İşlərini planlaşdırmağı və vaxtında bitirməyi öyrən

Hətta bu qeyri-mümkün görünsə belə.

Soyuducuların üzərində stikerlərin, bloknotda siyahıların və yaddaşında bütün planlarını saxlamağın əvəzinə plannerlər gəldi. Bu planlaşdırıcının səhifələri sadəcə yazı üçün təmiz vərəqlər deyil. Planlaşdırıcı prioritetləri müəyyənləşdirməyə və işlərini düzənləməyə, düzgün vərdişlərə sahib olmağa və yeni ideyalardan ilhamlanmağa kömək edir. Plannerin düzgün istifadəsi haqda danışırıq.

1. YENİ GÜNÜN ÜÇÜN BİR BÖYÜK İŞİ SEÇ

Bir böyük irihəcmli iş gününə ton verir, başlanğıc nöqtəsini müəyyənləşdirir və onlarla xırda işdən daha çox motivasiya edir. Pareto prinsipini unutma: 20% səyin nəticəsində 80% nəticəni əldə etmək olar. Hər yeni gün başlanğıc nöqtəsini müəyyənləşdir, sağlamlıqdan, özüninkişafdan və karyeradan tutmuş münasibətlərədək fərqli sahələrə aid işləri fokusda saxla.

2. İŞLƏRİNİ, ONLARIN HƏLLİNİ VƏ MÜDDƏTİNİ QEYD ET

İşlər siyahısı artıq hazırdı. İndi isə fəaliyyət planını tərtib etmək lazımdır. Hər hansı bir işi hansı yolla daha optimal həll etmək olar? Hər işi bir neçə aşağı dərəcəli tapşırıqlara böl, işlərin bitməsi üçün ayrılmış zamanı və həlli yollarını qeyd et. Layihəyə dair bütün fikirlərini kağızda və ya onlayn plannerdə yaz. Belə etməklə nəyisə unutmaq yaxud başqa vaxta keçirmək riski sıfıra enəcək, çünki artıq iş nəhəng və həyata keçirilməz olmayacaq.



3. ŞƏXSİ VƏ İŞƏ AİD PUNKTLARI BİR ARADA SAXLA

Həyat təkcə iş və məişətdən ibarət deyil. Bütün tapşırıqlarını, işlərini bir siyahıda saxla. Bunu etməklə daha asanlıqla bir punktdan o birinə keçəcəksən və balans saxlayacaqsan. Məsələn, üçüncü məqaləni yazmaq və ya növbəti hesabatı təfil verməkdən öncə fasilə et və masanı təmizlə, istifadə etdiyin kağız stəkanlarını at, kulerdən təmiz su iç. Əgər evdən işləyirsənsə, qab-qaşığı yuya, geyimləri paltaryuyan maşına qoya ya da gülləri sulaya bilərsən. Bu cür “fasilə” sənə enerji verəcək və daha sonra əsas işini gümrahlıq hissi ilə başlamağa kömək edəcək.

4. YERİNƏ YETİRDİYİN İŞLƏRİ SİYAHIDAN SİL!

Ən yaxşısını sona saxladıq. Tapşırığı və ya işi yerinə yetirdikdən sonra onu siyahıdan sil. Tamamlanmış hər bir iş bizim həyatımızı düzgün idarə etdiyimizi və şübhələrə yer saxlamadığımızı göstərir. Belə davam et!

BONUS

az.lifestyle.expert saytından testdən keçdikdən sonra İrina Qorbaçova və reklam kampaniyasının digər qəhrəmanlarının tərtib etdiyi plannerin elektron versiyası açılacaq. İşlərini planlaşdır, bitirdiyin işləri siyahıdan sil, #100de100yasa haştaqi ilə nailiyyətlərinlə sosial şəbəkələrdə paylaş və SPA-istirahət əldə etmək imkanını qazan.

Mətn: Şəkil: Orifame