Monoroom

Qızların otağı

Monoroom mağazasının ortağı və bayeri Cema Azambayeva əmindir ki, don heç vaxt çox olmur.

MonoroomMonoroom-un adında təsadüfi olmayaraq tərcüməsi "əşya" olan yapon mənşəli "mono" sözü vardır. Mağazanı açan partnyorların 3-ü də Asiya və Afrika ölkələrinin MDU İnstitutlarını bitiriblər, lakin təxminən 10 il bundan əvvəl CJ-də (Canlı Jurnal (ing. LiveJournal, LJ) tanış olublar. Məhz Yaponiyaya səfər zamanı yapon filologiyası fakültəzinin məzunu Cema Azanbayeva yeni formatlı mağaza açmaq haqqında düşünüb: xoş interyer, sadə, mehriban atmosfer, Asiya dizaynerlərindən (əsasən Çin və Koreya) çox sayda gözəl, münasib qiymətə malik donlar. Dörd il bundan əvvəl "Flakon" dizayn zavodunun ərazisində çox sadə, lakin cəlbedici "hər tədbir üçün 1999 rubl dəyərində donlar" konsepsiyasına malik ilk Monoroom açıldı.   

Monoroom-un hansı üstünlükləri var?
– Sən əlverişli qiymətə geyim alırsan, lakin bu geyimdə başqa bir insanla qarşılaşmaq, demək olar ki, mümkün deyil. Bazara indi və burada nə lazım olduğunu anlamaq və hiss etmək lazımdır. Düzünü desək, əvvəl biz gözləyirdik ki, bizim müştərilərimiz əsasən tələbə qızlar, hətta yuxarı sinif şagirdləri olacaq, lakin bizim autitoriyamız 24-35 yaş arası oldu. Bu əladır, buradakı qızlar təcrübə aparmaqdan qorxmayaraq parlaq və orijinal olmağı sevirlər. 


Əvvəl Monoroom-un konsepsiyası "hər tədbir üçün 1999 rubl dəyərində donlar" idi. Bəs indi diqqəti nəyə cəlb etməyə çalışırsınız? 
– 1999 rubl dəyərində don kateqoriyası hələ də məşhurdur, lakin indi daha yüksək qiymət kateqoriyasına malik daha bəzəkli donlarımız var. Geyimləri daha baha qiymətə olan Rusiya dizaynerləri əlavə olunub, lakin onlar da alıcılarımız arasında məşhurdur. 

Diqqəti parlaqlığa veririk - bizim kolleksiyamızda baza əşyaları, demək olar ki, yoxdur. Gündəlik don olsa belə, o qeyri-adi tikiliş və ya rəngə malik olacaq. 

"Xoş interyer, sadə, mehriban atmosfer, Asiya dizaynerlərindən çox sayda gözəl, münasib qiymətə malik donlar"


İqtisadi krizis sizin biznesinizə necə təsir göstərir?
– Biz bunu heç hiss etmədik, əksinə: bizim seqmentə əvvəllər daha bahalı markalardan alış-verən alıcılar gəldi. Səbəbi budur ki, biz Avropadan alışı azaldaraq, Rusiya dizaynerlərinin sayını artırdıq. 

Mövsümi kolleksiyaları hazırlayarkən, nəyə əsaslanırsınız?
– Mövsümün trendləri, modellərin orijinallığı, qiymət və keyfiyyətin uyğunluğu, keçən mövsümlərdə alıcıların tələbatları və mənim şəxsi zövqümə.

Siz dəblə, yoxsa satışlarla məşğulsunuz?

– Mən bu anlayışları bir-birindən ayırmazdım. Bəli, biz dəblə incəsənət olaraq məşğul olmuruq, özümüz geyim hazırlamırıq, lakin bunu tam kommersiya da adlandırmaq olmaz. Bizdə konveyer deyil, biz biznesimizə sevgi ilə yanaşırıq. Gözəllik və dəb mənim həyatəmda vacib rol oynayır. Mən hesab edirəm ki, qadının bu dünyada rolu gözəllik və sevgi nümunəsi olmaqdır, buna görə də özünü bəzəmək və gözəl əşyaları sevmək günah deyildir. 


Sənin qarderobunda əsas yeri nə tutur? 
– Mənim qarderobumun 70%-ni bizim satdığımız geyim təşkil edir. Sevdiyim don və ətəklərin, demək olar ki, hamısı Monoroom-dandır. Yeganə istisna aksessuarlardır: ayaqqabıları (xüsusilə, dikdaban və idman ayaqqabılarını) mən konkret markalardan alıram, çantalar isə hazırda qarderobumda yeganə ciddi pul qoyuluşudur. Hesab edirəm ki, qoy az olsunlar (donlardan fərqli olaraq), lakin onlar mütləq bahalı olmalıdırlar. Yəni mənim üslubum əlverişli, lakin parlaq geyim və statuslu, bahalı aksessuarlardır. Bu uyğunluq, məncə, idealdır, feşn-bloqerlər və stritstayl ulduzlarının əksəriyyəti mənimlə razıdır.
 

Makiyajda sən müəyyən üslubu izləyirsən, yoxsa təcrüblər aparmağa üstünlük verirsən? 
– Mən makiyajda olduqca təmkinliyəm, mənim maksimumum - ton, oxlar və tuşdur. Lakin saçlarımla təcrübə aparmağı sevirəm - məsələn, Yaponiyadan çəhrayı buruqlarla qayıtdım, sonra uzun müddət ombre ilə gəzdim, ildə iki-üç dəfə isə stabil olaraq saçlarımın qabaq hissəsini kəsdirirəm. 


Bu yayın əsas tendensiyaları və aparıcı elementlərini səsləndir. Monoroom
– Yetmişinci illər! Bu mövsümün əsas trendidir: saçaqlar, məxmər, denim parçası. Kiçik cins don bu mövsüm çox dəbdə olacaq.  Bir də sarı rəng - parlaq, şirəli, yay rəngi.  

Monoroom yay kolleksiyası ilə makiyajın hansı üslubları daha çox uyğundur?
– Makiyajda da 1970-ci illərə üstünlük veririk: təbiilik, oxlar, alının üzərində tellər və zərif yanaqlar. 

İstirahətə gedərkən ilk növbədə çemodanına hansı əşyaları qoyursan?
– Donlar – onlarsız mümkün deyil! 


Mətn: