşdən müdafiə kremini yenidən çəkməyi unutma.
   • Əgər sən açıq havada günəşin birbaşa şüalarının altında olursansa, günəşdən müdafiə kremini hər 2-3 saatdan bir çək.
   • Əllərini, ayaqlarının yuxarı hissəsini, qulaqlarını qoru və baş örtükləri haqqında unutma. Saçlar həmçinin baş dərisini günəş şüalarından müdafiə etməyə kömək edir, lakin onlar özləri əlavə müdafiəyə ehtiyac duyur, xüsusilə də nazik olduqda.
   • Dodaqların müdafiəsi haqqında da unutmaq olmaz. SPF 15 THE ONE multiaktiv dodaq balzamını tövsiyə edirik. Nəmləndirici və müdafiə xüsusiyyətləri olan qulluqedici balzam dodaqlara əlavə həcm və zərif çalar bəxş edir. Xəttimizdə bu ilin üç trend rəngi təqdim olunub.

 

Multiaktiv dodaq balzamı SPF 15 THE ONE

 

    • Əgər yağlı dərin və ya akneyə meyilin varsa, su əsaslı günəşdən müdafiə vəsaitini istifadə et.

   • Yararlılıq müddətini yadda saxla, çünki günəşdən müdafiə kosmetikasının bəzi inqrediyentləri zamanla öz effektivliyini itirə bilərlər.

Layfhak: əgər sən artıq davamlı makiyajı çəkmisənsə, onda köməyə SPF 50 ilə Oriflame Sun 360 günəşdən müdafiə spreyi gələcək. Bu rahat formatda olan vasitə kremin teksturası xoşuna gəlməyənlərə ideal şəkildə uyğundur. Maksimum günəşdən müdafiə üçün geniş spektrli UV filtrləri və yüksək SPF 50 ehtiva edir.

SPF 50 ilə Oriflame Sun 360 günəşdən müdafiə edən üz və bədən üçün sprey

 

Oriflame ilə birlikdə risk olmadan günəşdən zövq al.