Velves aktivlik: Orifleym Liderlərini kim aktivləşdirir?

Orifleym yeni layihə yazırlayır: Velnes-aktivlik. 12 həftə ərzində bizim iştirakçılarımız aparıcı ekspertlərin zərarəti ilə özlərini mükəmməşdirəcəklər. Biz mütəxəssislərin hər biriylə ayrılıqda danışdıq onların hər birinin hansı vəzifəni həyata keçirməyi və liderlərə hansı bilikləri verəcəklərini öyrəndik.

Bizi ekspertlər:

Vadim Salmanov, biznes-trener. Ölkənin ən böyük müəssisələrində böyük bir idarəetmə təcrübəsinə malikdir.  

Yelena Sanjarovskaya, 25 illik tərcübəyə malik beynəlxalq səviyyəli fitnes təlimatçısı. Öz məşq sistemlərinin müəllifi və ISAT şəxsi məşqçisi.

Mariya Qolodkovskaya, nutritionist, qidalanma və fitnes üzrə mütəxəssis, FudKult bloqunun aparıcısı, individual qidalanma proqramları, çəki alma və ya çəki azalması üçün proqramların müəllifi. 


Öz vəzifənizi nədə görürsünüz?

Vadim Salmanov İnsan öz biznesini qurarkən, qarşısına çıxan problemlərə görə digər mövcud məsələlərə, müştərilərlə işdə və onları hansı gəlir verə biləcəyini anlaya bilmirlər. Mənim də işin bu biznesə başqa bucaqdan baxmaq və mövcüd proberi qiymətləndirməkdən ibarətdir. Məsələ burasındadır ki, insanlar hər hansı bir əşya almırlar, onlar problemin həllini alırlar. Hətta mağazaya getdikdə biz adi bir köynəyi deyil, tərzi alırıq.  Yəni bu məsələdə insanların, onların maraqlarının nədən ibarət olduğunu anlatmaq – bax budur mənim biznes-trener kimi vəzifəm.

Yelena Sanjarovskaya Mən qadınların özlərinə arxayın olmaqlarını istəyirəm. Əgər sən özünlə məşğul olursansa, sağlam həyat tərzi sürür, düzgün qidalanırsansa onda qüsursuz görünərək öz biznes ideyalarını həyata keçirə və özünü əla hiss edə bilərsən. Saölam həyat tərzi ilk öncə özünə münasibətdən başlayır. Yaxşı trener ilk öncə psixoloqdu – onun əsas vəzifəsi insanda özünə inamı qaldıraraq özünə arxayınlığı təlqin etməkdir. 

Mariya Qolodkovskaya Nutrisevtika düzgün qidalanma və orqanizmə lazım olan minerallar, vitaminlər, makro və mikro elementləri qəbul edərək sağlam və xöşbəxt olması haqqında elmdir. Mənim vəzifəm – insanları bədən və ruhlarının hormoniyada olması, insanları aclıq hiss etməyərək qidalanmalarını öyrətmək, onların xöşbəxt olmaları və depresiyaya düşmələrinin qarşısını almaq, həmçinin gözəl görünmək və sağlam olmaqlarına kömək etməkdir.  Düzgün qidalanmanın, sağlamlığın ortaq nöqtəsini tap. 

Sizin fikrinizcə, biznesdə inkişaf etmək üçün nə etmək?

Vadim Salmanov: İdiotizm formulu belə səslənir: sən qeyri-adi nəticə almaq üçün hər dəfə eyni şeyi təkrar edirsən. Daha çox zəng vurmaq, daha çoz prezintasiyalar təqdim etmək lazımdır. Lakin bəzən biznesinı başqa gözlə baxmalısan. Bu halda əlavə məlumatlar oxumaq, hər hansısa təlimə qoşulmaq, daha bilikli insanlarla görüşmək və onun biznesdə etdiklərini təkrarlamaq – yəni nəsə yenilik etməlisən. 

Orqanizm nə tələb edirsə onu yemək lazımdır fikri nə dərəcədə doğrudur?

Mariya Qolodkovskaya.  Təəssüf ki, çoxları öz orqanizmlərini eşitmək səviyyəsinə hələ çatmayıblar. Mən öz seminarlarımda belə məsləhət verirəm. Soyuducuya gedənə qədər özünüzə sual verin. Mən o tortu doğurdan istəyirəm? Təsəvvür edək ki, daxili səs “bəli” cavabını verdi. Onda yenidən soruşun və belə bu sualı on dəfə özünüzə verin. Əgər onuncu dəfə də daxili səsiniz sizə “bəli” cavabını deyirsə, demək siz onu doğurdan da istəyirsiz. Lakin çox vaxt artıq beşinci sualda artıq tortu istəmədiklərini anlayırlar. Bu sənin qidaya əsl ehtiyacın olduğunu və ya o qidadan yalnız stressdən qurtulmaq üçün bir vasitə kimi istifadə etdiyini anladacaq.

Fitneslə məşğul olmaq üçün məşqlər nə dərəcədə lazımdır?

Yelena Sanjarovskaya  Motivasiya - əsas elementdir. O müxtəlif ola bilər. Məslən yaya üçün, toy üçün  və ya ad günü üçün arıqlamaq. Motivasiya o qədər güclü olmalıdır ki, insan qarşısına çıxan heç bir maneəni görməsin. Sən əsas nəyin vacib olduğunu bilirsən və qarşına çıxan maeələr artıq öz əhəmiyyətini itirirlər.  İstənilən lideri götür, hətta prezidentlər belə fitneslə məşğul olur və aktiv həyat tərzi sürülər. Yəni insan sutka ərzində 12 saat işləyə bilər, halnız buna baxmayaraq özünə də vaxt tapa bilər. Hər şey motivasiyadan asılıdır.

Sirr deyil ki, konkret yaş dövründə insanlar inkişafdan dayanma qabiliyyətinə malikdirlər. Bəs o insanları ilhamlandırmaq üçün onlara nə deyə bilərsiz?

Vadim Salmanov Bu il səksən yaşı olacaq atam mənim otuz yaşım olanda mənə belə bir məsləhət vermişdi: ətrafındakılara nəzər yetir, onların artıq 37 yaşında həyatdan yorulduqlarını görəcəksən. Mən ətrafımdakılara fikir verdim və doğurdan da dostlarımın kökəldiklərini gördüm. Elə mənim öz çəkim 100 kiloqram idi və mən özümü düzgün qidalanma və məşqlərin köməyilə formaya gətirə bildim. Bu sözləri mən özüm üçün tez-tez təkrarlayıram: ətrafdakılarına fikir ver, onların necə kökəldiklərini gör və özünü o hala çatdırma. Yaşayın, sevin, xöşbəxt olun, düzgün qidalanın və mütləq idmanla məşğul olun!

Mariya Qolodkovskaya Bu həyatda heç nə gec deyil. Sabah başlamaqdansa bu gün başlamaq daha yaxşıdır. Vaxtı nə qədər uzadarsınızsa problem o qədər davam edər. Qidanın insan əhval-ruhiyyəsinı təsiri inanılmaz dərəcədə çoxdur. Siz özünüzlə tam hormoniyada yaşadıqda ailədə və işdə də hər şey normal olacaq.  Ona görə də vaxt itirməyin! Hansı yaşda olmağınızın fərqi yoxdur. Hormoniya hiss etmək yaşdan asılı deyil.

 



Mətn: Şəkil: Shutterstock