Şəbəkəyə düşdüm: byuti-SMM trendləri

Selfi, follow me to və kollajlar – 2018-ci ildə sosial şəbəkələrdə bu cür fotolar artıq anti-trendə çevrilmişdi. Biz sənin üçün kosmetik brendlərin səhifələrində 5 yeni ideya tapdıq. İlhamlan və laykları topla!

1. ZARAFAT BİR QIRAĞA

Gözlərini tuşla boyadın və asqırdın, yeni hedlayner aldın və özünü saxlaya bilmədin, bütün göz qapağı boyunca oxları çəkdin ki eyni olsunlar - internet bu cür gülməli şəkillərlə doludur. Lentdə belə fotolarla paylaş, necə ki bunu 25 milyon abunəçisi olan Xuda Kattan @hudabeaty edir.

Yumor haqda bir neçə tam ciddi fakt: VKontakte sosial şəbəkəsində 5 ən böyük qrupdan 4, Youtube-da 10 ən çox izlənilən kanaldan 4 yumora həsr olunub. Gülüş üçün tutarlı səbəb!

2. ÖZÜN ÖZÜNƏ REJİSSOR

Heç bir xeyiri olmadan yüz dəfə eşitməkdən, oxumaqdan, şəkildə dərsə baxmaqdan, cəhd etməkdən, silməkdən, bir daha cəhd etməkdən, fırçanı atmaqdansa bir dəfə öz gözlərinlə görmək yaxşıdır. İnstagram köməyinə çatsın! Artıq uzun müddətdir ki, məşhur brendlər öz məhsullarını videodərs və GİFLərin köməyi ilə göstərir.

Bəs sən nə edə bilərsən?  Yeni dodaq boyasının svotçu ilə bumeranq et və ya gündəlik makiyajını videoya çək, sonra videonu sürətləndir və musiqi əlavə et. Bax belə nəhəng byuti-bloqlar yaranır!

3. ÇƏRÇİVƏDƏN KƏNARA ÇIX 

Gənclik pasportda rəqəmə bənzərdi, 90x60x90 və digər standartlar artıq dəbdən çıxır: kosmetik brendlər köhnə stereotiplərdən qurtulur və bizi yaşımızdan, bədən quruluşumuzdan, dərimizin rəngindən, xarakterimizdən asılı olmayaraq özümüzü sevmək və dəyər verməyi öyrədir. Oriflame olaraq qadının hər bir yaşda gözəl olduğunu düşünürük. Tatyana Neklyudova və Darya Milkanın bizim @oriflame_official_azerbaijan instagram səhifəmizdə ilhamlandıran videosu məhz bu haqdadır.

Ən son dəbə uyğun makiyaj edib və geyinməyə çalışma, necə ki bunu sosial şəbəkələrdə yüzlərlə bir birindən fərqlənməyən xanımlar edir. Yenilik axtar, amma özünə, öz üslubuna və həyata baxışına sadiq qal. Və bu sadiqliyini göstərməyə çəkinmə!

4. İNCƏ YAŞ

Divar kağızlarında şəkil çəkmək, evi alt-üst etmək - bütün bunları uşaqlar edirsə bizə çox xoş gəlir. Bu bir mühafizəedici mexanizmdir. Bu cür reaksiya bizə müdrük təbiət tərəfindən verilib ki, nəsilimizi vəhşi mühitdə müdafiə edə bilək.

İnstinktərimiz hər zaman bizimlədir və dəyişməz olaraq qalır. Brendlər bunu anlayır və aktiv istifadə edir: son zamanlar sosial şəbəkələrdə tez-tez makiyaja öz yanaşması olan gənc “vizajistləri” görürük. Sən də instagramına balaca qonaqları dəvət et və ya internetdən kadrlarla paylaş.

5. MƏNİM BAXIŞ BUCAĞIM

Artıq bloqerlər sadəcə dodaqları dodaq boyasıyla və kirpikləri tuşla boyamağın darıxdırıcı olduğunu anladılar. İmpressionizm üslubunda feys-art, heyvan üzünə oxşar dodaqlar, parıltılar, yeni rəng yaxımları - bax budur trend!

Öyrəşdiyimiz vasitələri yeni yolla istifadə edərək həqiqi rəssam ol yaxud izləyicilərinə məşhur vizajistlərin işlərini müzakirə etməyi təklif et və nəticə göz qabağında olacaq.

Mətn: Şəkil: Oriflame