1. FORMATI DÜZGÜN SEÇ
Tətbiqetməyə daxil olub yuxarı sol küncdə Your story işarəsini tap. Onun köməkliyi ilə sən şəkilləri, videoları, mətnləri və canlı yayımları yerləşdirə bilərsən. Yeni super şəkili tez bir zamanda paylaşmaq istəyirsən? Harda olduğunu və nə ilə məşqul olduğunu göstərmək istəyisən? Mini-mühazirə, şəxsi fikiri və yaxud tez bir zamanda feedback istəyirsən? Sənin məqsədləriтə daha uyğun formatı seç. Stories-də bütün paylaşımlar 24 saatdan sonra itir — lakin sən hər zaman postu «Aktual» bölməsində saxlaya bilərsən.
2. YARADICI YANAŞMA
Stories-lərdəki şəkillər və videoların profilə yerləşdiyin şəkillər kimi redaktəyə ehtiyacı yoxdur -onların eyni stilistika və rəngli qamması olmağı mütləq deyil. Fərqlı filtrlər və effektlərdən istifadə et. Hazırladığın foto və videolara mətn və stikerlər, emoji, şəkillər və haştaqlar yerləşdir: ekranın yuxarı sağ küncündə bütün bu alətləri tapa bilərsən. Effektlər videonu daha kreativ edəcək. Misal üçün, BOOMERANG rejimində video irəli və geriyə çəkilir. SUPERZUM funksiyası dramatik effekt yaratmağa imkan verir. GERİYƏ ÇƏKİLİŞ funksiyası videonu geri istiqamətdə göstərməyə kömək edir, BOŞ ƏLLƏR ekrandakı düyməni istifadə etmədən video yazmağa kömək edir.
3. NƏTİCƏ ƏLDƏ ET
Stories —auditoriyanla söhbət etməyə və baxışların sayını bilmək üçün dinamik bir kontentdir. Biznesinin daxili «mətbəxini» göstər: bununla sən abunəçilərə daha yaxın olacaqsan və loyallığı yüksəldəcəksən.
Instagram Stories: necə işlətmək, nəyi paylaşmaq və bu funksiyanın sənin biznesinə verə biləcəyi faydası.
Çoxları Stories funksiyasını xətirələri paylaşmaq üçün bir üsul kimi qəbul edir. Lakin bir çox biznes-hesablar bu funksiyanı aktiv şəkildə istifadə edir. Bəlkə sən də ondan düzgün istifadə etməyə başlayasan?