Model ilə müsahibə: Bekki Tompson

Tanış ol: Bekki Tompson — model, layf-kouç və yoqa həvəskarı. Biz video dəslərinin çəkilişləri zamanı karyera, həyatdakı məqsədlər, byuti qaydalar haqqında danışmaq və fitnesə dair dəyərli məsləhətlər əldə etmək üçün Bekki ilə görüşdük.


Sən necə model oldun?  

Bir dəfə gəzintidə model agentliyinin skautu məni gördü. Mənim 16 yaşıvə m var idi və mən qərara gəldim ki, əvvəlcə mən məktəbi bitirməliyəm və yalnız iki ildən sonra müqavilə imzaladım. 

İlk iş günündən hansı təəssüratları aldın?   
Əvvəlcə mən heyran idim. Sonra məlum oldu ki, çəkilişlərin ilk günü sözün əsl mənasında yağışın altında gəzməliyəm. Mən işi belə təsəvvür etmirdim, lakin iş işdir. Əslində, model olmaq əladır! Mən dünnyanı səyahət edirəm, çoxlu əla adamlarla tanış oluram və uçuşlar üçün böyük endirimlər alıram (bu əladır, elə deyilmi?)!   

Sənlə harada rastlaşmaq olar?  
Mən Yaponiya və Koreyada, həmçnini ABŞ-da, Fransa və əlbəttə ki, Londonda çox işləyirəm.    

Bu gün biz dörd video dərs hazırladıq. Onlardan ən çox hansını bəyəndin?  
"Makiyaj vasitəsilə necə daha cavan görsənmək olar" ən maraqlı idi. Bu məsləhətlər mənə çox lazım idi. Videodərsə baxmaq üçün linkə kliklə.

Sənin hobbin var?  
Bəli, gündəlik olaraq yoqa ilə məşğul olmaq onlardan biridir. Bu mənim həyatımın vacib hissəsidir, mənə özümü əla hiss etməyə və görkəmimdən həzz almağa kömək edir. Həmçinin Yoqa üzrə kvalifikasiyalı məşqçiyəm. Bundan əlavə, mən layf-kouçinqlə məşğul oluram - gənc qızlara özlərinə əmin olmaqda kömək edirəm. Yeri gəlmişkən, bizim makiyaj videodərslərimiz  yeni möhtəşəm üslub yaratmağa kömək edən mükəmməl alətdir!   


Bu ideya necə ağlına gəldi?  
 
İşim sayəsində mən təzə insanlarla tanış olurvə tez-tez özünə əmin olmayan qızlarla tanış oluram. Təsəvvür edin, gənc modellər nə qədər tənqid və neqativ ilə rastlaşırlar. Lakin buna baxmayaraq, dünya imkanlarla doludur və arzuladığın hər şeyə nail ola bilərsən. Necə? Kifayət qədər yaşxı deyiləm fikrini başından atmaq və hər şeyə qadir olduğuna inanmaq lazımdır (hətta elə gəlirsə bu belə deyil).   

Həyatda ailə, karyera, dostlar, hobbi və spora yer varsa, arzuolunan balans əldə olunub. Axı iş həyatda ən əsasdırsa, dəli olmaq olar. Mən isə qızlara bu qızlara həmin balansı tapmağa və qızlara həyatdan zövq almağa kömək edirəm.  

Bekki Tompson ilə gözəllik dərsləri 


...OLMADAN YAŞAYA BİLMƏRƏM:
Dərini təmizləmədən... Çəkiliş və podiumlarda mən çoxlu makiyaj edirəm, buna görə də mən dərinin təmizlənmə proseduruna ehtiyatla yanaşıram və həmişə bunu səhər və axşam edirəm. Gel, tonik və nəmləndirici vasitə mənim köməkçilərimdir. Lakin ən vacib məhsul gözlərin ətrafı üçün kremdir, o çəkiliş zamanı mənə təravətli və parlaq görünməyə kömək edir. 

YAYDA DƏRİYƏ QULLUQ ÜÇÜN MUST-HAVES:
SPF-dən ibarət vasitələr. Çünki mənim dərim solğundur və çoxlu çillərim var. 

TRAVEL BEAUTY TIPS:
Mən yağlar əsasında hazırlanmış kosmeyikanı çox sevirəm! O dəriyə müsbət təsir göstərir, onu nəmləndirir və qidalandırır!

SAÇLARA QULLUQ:
Mən saçlara qulluqda da yağları sevirəm. Mənim nazik saçlarım tez-tez elektriklənir. Bu problemi həll etmək üçün mən saçlarıma yağlar əsasında hazırlanmış kondisioner vururam və effektini artırmaq və səhər mükəmməl nəticə əldə etmək üçün axşam başımda saxlayıram. 

ƏYLƏNCƏ GECƏSİ ÜÇÜN SEVİMLİ ÜSLUB:
Qırmızı dodaq boyası və kiçik qara don - hər zaman aktualdır! 

SAĞLAMLIQ ÜÇÜN MƏSLƏHƏTLƏR:
Mən vegeterian diyetasına riayət etməyə çalışıram və yediyim məhsullara diqqət yetirirəm. Məsələn, avakadonun dəriyə faydalı olduğunu bildikdə, onu rasionuma əlavə etdim. Həmçinin qidadan lazımi vitamin və faydalı maddələri əldə etməyə çalışır və çoxlu tərəvəz yeyirəm. Lakin yaşadığım London şəhərində günəş tez-tez çıxmır, mən D və C vitaminini dərmanlardan almalı oluram, 


Mətn: