ŞAXTALARA BAXMAYARAQ FORMADA QALMAQ!

Bütün qışı qaçış trenajorunda kilometrləri saymaqdan bezmisən? Bu məşqləri saxlamaq üçün səbəb deyil! Bədəni formada saxlamağın yeddi yeni üsulunu təqdim edirik.

1. FİTNES-BALET

Əgər balet hərəkətlərinə uşaqlıqdan həsədlə baxmısınızsa, bu dəbli məşq növü ilə məşğul olmağın əsl vaxtıdır. Fitnes-balet, bodi-balet və ya balet-barre -  onu müxtəlif adlandırırlar. Bu məşqlər esatiklik və bədənin əzələ gücünün vəhdətini təşkil edir. Məşq zamanı heç bir ştanq, çəki daşı və ya hanteldən istifadəyə ehtiyac yoxdur: məşq zamanı yalnız öz bədən çəkinizdən istifadə olunacaq. Nəticə – qüsursuz qamət, elastiklik, damarların hərəkətliliyi, həmçinin əzələ tonusu. 

2. DÖYÜŞ SƏNƏTİ

Rahat vorkaut axtarışındasan? Onda sənə əsl döyüş sənəti uyğun gələcək. Seçim çox böyükdür: həqiqi döyüş istəyirsən – boksa və ya karateye get, kontaktsız fitneslə maraqlanırsan – fit-fayt və ya kikboks-aerobika qruplarına qoşul. Hansını seçdiyindən fərqli asılı olmayaraq döyüşlə məşğul olmaq nəinki sinir sisteminin stabilləşdirilməsinə kömək edir, həmçinin özündə kardioməşqləri birləşdirir. 

3. PARKUR

Yox yox, hündürlükdən atlanmağa ehtiyac yoxdur. Parkurun müasir variantı – Parkurun müasir variantı – təhlükəsizlik təmin olunmuş və müxtəlif alətlərlə təchiz olunmuş idman zalında olan məşqlərdir. Burada sənin cəld, güclü və hərəkətli olmağın üçün real şansların var. 


4. 
KÖPÜKLÜ DİYİRCƏKLİ MƏŞQ

Sellulit hamıda var. Lakin bu o demək deyil ki, bu faktı qəbul edərək bədəni tonusda saxlamaq lazım deyil. Bu problemi aradan qaldırmaq üçün sənə iki əsas şey: köpüklü diyircəkli cihaz və internetə daxil olmuş kompyüter. Yutubda təlimata bax – onlar burda olduqca çoxdurlar və ev şəraitində videolara baxaraq məşq et. Həmçinin bu metod əzələlərdən gərginliyi götürərək onlara elastikliyi qaytarmağa kömək edir.

5. QRUPLA QAÇIŞ

Nə boks, nə də nalet sizi heyran etmir? Qaçışı sevirsən, yalnız bu idman növü sizin üçün adiləşdiyi üçün ondan da bezmisiniz? Qrup məşqlərini sına  – onlar sənin yalnız keçən məşqlərini ünsiyyətlə bəzəyərək məşqlər etmək üçün stimul verəcək. Bir məsələni də qeyd edək ki, qrup halında qaçışla məşğul olmaq üçün heç də park və ya stadiona getmək lazım deyil. Həmfikir qrup sadə fitnes klubun qaçış yollarını maraqlara görə sosial qrup halına gətirməyə qadirdir!

6. YÜNGÜL YOQA

Uşaqlıqda akrobatik texnikaya yiyələnmək istəmisənsə, onda sən düzgün yerə müraciət etmisən. Hava və ya antiqravitasiya yoqa, hansıki həmçinin qamakda yoqa adlanır. Bu məşq texniki yoqa, pilates və akrobatikanın bir yerdə birləşməsidir. Lakin digərlərindən fərqi odur ki, bütün məşq boyu demək olar ki, sən havadan asılırsan. İnanılmaz dərəcədə maraqlı və faydalıdır.  

7. QAYALARA DIRMANMAQ
 
Adrinalini sevirsən? Dik və şaquli divarları fəth et – belə yerlərin sizin şəhərinizdə kifayət qədər olduğuna əminik! Növbəti yoxuşdan sonra yaşayacağınız hiss heç bir şeylə müqayisə olunası deyil, effektliliyi isə göz qabağında olacaq: güclü əzələlər və özünə inam hissi. Ən əsası isə: sağlamlıq və həyat üçün heç bir risk mövcüd deyil. Yoxlamağa dəyər!




Mətn: Şəkil: Martin Petersson, Getty Images