Bu nədi?
Afrika və Avstraliyada bitən yüksəkkeyfiyyətli qida məhsuludur. Onu quru halda, yaxud toz halında qəbul etmək mümkündür.
Nəyə görə yeməyinə dəyər?
Baobabın tərkibində mərsində, quşüzümündə, narda olduğundan 10 dəfə çox, asai və qodj giləmeyvələrindən isə 2 dəfə daha çox antioksidant var. Onun tərkibində süddə olduğundan 2 dəfə çox, bananda olduğundan 6 dəfə çox kalsiya, portağalda olduğundan isə 5 dəfə çox vitamin C var!
2.
МАTE
Mate haqqında həqiqət
Canlandırıcı və qidalandırıcı mate – Cənubi Amerikanın tropik meşələrinin üyüdülmüş və dəmlənmiş yarpaqlarıdır.
Nəyə görə o superqıdadır?
Matenin tərkibində yaşıl çayda olduğundan 90 % çox aktioksidant var. O, ummuniteti qaldırmaq funksiyasına malik olaraq stressin də qarşısını alır. Həmçinin mate orqanizmə təmizləyici vasitə kimi kömək edərək onu cavanlaşdırır.
3.
MORİNQA
Nəyi bilmək lazımdır
Morinqa – vətəni Himalaydan olan, lakin Asiya və Afrikada da rast gəlinən bitkidir. Morinqa bitkisi qurudularaq üyüdülür və toz halında yeməklərə qatılaraq istifadə olunur.
Bu nəyə görə lazımdır?
Morinqa giləmeyvələrin tərkibində olduğundan 46 dəfə çox antioksidant tərkibə malikdir. Həmçinin onun tərkibində ispanaqda olduğundan 6 dəfə çox dəmir, var. Bunlardan da əlavə morinqa antiiltihab effektə malikdir.
KAKTUS SUYU
Kaktus? Suyu?
Əslində, Meksika və ABŞ-ın cınub-qərbində bitən tikanlı armud kaktusdan törəmədir. Tırkibində kaktus suyu, kaktusun btkisinin içi, su və limon şirəsi var.
Bu kakos suyudur?
Yox, bu daha yaxşıdır. Onun tərkibində kokosda olan hər şey var: lazimi nəm və elektrolitlər, şəkərsiz və kalorisiz. Həmçinin kaktus suyunda sərbəst radikallar və əzələ yüceyrələrini zədədən qoruyan taurin və amin turşuları var.