Xöşbəxtlik ətri

Orifleymin Giordani Gold Essenza, More by Demi, həmçinin yeni Happydisiac Man kimi bestseller əsər yaratmış məhşur Fabris Peleqren ətirlərin bizə necə xoş əhval-ruhiyyə və müsbət enerji ilə yükləyəcəyi barədə danışacaq.

Ətirlər haqda ilk xatirələriniz hansılardır?

Mənim ətir haqda ilk xatirələrim nənəmlə bağlıdır. O,  Qrasanın qırılgül sahələrində çalışırdı. O vaxtdan bəri, bu ətir fikrimdə onu canlandırır. Digər ətir xatirəsi isə atamın istifadə etdiyi Azzaro ətri ilə bağlıdır.   

Nə zaman düşündünüz ki, ətriyyatçı olmaq istəyirsiz?

Mən Fransanın Cənubunda fransız ətriyyatı industriyası yaranan bir yerdə böyümüşəm. Belə ki, artıq kiçik yaşlarımdan hansı sənətlə məşğul olacağım məlum idi.

Siz Orifleym üçün 11 ətir yaratmısınız ( sonuncu Happydisiac Man olmuşdur) – onlarda bir-birilərinə oxşar nəsə var?

Son lamanlar anladım ki, mənim ətirlərimin hamısı bir-birilərinə bənzəyirlər. Çünki, mən ətirlərimdə daha çox əmbər və odun notlarından istifadə edirəm. 


Ətirlərin qadınlar və ya kişilər üçün yaradılmasında nə kimi fərqlər var? 

Kişilər üçün ətirlərin yaradəlmasında mən daha çox odun notlarından istifadə edirəm, qadınlar üçün isə odun notlarına  gül notları da əlavə edirəm. Əsas fərqlərdən biri də odur ki, kişilər üçün istifadə olunan notlarda məhdudiyyətlər vardır,  qadın ətirləri üçün isə not seçmə daha asandır.  


"Для меня счастье это моя жена, дети, сад, солнце, Юг Франции, утренний свет..."

Siz özünüzü “ ətir ixtiraçısı” adlandırmışdız. İxtiralarınız üçün ilham mənbəyiniz nədədir? 

İnsanlarda, musiqidə, rəssamlıqda – məni əhatə edən hər bir şeydə . 

Sizcə xöşbəxtliyin qoxusu necədir? 

Mənim üçün xöşbəxtlik – mənim həyat yoldaşımdır, uşaqlarımdır, bağımdır, günəşdir, Cənubi Fransadır, səhər işığıdır.

Bəs xöşbəxtliyin qoxusu necədir? Ona hansı nitlar cavab verir? 

Düşünürəm ki, Happydisiac Man ətrinin xöşbəxtlik qoxusuna laym kürüsü, yaşıl alma və çiyələk notlarının akkortları cavab verir.

İşiniz qoxubilmə qabiliyyətinə necə təsir edir? Siz adi qoxuları daha başqa cür qəbul edirsiz? 

Məni gün boyu əhatə edən ətirlərə qarşı çox həssasam. Onları analiz etmək mənə xoş gəlir. Məsələn, Sankt-Peterburqda olarkən, hotelin hər bir yerinə məni təqib edən sehirli ətirlə maraqlandım. İşçilər bunu hotelin tikintisi üçün xüsusi ətirli kəhrəba qoxusu ilə izah etdilər. Bu cür situasiyalar mənə yeni ətir yaratmağa stimul verir.

Happydisiac Man ətri hansı kişilərə uyğun gələcək?

Happydisiac Man ətri istəilən kişiyə uyğun gələcək!  Bu ətir emosiyalarımızı oyadacaq bir ətirdir. 

Happydisiac man ətrini burdan ala bilərsiniz


Happydisiac Man 

YUXARI NOTLAR
Yaşıl qreyfrut
Koriandr toxumu
Ananas

Ürək notları
Dəfnə yarpağı yağı
Lavanda

Baza notları
Paçuli
Dəri




Mətn: Şəkil: Oriflame