Yalnız sevgi ilə
Ruhən hazırlaşanda və ümumi təmizləməyə başlayanda, biz çox vaxt əşyalardan necə qurtulmaq barədə deyil, onları necə təmizləmək və haradasa gizlətmək barədə düşünürük. Sirr ondadır ki, istifadə etmədiyin şeyləri saxlamaq lazım deyil. Əgər əşya sənə çoxdandır sevinc bəxş etməyi dayandırıbsa və on yalnız təmizləmə zamanı təsadüfən rast gəldikdə yadına düşürsə, onu satmaq, vermək və ya sadəcə atmaq vaxtı çatıb.
Daha az əşya - daha az təmizlik işləri
Nə qədər çox flakonlar, kitablar, bankalar, dəftərlər, paltarlar və digər əşyalar varsa, onlara o qədərdə daha çox qayğı lazımdır. Təmizləmə edərkən əşyalara tənqidi bax. Artıq 5 ildir bu kitabı oxumağa başlaya bilmirsənsə, bu ətəyi isə universitet vaxtından geyinmirsənsə, onlar üçün yeni sahiblər tapmağın vaxtı gəldi. Bundan əlavə, nə qədər az əşya varsa, zəruriyyət yarandıqda köçmək daha asan olacaq.
Sənin evin – sənin qalan
Küçədən gələndə və səni təmiz bir mənzil qarşılayanda, dərhal dincəlməyə başlayırsan. Ətrafda bir qarışıqlıq varsa, diqqət yayılır, rahatlana bilmirsən və təmizləmə üçün necə vaxt tapmağı düşünürsən. Ev güc yeri olsun deyə, onu səliqədə saxla. Bu işdə bir sadə qayda kömək edəcək - hər şeyin öz yeri olmalıdır.
Fika sizə!
Yay istədiklərin dostlarınla tez-tez fikalər (İsveç sayağı qəhvə fasilələri) təşkil etmək üçün bir səbəbdir. Adi piknik və kababdan fərq ondadır ki, fika uzun çəkmir, heç kim bütün süfrəni açmır, yeməklər alınmır, ancaq öz əlləri ilə hazırlanır. Sendviç etmək, termosda qəhvə götürmək və parkda dostlarla bir saat görüşmək kifayətdir.
Planetə qayğı
Minimalizm – bu, mağazada nəyisə almazdan əvvəl özündən soruşmaqdır: "Bu əşya mənə həqiqətən lazımdırmı?" Axı, hər bir mal onu yaratmağa sərf edilən su, materiallar, elektrik və insan resurslarıdır. Tələb azalsa, təklif də azalacaq. Təkrar emal edilmiş materiallardan çox funksiyalı əşyalar və aksesuarları istehsal edən markalara diqqət yetir (onların arasında Oriflame).
Sonsuz təmizləmədən yorulursan? Heç nəyə vaxtın çatmır? Daim stresdəsən? Elə gəlir ki, evdə nəfəs almaq olmur?
Siyahıdan ən azı 2 suala "bəli" cavabını verdinsə, bir ay ərzində tövsiyələrimizə əməl etməyə çalış. Sadə tapşırıqlardan mürəkkəblərə keçəcəyik, ancaq gündə 1 tapşırığı özün üçün uyğun olan qaydada yerinə yetirə bilərsən.
1. Köhnə şəkilləri, mesajları və tətbiqləri telefondan sil
2. Xarab olan və ya uzun müddət dondurucunun uzaq küncündə qalmış hər şeyi soyuducudan at.
3. Evdə olan köhnə dəftərləri, qəzet və jurnalları topla və makulaturaya ver
4. Kompüterin, planşetin və telefonun iş masasını təmizlə
5. Məişət texnikası təlimatları, köhnə zəmanət talonları və qəbzləri at
6. Alt paltarları, corablar və uzun corabları səliqəyə sal - geyinmədiyini at
7. Yataq dəstinə bax - solğunları at
8. Mətbəxdəki bütün qabları və ədviyyatları səliqəyə sal.
9. Bu gün sadəcə heç nə alma – nə onlayn, nə də adi mağazalarda.
10. Diskləri, kasetləri, DVDləri və digər köhnə daşıyıcıları səliqəyə sal. Həqiqətən 2019-cu ildə onlara ehtiyacın var?
11. Kitab və kitab rəfləri ilə məşğul ol, heç vaxt oxumayacağın şeyləri payla.
12. Evdə olan bütün xırad əşyaları, düymələri, kiçik oyuncaqları yığ və bu şeylər üçün yer tap.
13. Müddəti başa çatmış və ya sənə uyğun olmayan kosmetik vasitələrini hamısını at.
14. Sınıq və təmir olunmayan hər şeyi tap və at: qələmlər, qayçı, mətbəx əşyaları, alətlər
15. Şam ağacı oyuncaqlarını və ev dekoru üçün digər əşyaları səliqəyə sal.
16. Evdəki bütün kimyəvi vasitələrə ehtiyacın olub olmadığını yoxla
17. İstifadə etmədiyin parfümeriyanı payla və ya sat
18. Qabları səliqəyə sal və yalnız estetik zövq gətirənləri saxla.
19. Artıq məşğul olmadığın köhnə xobbilər üçün olan əşyalardan canını qurtar.
20. Üstündə heç kimin məşq etmədiyi köhnə trenajor? Sat!
21. Kiçilmiş və ya sadəcə dəbdən düşmüş üst geyimlər? Geyim yığan nöqtəyə və ya sekond-xəndə ver
22. Çox geyilmiş və ya ayaqları daima sürtən ayaqqabılar? 21-ci bəndə bax
23. Heç vaxt xoşuna gəlməyən stullar, masalar və kreslolar? Bəlkə də tanışlardan kiməsə lazım olacaq
24. Funksional olmayan şkaf və yataq otağı masaları? Qonşulara onları aparmağı təklif et.
25. Yollar, xalçalar, kilimlər və digər ev tekstili? Toz yığanları atmaq daha asandır, bu artıq dəbdə deyil.
26. Balkonu, orda yalnız istirahət üçün lazımlı şeyləri saxlayaraq, səliqəyə sal.
Və nəhayət (çətin olsa da) bunları at:
27. Dərslərdən qalan yazılar, köhnə mühazirələr, layihələr, kurs işləri (sənin və ya uşaqlarının)
28. Nə vaxtsa arıqlamağı planlaşdırdığını tələb edən əşyalar
29. Sentimental duyğulara səbəb olan şeylər: maqnitlər, qaralamalar, eskizlər, qeydlər
30. Köçmüş və heç bir şeyi götürməyi planlaşdırmayan yaxın adamlarıın əşyaları