İRİNA BASYUK, RUSİYA (KRASNODAR)
İrinanın hər bir mətni, videosu və ya yaratdığı obrazı həqiqi mükəmməlliklə seçilir. Biz parfüm icmalına baxdıqda belə qəhrəmanımızın aksessuarları, makiyaj və manikyuru diqqət çəkir və icmalı tamamlayır. İrina hər zaman məhsulun adını və kodunu, tərkibini və aktiv inqrediyentləri qeyd edir və həmçinin instagramda emodzi, animasiya effektlərini istifadə edir. O, bu cür icmalları youtube kanalında yerləşdirir. Qısa icmalları isə instagrama yerləşdirir. Çox asan! Nəticə olaraq İrinanın 24 min izləyici, 500-dən 3000-dək bəyənilmə və 1452 paylaşımı var.
Abunə olmaq üçün: @irinabasyuk
ANNA ŞAPİRO, RUSİYA (NOVOSİBİRSK)
Anna Şapironun instagram hesabı halis layfstayl-blog təəssüratı yaradır. Anna bəyəndiyi məhsullar haqda danışır, “əvvəl və sonra” formatlı obrazlarla paylaşır, səyahət mövzusuna toxunur. Vahid üslub və dəqiq məzmun planı 14 mindən çox abunəçisi olan Annadan öyrənə biləcəyimiz məqamlardandır.
Bəyən: @shapiro.anna_
AYNURA NASIROVA, QAZAXISTAN
Oriflame Qazaxıstan və Mərkəzi Asiyanın rəsmi icmalçısı Aynura Nasırova iki uşaq anasıdır, həyat yoldaşı və sahibkardır. Bununla eynən onun bloqunun məzmununu da 3 hissəyə bölmək olar: layfstayl, məhsullar haqda təəssüratlar və biznes məsləhətlər. O, tez-tez videoçarxlar yerləşdirir. Bu çarxlar vahid üslub, fon və işıqla çəkilir. Bunu nəzərə alaraq onun paylaşımlarının 500-dən 4000-dək baxış sayının olması heç təəccüblü gəlmir. Aynur ailəsi və uşaqları haqda çoxlu paylaşımlar edir, biznesi və uğurları barədə səmimi danışır, master-klasslar haqda öz mövqesini bildirir. Bizim siyahımızda Aynur 30 min abunəçisi olan yeganə insandır!
Sosial şəbəkələrdə Aynuru axtar: @ainura.nasyrova
GULNARA CORAYEVA, QIRĞIZSTAN
İnstagramda 8 min izləyicisi olan Gulnara bloqunu belə təsvir edir - “Arzularım haqda yazıram”. Həqiqətən, onun bloqunda həm motivasyon hekayələr, həm səyahətlərdən və komanda yığıncaqlarından fotolar, həm də yüksək dərəcəli addım-addım videodərslər var (daha yaxından tanış ol!). Videolar keyfiyyətli işıqlandırma, musiqi və əhval-ruhiyyə ilə müşahidə olunur. Gulnaranın emosiyaları və jestləri hər şeyi sözdən yaxşı izah edir. Onun videoları bir dəqiqədən çox olmur. Aynurun videoda tam təbii olmasını və formata yeniliklər gətirməsini bəyənirik. Bu, dəqiq ssenarili teatr tamaşası deyil, sadəcə xanım məhsul haqda təəssüratlarını danışır və planlarını izləyicilərlə bölüşür. Çox əla, maraqlı alınır və darıxdırıcı deyil!
İzlə: @gulka_djoraeva
ELENA BERYOZKO, BELARUS
Elenanın instagramı bir gənc xanımın lifestyle bloqunun necə olmasının nümunəsidir. Belə bloqu səndə yarada bilərdin. İl ərzində qazandığın uğurlarla və planlarınla bölüşürsən, Nyu-York səyahətin haqda danışırsan, ailəni və dostlarını izləyicilərə nümayiş edirsən (heç bir saxta foto olmadan!). Həmçinin, Elenanın #официальныйобозревательорифлэйм haştaglı paylaşımları çox xoşumuza gəlir. Baxan kimi həmin qırmızı dodaq boyasını əldə etmək və bu xanım haqda daha çox bilmək istəyirsən. Bütün məşhur bloqerlər belə başlayıblar. Sən də cəhd elə!
Nümunə götür: @elenaberyozko