Həyatının neçə faizi sənindir?

Hərdən həyatımız o dərəcədə mənasız işlərlə doludur ki, xoşladığımız işlə məşğul olmağa gücümüz qalmır. Özümüzə necə vaxt ayıraq? Biz cavabını bilirik.

İDEAL PLAN
İlk öncə, işlərini siyahıya al. Adətən yaddaşında saxladığın işləri kağıza köçür. Daha sonra yalnız sənə zövq verən işləri qeyd et. Çox güman ki, siyahının qalan hissəsi daha böyük və sənin həyatına aid olmayan işlərdir. Hər bir punkt üzərində düşün: bu əslində kimin arzularıdır - valideynlərinin, qohumlarının və ya digər sənə yaxın olan insanların? Öz həyatını yaşamayaraq sən kimə və nəyi sübut etməyə çalışırsan? Və əgər öz arzularının dalınca getsən, burda nə pislik ola bilər? (Cavab: heç nə). Bütün bunları sadəcə dərk etməyin özü düzgün istiqamətdə hərəkət etməyə kömək edəcək.

GƏRƏKSİZ İŞLƏRİ SİL
Tədricən siyahıdan sənə aid olmayan işləri sil. Kiminləsə ünsiyyət səni taqətdən salır və xoş deyil? Ondan imtina et. İşindən həzz almırsan? Nəyi dəyişə biləcəyin haqda düşün. Bir sözlə, həyatdan zövq almağa mane olan hər bir şeyi həyatından sil.

VAXTINI ÖZÜNƏ AYIR
Ancaq xoşbəxt və arzularını həyata keçirmiş insan yaxınlarını xoşbəxt edə bilər. Bu səbəbdən sənin başlıca məsələn sən özünsən. Daima özündən soruş “Mən bunu istəyirəmmi?”, XEYR deməyə utanma və prioritetlərini üstün tut. Belə sən praktiki olaraq sağlam eqoizmin mütləq vərdiş olduğunu anlayacaqsan.

İş, ev, ailə - bunların hamısı əlbəttə yaxşıdır. Amma, bir sual yaranır: özünə nə qədər vaxt ayırırsan? Həqiqətən istədiklərinin hamısını həyata keçirə bilirsənmi? #hecdeutanmiram fleşmobu elan edirik! Uşaqlara nənələri baxsın, sən isə həyat yoldaşınla bağ evinə getmək istəyirsən? İşdən icazə alıb bütün günü xoşladığın kinolara baxmaq istəyirsən? Niyə də yox! Sayca onuncu dodaq boyasını alıb özünü xoşbəxt hiss etmək istəyirsən? Biz ancaq HƏ deyirik! Oriflame-in instagramda rəsmi hesabına abunə ol, özün haqda bir əhvalatı yaz. Yazında #hecdeutanmiram  haştaqını qeyd et və hesab aç. Ən yaxşı əhvalatları səhifəmizdə paylaşacayıq.

Mətn: Şəkil: Orifame