1. İşi yox, mükafatı düşün.
Bonus və ya mükafatı gözləmək, hər hansısa X vaxtının gəlib çatmasını gözləməkdən daha xoşdur. Məsələn, əgər sən biznes-planı bitirdikdən sonra özünə çoxdan arzuladığın müfatafı söz verəcəksənsə, işi daha tez yerinə yetirmiş olacaqsan!
2. Görüləcək iş siyahısını yaz və onları günlərə böl
Prokrastinasiyanın ən pis forması – özünü elə aparmaqdır ki, elə bil bu iş haqqında heç anlamın da yoxdur. Hər bir iş sənəd şəklində olaraq vaciblik səviyyəsinə görə ayrılmalıdır.
3. İlk növbədə çətindən başla
Ən çətin işi səhərə saxla – bu sənin enerjinin daha çox olduğu vaxta düşür. Asdan işləri isə sonra da edə bilərsən.
4. Vacib məsələlər üçün vaxt ayır
Hər bir işdə gözlənilməyən problemlər yarana bilər və onların həlli üçün müəyyən vaxt tələb olunur.
Əgər günün tamamilə görüşlərdə və iclaslarda keçirsə, demək vacib işləri daha sonraya saxlayacaqsan. Öz gündəlik cədvəlinin səni idarə etməyinə icazə vermə, daha proaktiv hərəkət et!
5. Qəyyum təyin et
Prokrastinatorların əksəriyyəti öz uğursuzluqlarını gizlətməyə çalışırlar. Əgər sən həmişəöz uğur və nailliyyətlərini danışmağa bir insan tapmısansa, bu səni əmişə ilhamlandıraraq tonusda saxlamağa kömək edəcək.
6. Öz vaxtının necə sərf etdiyini yoxla
Əgər sən vacib işləri çox məşğul olma bəhanəsi ilə sonraya saxlayırsansa, bu əsl bəhanədir. Belə ki, bunları nəzərdən keçirərək vaxtının nə qədər səmərəli keçirib keçirməməni düşün.
Beləliklə sən gününün əsas vaxtlarını vacib işlərə deyil, daha çox ikinci və üçüncü dərəcəli işlərə sərf etdiyini anlayacaqsan.
7. Yuxunu, sağlamlığını və şəxsi həyatını qurban vermə
Hər şeyi sonraya saxlayaraq vaxtının çox hissəsini işə sərt etməyə çalışma. Sən onsuz da işi tələb olunan vaxtda başa çatdırmayacaqsan. Lakin bununla yanaşı problemin üzərinə yuxu çatışmazlığı, yaxınlarınla münasibətdə problemlər və qeyri-sağlam görünüş gələcək.