Özünəarxayınlığa necə nail olmaq?

Ürəyinin dərinliyində səndən mükəmməl olmadığına əminsən. Lakin ən çox özünə inamlı insan belə bəzən buna şübhə edir. Əgər həyatında məhz belə an baş veribsə – bizim təlimatlarımızı oxuyaraq özünəarxayınlığa nail ol!

1. Düzgün poza al
Bir-neçə dəqiqən var? Güc pozası al və sənin özünəarxayınlıq hissin göylərə qalxacaq! Ayaqlarını geniş açaraq aralı qoy, əllərini tamamilə yuxarı qaldıraraq V forması al– bu qısa zamanda stressdən qaçmaq üçün olan yoxlanmış metoddur. 

2. Gülümsə
Əsassız demirlər ki, "Dünyaya gül - və dünya da sənə güləcək". Gülüş səndə özünəarxayınlıq hissi əmələ gətirir, stressi aradan qaldırır və ürək döyüntülərini sakitləşdirir – özünüz də qısa müddətdə pozitiv emosiyaların yarandığının şahidi olacaqsınız!

3. Yeni nəsə öyrən
Yeni məqsədlərə nail olmaq özünüqiymətləndirmə və özünəarxayınlıq hissini yüksəldir. Həm də yeni bilik və vərdişlərə nail olmaq çox maraqlıdır. Artıq bu nailiyyətin böyük və ya kiçik olmağının heç bir fərqi yoxdur. 

4. Qoxunu da unutma 
Bu qıraqdan çox bəsit fikir kimi gələ bilər, lakin əmin olun ki, insanlar sevdikləri ətirdən istifadə etdikdə özlərinə daha əmin olurlar. Biz bu məsələ üzərində daha çox işləmək qərarına gəldik və yeni My Destiny ətrinə turmalin ekstraktı əlavə etdik. Bu yarıqiymətli daş yaradıcılıq hisslərini oyadaraq özünəarxayınlıq hissini aşılamağı ilə seçilir. Sına və əmin ol!

5. Hərəkət et
Məşqlər, məşqlər və yenə də məşqlər! Nə qədər sadə səslənsə də, bu belədir: fiziki məşqlər həmişə bizim emosional vəziyyətimizə yaxşı təsir edir. Bunun üçün sənə olimpiya atleti olmaq heç də vacib deyil (əlbəttə əgər özün bunu istəmirsənsə), lakin qarşısına məqsəd qoyaraq ona nail olmağı hamı bacarar. Effekt özünü çox gözlətməyəcək. 



Mətn: Şəkil: Getty Images