Orifleym dəb trendləri yaradır

Bir il öncə Orifleym kompaniyası ilk dəfə OriflameTrendAward mükafatını təqdim etdi. Bu mükafata Orifleymin cəvahirat kolleksiyasının yaradıcısı İsveç dizayn məktəbinin tələbəsi Bekham (BeckmansCollegeofDesigninStockholm) Şia Cavaeri oldu.

Orifleymin mükafatına layiq görüləndə, hansı hissləri keçirdin

Bu mənim üçün çox gözlənilməz oldu -  mən bu mükafatı qazanacağıma ümid etmirdimş. Demək olar ki, bu günə qədər, bu mükafata layiq görüldüyümə inana bilmirəm. Çox dizaynerlər öz işlərini təqdim etmək üçün illərlə işləyirlər, amma mənim bəxtim dərhal gətirdi. Sizcə bu xöşbəxtlik deyil?

Orifleymçün cəvahirat yaratmaq nəyə bənzəyir? 

Bu inanılmaz təcrübə idi. Brifə əsasən, üçdən beşə qədər predmet hazırlamaq olardı, lakin nəticə etibarilə məndə altı dənə alındı. Mən kolleksiyanı əvvəlcən sona qədər düşünə bilərdim. Mən düşündüm ki, bu kolleksiyaya mütləq olaraq çanta daxil olmalıdır.Çünki, mən çanta və şarfları yaratmağı çox sevirəm. Fərdi olaraq zinət əşyalarını yaratmaq çox çətindir – prototipi yaratmaq üçün mütəxəssislərə ehtiyac olur. Mən çox şadam ki, məhz Orifleym mənə bu şansı yaratdı

Bəs bundan əvvəl zinət əşyaları yaratmısan? 

Mən daha öncə öz brendim üçün dəri çantalar və dəri bilərzikləri yaratmışam, lakin buna baxmayaraq, mənim daha çox metal və daşlarla işləmək xoşuma gəlir. Əslində mənim ailədə əsl zərgərlər olub: ənim ulu babalarım zərgərlik firmalarında işləyiblər. Ona görə də kiçik yaşlarından məni zinət əşyaları çox maraqlandırıb.

Sən öz qoyumlarından kömək istəmisən ?

Mən öz eskizlərimi atama göstərmişəm, lakin hər şey o qədər tez baş verdi ki, mən tək qərar verməli oldum.  Həmişə mənim zövqümə inanır.

məni zinət əşyaları çox maraqlandırıb. 

Bu kolleksiyanın hazırlanmasında ilham mənbəyini  nədə axtarırdın?

Mən Ciakomo Ballanın əsərlərindən ilham alırdım. Mənə həmişə onun rəsimlərində hərəkətin sürəti ideyası maraqlı gəlib. Məsələn, onun kostyumlarındakı assimetrik xətlər əsl yenilik idi.

Sənin kolleksiyan bütün dünya üzrə satışa çıxarılacaq. Onun üzərində işləyərkən bu barədə düşünmüsənmi? 

Mən bu barədə çox düşünmüşəm. Kolleksiyanı yaratmaqla yanaşı, ondan necə istifadə etmək  - dizaynerin işidir. Yaratdığım kolleksiyadan bütün dünya qadınların istifadə etmısi fikri mın çox xoş gəlir!


Kolleksiyalarının arasında daha çox hansını bəyənirsən?

Bu çox çətin sualdır, hansı uşağını daha çox sevirsən sualı qədər eyni. Mən onların hamısını sevirəm!

Bəlkə hər hansısa dizayn verdiyin kolleksiya sənə daha çox dəyərlidir? ə etmısi fikri mın çox xoş gəlir!

Kolleksyalarda istifadə olunan qara mirvari mənim üçün çox dəyərlidir. Çünki, ailəvi dostlarımızdan biri məni uşaqlıqda “ qara mirvari” deyə çağırırdı. O deyirdi ki, bu çox nadir hallarda tapılır. Bu mənim üçün çox vacibdir.

Sənin özündə qiymətli predmet və ya zinət əşyası varmı?

Mənim çox qiyətli üzüyüm var, yalnız mən onu heç vaxt taxmıram, çünki, o mənim üçün çox qiymətlidir. Üzük gül formasında olan əntiq üzükdür. O üzüyü mənə anam hədiyyə edib.

Mətn: Şəkil: Oriflame