Model ilə müsahibə: Niki Haydu

Model olmaq – əslində necədir? Biz macarıstanlı model Niki Haydu ilə görüşərək onu sorğu-suala tutduq.

Sən həmişə model olmaq istəyirdin?
Bəli, həmişə. Hətta mən hələ balaca olanda arıq və hündür olduğuma görə hamı deyirdi ki, mən model olmalıyam.

Karyerana necə başldın?
Mən doğulduğum Macarıstanda dostlarımla istirahət edirdim, orada məni agent taparaq, model olmaq istəyimlə maraqlandı. O mənim bukerim oldu, lakin bir ildən sonra mən agentliyimi dəyişmək qərarına gəldim.  

Sən model karyerasını arzulayan qızlara nə demk istərdin?
Özünüzə uyğun agentlik seçin. Yaxşı əllərə düşmək çox vacibdir. 

Model karyerası səni dəyişdi?
Bəli, mən model işləməyə başlayandan çox dəyişmişəm. Mən daha sərbəst oldum, işimə daha peşəkarlıqla yanaşıram və bu illər ərzində işlədiyim insanlardan çox şey öyrənmişəm. 


Boş vaxtını necə keçirisən?
Son bir neçə il mən Nyu-Yorkda yaşayıram, oarada həmişə məşğuliyyət tapmaq olur. Mən gecənin ortasında suşi-bara və ya istənilən kinonun dünya premyerasına gedə bilərəm. Orada hər zaman nə isə baş verir.  

Sən bir sıra məşhur stilistlərlə işləmisən. Səni sevimli byuti-məsləhətin var?
Mən makiyajdan az istifadə edirəm, lakin bir məsləhətim var - qaşlarınbaxımlı olmasının hər zaman qayğısına qalmaq lazımdır. əvvəllər mən onlara qələm çəkirdim, lakin indi olduğu kimi saxlayıran. 

Gündəlik olaraq hansı gözəllik prosedurlarını edirsən? Mən hər axşam və səhər üzümü təmizləyirəm və həftədə bir dəfə skrabdan istifadə edirəm. İşləmədikdə yalnız tuş və dodaqlar üçün balzamdan istifadə edirəm. 

Sənin gecə üslubun?
Qırmızı dodaq boyası və həcmli saç düzümü.

Sən formanı necə saxlayırsan?
Mənim üçün formada olmaq çox vacibdir. Nyu-Yorkda mən şəxsi məşqçi ilə məşğul oluram, həmçinin qidalanmama diqqət edirəm, sağlam qidalanmağa çalışıram. Lakin məm Macarıstana gəldikdə həmişə diyetamı pozuram - burada hər şey çox dadlıdır! 

Mətn: Şəkil: Benjamin Vnuck