— 8 mart bayramı sizin üçün nədir?
— Bu qadınların gender bərabərliyi, müstəqilliyi və özün təmin edə bilmələri bayramıdır. Hər bir qadın olduğu kimi qalaraq xöşbəxt olmaq haqqı var. Bununçun o heç də ilə qurmalı, dünyaya uşaq gətirməli deyil, hətta əgər qadın dünyaya uşaq gətirdikdən sonra boşanarsa yenidən ailə qurmaya da bilər. Bu mənim çox xoşuma gəlir. Hər hansısa məşğuliyyət qadınlar və kişilər arasında bölünməməlidir. Belə bir fikrir mövcüddur ki, pulu kişi qazanmalıdır. Əgər qazana bilmirsə, artıq o kişi deyil. Bu çox pis düşüncədir. Əlbəttə ki, əgər kişi sadəcə olaraq divanda uzanaraq heç nə etmirsə, onunçün əldən gələni etmək lazım deyil. Ancaq get- pul qazan demək də düzgün deyil.
— Bəs cəmiyyətin qadınlar haqda düşüncələri ilə nə etməli?
— Bu düşüncələri özümüzdən başqa heç kim götürməyəcək. Əgər qadın aktiv həyat tərzi sürürsə - digərləri ona – yəqinki ailəli deyil deyir. 25-35 yaş qadınlar üçün ən aktiv yaş dövrüdür. Ancaq buna baxmayaraq insanlar 25 yaşdan sonra qadınlara gec uşaq dünyaya gətirən fikri ilə yanaşırlar. Qadın uşaqlığa uşaq götürərsə, ondan bilavasitə öz uşaqlarının nəyə görə olmamasını soruşullar. Qadınlar aylarla EKO növbəsinə durur, hormonal dərmanlar qəbul edirlər. Nəyə görə qadın özü dünyaya uşaq gətirə bilmirsə, özünü digərlərindən fərqli və ya aşağı hiss etməlidir? Nəyə görə bizə bilavasitə uşaq evlərindən götürülən uşaqların gələcəkdə qatil olacağını təlqin edirlər? Biz özümüz çox şeyə fikirləri dəyişməliyik.
— Nəyə görə bizim ölkəmizdə “feminizm” az qala pis söz kimi qəbul olunur?
— Nəyə görə bu söz öz hüquqların üçün mübarizə aprırsansa, demək bütün kişilər səndən qaçmağa başlayacaq mənasını verir? Bu hətta Amerikada da belədir. Məsələn, Meril Strip açıq ifadə edərək bildirmişdir ki, o feminist deyil və feminizmi də qəbul etmir. Qeyd edək ki, feminist – qadınların hüquqlarını müdafiə edəndir. Ölkəmizdə feminizmin güclü ənənələri var. Sovet İttifaqı qadınları bir iş vahidi kimi kişilərə bərabər etdi. Sovet İttifaqı Avropadan çox əvvəl qadınlara söz hüququ vermişdir. Sovet İttifaqı kvotalar tətbiq etmişdilər ki, ən azı 30% qadın Şurada olmalıdılar. Bir çox tədqiqatçılar düşünürlər ki, gender bərabərliyi siyasəti davam edərsə, siyasi böhran da belə kəskin olmazdır. Ancaq soruşsaq ki, hansı qadın nazirləri tanıyırsız? Siz Fursev deyeceksiz. Çünki, ondan başqa nazir olmayıb.
— Bu “ şüşə tavan” adlanır
— Bəli. Biz gender bərabərliyinə döğru iri addımlarla addımlayırdıq, lakin çatmatıq və geri qayıtdıq. Bəs nə baş verdi? Gender şablonunda: mütləq ailə, uşaq, yaxşı halda iki və ya üç uşaq olmağı mütləqdir. Bununla yanaşı kişilərin rəsmi olaraq məşuqəsinin və ya ikinci ailəsinin olması normal qəbul olunur. Bunu bizə nənələrimiz, reklamlar və televiziya öyrədir. Ailə - əlbəttə ki, əladır. Ancaq belə bir arxaik təsvirli ailədə özünüzü necə təsvir edirsiz? Statistik olaraq: 66 mln kişi 78 mln qadına qarşı olmağı mümkün deyilbu mümkün deyil. 12 mln tək qadın, təkcə Moskva şəhərinin əhalisi qədərdir. Yalnız qadınlardan ibarət. Ona görə də bizə təlqin etməlidirlər ki, bizim həyatımız bədbəxtdir? Nəyə görə axı?
— Bəs çıxış nədir?
— “Feminizm” sözünü normal qəbul etsək xöşbəxt qadın anlamını qəbul edərik. Yalnız sən özün özünü xöşbəxt edə bilərsən. Çünki sənə xöşbəxtlik üçün nə lazım olduğunu səndən yaxşı heç kim bilmir. Ona görə də : mənim həyatımda hər şey pisdir, işim pisdir, məm pis anayam, ona görə də ailə qurmalıyam ki, bu problemlərdən can qurtarım. Əgər düşünürsənsə vaxtın yoxdur, öz gündəlik cədvəlinə nəzər sal, görəcəksən ki, kifayət qədər boş vaxtın var. Övladınla anlaşa bilmirsənsə onunla birgə məşğul ola biləcəyin məşğuliyyət tap. Ünsiyyət tələbatın ödənilmirsə - dərnəklərə yazıl və ya ikinci ali təhsil almağa çalış. İşin xoşuna gəlmirsə, işdən çıx və özünə iş yarat. İndi inkişaf etmək üçün internet və digər distansion layihələr var.
Özünəqulluq heç də süni bir anlam kimi qəbul olunmamalıdır. Ən əsası bunun sənə həzz verib verməməsidir.
— Böhran zamanı qadınların çalışdığı bəzi bölmələrə daha çox ehtiyac olur: məsələn, Buxalteriyanın kənardan idarə olunması. Bütün buxalterlərin 80%-i – qadınlardır, böhran zamanı isə çox sayda firmaların müflisləşməsi baş verir. Ona görə də şirkətin xarici autidə ehtiyac olur. Mən qadınların idarəçilik sisteminə inanıram və düşünürəm ki, bu böhrandan çıxış ola bilər. Böhran zamanı sən ictimai və ya özəl müəssisədə yer tapa bilmirsən. İqtisadiyyatda belə bir böhran olduğu zaman əlbəttə ki, birinci ixtisara hərbi büdcə deyil, təhsil, tibbi, sosial və təqaüd sistemi daha tez ixtisara düşür. Ümumi ixtisarları nəzərdən keçirtsək, görərik ki, ixtisara düşənlərin çox faizi qadınlardır. Ona görə də vəziyyətdən çıxış yolu sakibkarlıqla məşğul olmaqdır.
— Nəyə görə düşünürsünüz ki, feminist qadınlar gözəl olmamalıdırlar və özlərinə qulluq etməməlidirlər?
— Hər hansısa qadının özünün və digər qadınların hüquqlarını müdafiə etməsi o demək deyildir ki, o öz arzularından keçməlidir. Sən heç də hər gün mükəmməl saç düzümü, makiyaj və sinənin onuncu ölçüyə qədər böyütmək məcburiyyətində deyilsən. Ancaq səliqəli dırnaqlar və sağlam dəri hər bir qadında olmalıdır. Mən dəfələrlə İsveç və Norveçdə olmuşam — orda leqallaşdırılmış gender bərabərliyi mövcüddur, yüksək həyat səviyyəsi var və adət edilmiş özünəqulluq mövcuddur. Özünəqulluq heç də süni bir anlam kimi qəbul olunmamalıdır. Ən əsası bunun sənə həzz verib verməməsidir.
— İqtisadiyyat elmində belə bir anlayış var — lipstick index, “dodaq boyası indeksi”. Fikirlərə görə böhran zamanı kosmetika satışı artır. Necə düşünürsüz, nəyə görə bu belədir və bizim ölkədə bu işləyirmi?
— Həqiqətən, böhran zamanı kosmetikaya təlabat artır.Bir çox analitiklər düşünürlər ki, kosmetika bayram əhval-ruhiyyəsi ilə əlaqədardır. Bayram isə xöşbəxtlik gətirir. İkinci isə kosmetika, digərlərindən fərqlənmək və özünü gözəl hiss etmək üçündür. O insanın həyatına bayram əhval-ruhiyyəsi qataraq, özünü xüsusi gündəki kimi hiss etməyə vadar edir. Əgər kosmetika sizi özünüzü daha xöşbəxt hiss etdirirsə, onda bunu hər gün et.
— Siz iş və ya bayram makiyajında fərq qoyusuz?
— Fərq hamı üçün var. Məslən mən göz oxlarını sevirəm, onu hım işə, həm də bayram üçün daha iri və ya əlvan rənglərdən istifadə edərək çəkirəm.
— Sənin kosmetik çantanda əsas nə var?
— Tonal əsas, ənlik, kremli göz kölgələri, kirşan, göz qələmi və qaşlar üçün qələm. Mən qırmızı dodaq boyasını digər insanlarda çox sevirəm — lakin özümə uyğun olan çaları tapa bilməmişəm.Ona görə də dodaq boyasından ümumiyyətlə istifadə etmirəm, yalnız dodaqlar üçün təbii çalarlı dodaq parıltısından istifadə edirəm. Dekorotiv kosmetika ilə yanaşı mənim kosmetik çantamda qulluq vasitələri olan sevimli krem, dodaq balzamı, makiyajın silinməsi üçün vasitələr var. Mən qulluq vasitələrinin böyük fanatıyam. Mənim üz dərim allergik olaraq qıcıqlanma verir və çox uçuşlardan ibarət çətin iş qeafikim var. Ona görə də mən həmişə üz dərimin qayğısına qalıram. Özünüzə qayğı - yaxşı investisiyadır.