Götür və yaz: qələm və blaknot ilə həyatını dəyiş

Adi blaknot və qələm sənə və sənin biznesinə notbuk və smartfondan daha faydalı ola bilər. İnanmırsan? Bu üç yazı qeydi ilə siz vacib problemləri həll edə, qeyri-adi ideyalar fikirləşə və ən yaxşı nəticələr əldə edə bilərsiniz. Qələm götür və irəli!

YAZ, QISALTMA
Çətin vəziyyətdə özünü başa düşmək, şübhələri qovmaq, bir post və ya biznes planı yazmaq və emosiyaları atmağa friraytinq kömək edəcək - ağla gələn hər şeyi yazmaq təcrübəsi. Taymeri 15-20 dəqiqəyə qoy və fikirlərini qeyd et. Əsas odur ki, dayanmayasan, qrammatika barədə düşünməyəsən və redaktə etməyəsən. Qələmin kağız üzərində sürmə prosesinə diqqət yetir və bu vaxta kimi ağlına belə gəlməyən maraqlı fikirlərin, düşüncələrin, dərin hisslərin necə üzə çıxdığını qısa vaxtda görəcəksən. Friraytinqi səhər ritualının bir hissəsi etməyə çalış - oyandıqdan dərhal sonra, beyin yenidən işə düşəndə və yaradıcılıq verməyə hazır olduqda yaz.

ƏZİZ GÜNDƏLİK
Gündəlik yalnız həyat hadisələrini sənədləşdirmək və ağrıdıcı həyəcanlı fikirləri kağıza tökmək üçün deyil. O, özünə dəyərin artırılması (əgər hər axşam nailiyyətlərin siyahısını tərtib etsən), öz məhsuldarlığının qiymətləndirilməsi (əgər nəyi və niyə edə bilmədiyini yazsan) və əhval-ruhiyyənin yaxşılaşdırılması (kimə və nəyə görə təşəkkür etmək istədiyini sadala) üçün alət ola bilər. Həmçinin gündəlik - yaradıcılıq və biznesin inkişafında əla köməkçidir. Biznesinlə əlaqəli 16 mövzu seç və hər gün onlardan biri üzrə yaz. Siyahının sonuna çatanda yenidən başla. Beləliklə, prosesləri və vacib iş istiqamətlərini izləyəcəksən, inkişafı görəcəksən və problemləri müəyyən edəcəksən.



SİYAHILARIN GÜCÜ
Yəqin ki, yüz arzu siyahısının effektivliyi barəsində eşitmisən. Əslində siyahıları müxtəlif mövzularda tərtib etmək olar - və onların köməyi ilə özünü daha yaxşı tanıya, layihələr üzərində ətraflı işləyə, dəyərlərini və inanclarını, qorxularını və şübhələrini müəyyənləşdirə biləcəksən. Variantlar belə ola bilər: "Pul qazanmağın 100 yolu", "İngilis dilini öyrənmək üçün 100 səbəb", "Olmaq istədiyim 100 yer". Metodikanın müəllifi Ketlin Adams hesab edir ki, ilk 30 nöqtə, adətən, uzun müddətdir başımızda gəzən fikirlərdir. Növbəti 40 bənddə təkrarlamalar və hər cür klişelər tapacaqsan, ancaq son 30 bənd ən qeyri-adi, yaradıcı və bəlkə də vəziyyətin üçün ən uyğun variantlardır.

Mətn: Şəkil: Oriflame