Məhkəmə gedir: Tənqidə necə reaksiya vermək

Əgər ətrafında sənə inanan və lazım olduqda yanında ola biləcək insanlar varsa, bu çox gözəldir. Bəs belə insanlar yoxdursa? Həyatından xarici görünüşün və hərəkətlərinə görə ətrafındakılar fikirlərinə necə reaksiya verməkdən danışacayıq.

KİM: YAŞLI QADIN

Universitetdə müəllimə və ya metroda yol yoldaşı, uzaq qohum və ya nənən — bu qadın həmişə sənin “probleminin” nədə olduğunu yada salır. Problem isə müxtəlif ola bilər — çox qısa ətək, makiyaj, hətta makiyajın olmaması və ya adi ayyaqqabı əvəzinə idman tərzli ayaqqabı, — bir sözlə stereotip anlayışına daxil ola bilən hər şey. Onun aləmində qadın qısa saç saxlaya bilməz (bu qadınlıq tərzinə uyğun deyil!), oversayz geyimlər seçmək (bədən quruluşunu gizlətmək) müəyyən yaş dövrünə qədər “nailiyyət” əldə etməmək: karyera, ailə, uşaq, xarici görünüş və hətta qazan dəsti. Unutma ki, bunların hamısı  — stereotiplərdir. Və müasir həyatda bunların heç birinin əhəmiyyəti yoxdur. Vacib olan sənin özünü necə hiss etməyindir. Ətrafdakıların fikirlərindən asılı olmamaq.  

KİM: DƏBLİ-RƏFİQƏ

Gözəl, parlaq, lakin tamamilə boş — növbəti tipajı belə adlandıra bilərik. O qısa donları bəyəndiyindən deyil, ancaq dəbli olduğundan geyinir. Qırmızı dodaq boyasını yaraşdığından deyil, yalnız dəbli jurnalların dediyindən istifadə edir. Bunların hamısı dəbli rəqifənin çoxdan öz fərdiliyini itirərək “İnstaqram qızlarından” biri olduğunu sübut edir. İndi isə digər insanları da öz tərəfinə çəkmək istəyir.  Bunu sənə heç nəyi xatırlatmır? Bəli, bəli, bu yaşlı qadın obrazıdır. Müqavimət göstər!

NƏ ETMƏK

Bu insanlar asta sürətli raketlərə bənzəyirlər. Onlarla mübahisələrə girməsəniz daha yaxşı olar. Çünki onlar üçün alternativ fikir mövcüd deyil, əks tərəfi sübut etmək isə — onu qızışdırır.  Nəzakətli ol, gülümsə, cavab verdikdə diqqətli ol, ümumi mövzüları müzakirə et. Həmişə yadında saxla ki, özün və həyatın haqqında özgə fikirlər, yalnız özgə fikirlərdir. Əsas olan sənin fikrindir. 

KİM: QONŞU

Bütün qonşuların qiybətlərini toplayan və ya digər şöbənin qiybətçil həmkarı şəxsi həyatın haqqında nəzakətsiz suallar verəcək və ya xarici görünüşünü müzakirə edəcək. Nəyə görə digər insanların həyatına müdaxilə etmək onun xoşuna gəlir? Çünki, bu halda o öz həyatını unudur. 

NƏ ETMƏK

Heç kimi öz əhatənə buraxma, artıq danışma və digər insanları müzkirə etmə. 

KİM: ƏSAS BOSS

Bu insan işçinin effektliliyini nəticələrə görə deyil, xarici görünüşünə görə qiymətləndirir. Məsələn, ayaqlar daha zərif ola bilərdi, paltar isə daha uzun ola bilərdi. Bu cür insanları günahlandırmaq olarmı? Elə də yox. Dəbli jurnallar və cəmiyyət bizə “qəbul olunmuş” standartlara uyğunlaşmağa vadar edir.  Ancaq iş gəldikdə nə standartlar, nə də ətrafdakıların fikirləri bizim öz fikirlərimizlə üst-üstə düşmür. Məs, hansıkı başqa cür görür, düşünür və yaşayır. 

NƏ ETMƏK:

Heç kəsin xoşuna gəlməyə çalışma. Özün kimi ol və öz işini yaxşı görməyə çalış.

Beləliklə, sən fikirlərini ciddiyə almaq lazım olmayan dörd müxtəlif tip haqqında öyrəndiz. Onlar sənə heç kimi xatırlatmırlar? Binqo! Məhs bu tipajlar yeni Antikastinq layihəsinin videoçarxında təqdim olunmuşlar. Bütün bu rolları inanılmaz İrina Qorbaçova oynayıb. Yeni reklam çarxı — kiçik bədii filmdir ki, burada hər bir qadın üçün vacib məlumat mövcüddur: sənin gözəlliyin ətrafdakıların fikirlərindən asılı deyil. Bu videoda filmin yaradıcıları filmin necə çəkildiyi haqqında danışıllar, tamaşaçılar isə bunların hamı ilə daha yaxından tanış ola bilərlər.  Baxaq!

Unutma ki, heç kimin qiymətləndirməsi və heç bir stereotiplər nə sənə, nə də sənin həyatına təsir etməməlidir. Ətrafdakıların fikirlərinə qulas asmayaraq, özün lazım bildiklərini et.

Antikastinq hərəkatına qoşul və səni ilhamlandıracaq öz yaxın insanının hekayəsini bölüş. Videonaminasiyalara bax və həqiqi gözəlliyin tarixşəsini danış. 

Mətn: Şəkil: Oriflame