Məhşur ətriyyatçılar arasında ata və babalarının işini davam edənlər kifayət qədər çoxdur, lakin biz istisnayıq. Bəs sizi ətriyyat industriyasına nə gətirdi?
Müxtəlif ətirlər məni həmişə maraqlandırıb, lakin onların mənim həyat işim olacağını mən tez anlamadım.
Hər şey mən kliversitetdə oxuyarkən kimiya dərslərində ətriyyat məktəbi ISIPCA haqqında məqaləni oxuyarkən başladı. Mən dərhal anladım ki, məhz orda oxumalıyam. Lakin sənədlərimi məktəbə verməmişdən öncə, mən real ətriyyatçı ilə söhbət edərək, onun ətriyyatlarlar yaradaraq necə pul qazanmaq mümkün olduğunu öyrənək qərarına gəldim. Mənə məhşur ətriyyatçı Jan Kerlo ilə görüşmək nəsib oldu. Daha sonra məlum oldu ki, o ISIPCA-nın qəbul komissiyasının sədridir – düşünürəm ki, talenin işarəsi idi.
Itriyyatçılığın sizin işiniz olduğunu nə zaman anladınız?
Mən bunu tez başa düşədim, yalnız ulduzlar bunun məhz belə olmasını istədilər. Mən inanıram ki, bizim hər birimizin fərdi həyat yolu var və arzularımıza nail olaq üçün məqsədlərimiz var.
Universitetdə öyrəndiyiniz kimiya dərsləri işinizdə köməkliyi oldumu? Qoxu sizin üçün nə deməkdir – ciddi elmi təhlil obyekti, yoxsa subyektiv hiss və emosiyalar?
Hər ikisi. Ətriyyatçı hər bir şeyi bilməlidir. O hər zaan yeni təcrübə toplamaq və yaradıcılıq üçün motivasiya tapmalıdır. Bununla yanaşı yaxşı ətriyyatçı rasional elmi yanaşadan da kənar ola bilməz.
Siz qoxuları qeyri-adi, digər insanlardan fərqli hiss edirsiniz?
Düçünürəm ki, hiss etmə insanların hamısında eynidir, lakin bizim orqanizmimizə emosiyalar və əvvəlki təcrübənin çox təsiri var. Yəqin ki, mən qoxuları digər insanlardan fərqli olaraq daha çox hiss edirəm. Bu mənim üçün oyun kimidir: mən küçədə gedərkən insanların hansı ətirdən istifadə etdiyini anlamağa çalışıram. Yeni bir ölkəyə uçduqda ilk olaraq oranın qoxusu mənim diqqətimi cəlb edir.
My Destiny ətrində yarıqiyətli daş olan turmalin istifadə olunub. O nəyə görə edilib?
Bu xüsusi daşdır, o özündə pozitiv enerjini daşıyaraq insana özünəarxayınlıq hissi bəxş edir və yaradıcılıq hisslərini artırır. Düşünürəm ki, ətiri özündə daşımaq, qiyətli daşı özündə daşımaq kimidir. Onların hər biri sənə özünəarxayınlıq verəcək. Lakin bu güc My Destiny ətrindəki kimi birlədikdə, nəticə ikiqat olur!
Özünəinam və həyatsevərliyinizin mənbəyi nədir?
Sevgidə. Mən sevərkən və sevilərkən dünya mənim olur. Əlbəttə ki, uğur üçün mənə öz işimə dəlicəsinə vurğun olmam lazımdır.
İşiniz sona çatdıqda nə hiss edirdiniz?
Mən qürur və xöşbəxtlik hissləri yaşayırdım. My Destiny ətrini öz uğurum sayıram və sevinirəm ki, bu ətri məhz Oriflame şirkəti ilə həmkarlığımda etmişəm.