Arzunun ardınca get - Murad və Natalya Osmannın uğura gedən yolu

Instagramda səyahət haqqında ən romantik bloqun yaradıcılarını özünə məxsus tərzinə görə asanlıqla tanımaq olur - hər bir fotoşəkildə izləyicini sirli bir xanım özü ilə uzaqlara aparır. Amma həyatda Murad və Natalya Osmannı tanımaq o qədər də asan deyil - #FollowMeTo layihəsinin əsas üzvləri tez-tez səhnələrin arxasında qalır. Oriflame qış kampaniyasının qəhrəmanları ilə tanış olmaq üçün vaxt gəldi!

Necə tanış olduğunuzu söyləyə bilərsinizmi?

Natalya: 2010-cu ildə bizi ortaq dostumuz tanış elədi. Mənim fotoqraf dostum yaxın tanış ilə gələcəyini söyləmişdi. Deməzdim ki, bunu eşitdiyimə sevindim (gülür).
Murad: Uzun müddət dostumdan telefon nömrəsini almağa çalışdım, amma sonda Odnoklassniki-də axtarmağa  məcbur oldum. Daha sonra qonşu evlərdə yaşadığımız ortaya çıxdı! Hər səhər velosipedlə çıxırdım, idmanla məşqul olduğumu göstərirdim - əslində isə Nataşaya şəkillərimi atırdım və gəzintiyə dəvət edirdim.

İlk birgə səfərinizi xatırlayırsınızmı?

Murad:
2011-ci ildə ilk birgə səfərimiz oldu - Nataşa Barselonaya fotosessiya üçün gəldi. İşdən sonra, şəhər ətrafında gəzintiyə getdik, adi turistlər kimi şəkillər çəkdirdik. Eksperimentlər zamanı "Follow me" üslubu özü özlüyündən ortaya çıxdı. Şəkillər çox təsirli alındı - biz də həmin tərzi istifadə etməyə və yeni kadrlar axtarmağa davam etdik.

Səyahətlər haqda bloqu yaratmaq fikri necə gəldi?
Murad:

İspaniyadan Moskvaya qayıtdıqdan sonra mənim şəxsi instagram hesabımı #FollowMeTo adlı tematik fotobloqa dəyişdik. Sonra instagram platforması inkişaf etməyə başlamışdı, buna görə də biz Rusiyanın aparıcı bloqerlərindən biri olduq. Getdiyimiz hər məkanda yeni üslubda şəkillər çəkirdik. Beləliklə, başımız işə qarışdı və yeni layihələrin ardı gəldi. Hesabın geniş kütlələrdə populyarlıq qazanması üçün il yarım tələb olundu. Uğurlu bloqun üç əsas təməli var – davamlılıq, dözümlülük və öz ideyana inam.

Səyahətlərin sizin üçün rutin işə çevrildiyini düşünürsünüz və ya prosesdən hələ də həzz alırsınız?

Murad: Ümumiyyətlə səfər maksimum 2 həftə çəkir. Bir aylıq Amerikaya yaxud yarım illlik Asiyaya səyahət edənlərə paxıllıq edirik. Bir tərəfdən, bizim işimizin  arzuladığımız iş olduğu düşünülə bilər, lakin çəkilişlərin çətin proses olduğunu unutmayaq. Biz həmişə yeni şəhər və ya ölkədən zövq almaq üçün fasilə etməyə çalışırıq - biz səhər yeməyi üçün maraqlı məkanları, gözəl mənzərələri olan romantik damları axtarırıq.
Natalya: Əgər səyahət prosesi bizim üçün rutin olubsa, #FollowMeTo layihəsi artıq mövcud olmayacaqdı. Bundan başqa, bizim hələ olmadığımız ölkələr var!

Hansı yeni ölkələri görmək arzusundasınız?
Murad:
Belə bir vərdiş var - coğrafi cəhətdən yaxın ölkələri  sonraya saxlamaq, ilk növbədə uzaq sahillərə getmək. Amma bu il Yunanıstan bizim üçün gerçək kəşf oldu! Növbəti səyahətlərimiz Skandinaviya ölkələrinə olacaq.

Səyahət üçün kosmetik çantanıza nə daxildir?

Natalya: Təyyarəyə  özum  ilə patç və parça maskalar götürürəm, aromatik yağlarlardan  rahatlaşmaq üçün istifadə edirəm, səyahət zamanı bol su içirəm. Bəzən bir ayda  fərqli iqlim və zaman zonalarda olan 5 ölkə dəyişirik. Bu isə bədən üçün böyük stressdir. Buna görə də dəriyə və saç qulluğuna, yoqa və meditasiya təcrübəsinə çox diqqət yetirirəm. Moskvaya döndüyümdə, hamama gedirəm - bu mənim bir adətimdir, ritualımdır.

Yeni ili qeyd etmək üçün ən gozəl məkan?

Natalya: Bir çox ölkələrdə yeni ili qeyd etdik, ancaq bu bayram bizim üçün ailəvi olaraq qalır. Qar, olivye salatı, şam ağacı, şampan və yaxın insanlar ətrafımızda olmalıdır. Bu il, həqiqətən, Moskvada Yeni il qeyd etmək istəyirəm və daha sonra 1-2 isti ölkələrə səyahət edəcəyik.
Murad: Və yaxud dostları götürüb sehirli Laplandiyaya getmək olar.

 
Mətn: Şəkil: Oriflame