KAPITALSIZ ŞƏXSİ BİZNES

Şəxsi biznesin haqqında arzular qurursan, yalnız tələb olunan start kapitalına malik deyilsən? Bu heç də motivasiyanı itirmək üçün səbəb deyil! Kapitalsız şəxsi biznesin qurulması üçün ideyalarla bölüşəcəyik.

Əvvəlcə sənə bir sirr açaq: start kapitalının olmaması heç də şəxsi biznesin qurulmaması üçün səbəb deyil. Çünki, tələb olunan start məbləğinin toplanması üçün müəyyən metodlar var və bu tək kredit deyil. Bunu potensial müştərilərdən pul toplamaqla da etmək mümkündür. Bununla da yanaşı müəyyən bizneslər var ki, onların startı üçün kapital lazım deyil. Gəlin onlardan bəziləri ilə tanış olaq. 

Əllərlə işləmək
Əgər əllərlə nəsə düzəldə bilirsənsə, öz əməyinin məhsulunu sata bilərsən. Məsələn əgər sən rəssamsansa sənin pulun yalnız materiallara gedəcək. Rəssamlar üçün Etsy, eBay və ya Amazon kimi saytlar mövcüddur.

Evdə köməklik
Hər hansısa ev xidmətini həyata keçirmək üçün heç də ofis açmağa ehtiyac yoxdur. Məsələh insanlara itlərini gəzdirmək xidməti üçün heç bir təhsilə ehtiyac yoxdur. Yalnız pedaqoq və ya müəllim təhsulunuz varsa dayə peşəsi haqqında da düşünə bilərsiniz.  

Təmir etmək
Texniki biliklərə maliksənsə onları gəlir mənbəyinə çevirə bilərsən. Bununla yanaşı heç də evdə işləməyə ehtiyac yoxdur – məsələn YouDo platformasında müəyyən xidmətləri təklif etmək olar.
Həmçinin professional usta olmaq üçün məhsulun hazırlanması və ya ofisin kirayəsi üçün pul xərcləməyə ehtiyac yoxdur. Bu işdə kapital yalnəz alət dəstinin alınmasına gedə bilər.

Məsləhətçi olmaq
Çox insanlar üçün böyük şirkətlərdə işləyərək müəyyən təcrübə toplamamış şəxsi biznesini açmaq mümkünsüz gəlir. Əgər hər hansısa şirkətdə uzun müddət işləyirsənsə, starterlər və yeni işçilər böyük həvəslə məsləhətlərinə qulaq asa bilərlər. Buna yalnız vaxtın sərf olunacaq. 

Kosmetika satmaq
Biznes-model çox sadədir: sən distribyüter qiymətinə kosmetika alırsan və yaxınlarına satırsan. Oriflame şirkətində start üçün səndən kaöital tələb olunmur. Yalnız qeydiyyat üçün nəzərdə tutulan məbləğ. O da öz növbəsində bir fincan kofe dəyərindədir. Bununla yanaşı Oriflame şirkətində Müvəffəqiyyət planı var ki, onunla şəxsi gəlir əldə etməklə yanaşı yüksək gəlirli biznesə başlaya bilərsən. Sən online işləyərək işinə özün istəyən qədər vaxt sərf edə bilərsən. Şərtlər haqqında ətraflı məlumatı buradan öyrənə bilərsən.

Mikrosahibkarlıqla məşğul olmaq
Sən öz şəxsi işin və ya şəxsi biznesinlə məşğul ola bilərsən. Bunun üçün hər hansı bir olatforma modelindən istifadə etmək lazımdır: sən Uberdə qeydiyyatdan keçərək sürücü ola bilərsən və ya AirBnB xidmətində evini kirayə verərək gəlir əldə edə bilərsən.  
İşlərində ilk məbləği qazandıqdan sonra uzun müddət arzularında olan bizneslərin kapitalına da sərmayə qoya bilərsən. 

Mətn: Şəkil: Oriflame