Gözəl dəyişikliklər

Aktrisa Irina Qorbaçova – gözəl əməllər və xeyriyyəçilik barəsində danişmağin vacibliyi barəsində.

Səncə, xeyirxah əməllər, xeyriyyə işləri, digərlərinə etdiyin kömək haqqinda danişmaq lazimdir?
Mütləq! Lakin nə qədər yaxşı biri olduğunu göstərib lovğalanmaq üçün yox. Məqsədin, bununla nəyə nail olmaq istədiyin əsasdır. Xeyriyyəçilikdən danışdıqda, heç kimi heç nəyə məcbur etmirsən. Sən sanki estafeti ötürürsən: insanlar məhz belə toplanır, fondlar təşkil olunur və sair. İnsanlar xeyirxah əməllər haqda nə qədər çox danışsalar, bir o qədər yaxşıdır: ölkəmizdə xeyriyyəçilik yenicə inkişaf etməyə başladığından, bu haqda danışmaq lazımdır, bunun təbii olduğunu demək lazımdır 

İnsanlarin çoxu hesab edir ki, onlardan heç nə asili deyil və bir insanin gücü ilə dünya yaxşiliğa doğru dəyişə bilməz.
Xeyirxah əməllər zamanla qlobal hərəkata çevrilən kiçik mütərəqqi hərəkətlərdir. Restoran biznesində işləyən bir xanım haqqında nümunəyə nəzər salaq. O, yaxınlarının uşağının ciddi xəstələndiyini və müalicə üçün təcili pula ehtiyaclarının olduğunu öyrənir. Kömək etmək qərarına gəlir. O bunun mümkün olmadığını, məbləğin çox böyük olduğunu, ona heç kimin inanmayacağını düşünmür. Böyük istəyi və səmimiyyəti sayəsində, insanlar onun müraciətini rədd edə bilmirdilər. Nəticədə, o, tələb olunan məbləği iki dəfə tez topladı və uşaq əməliyyata göndərildi. Lakin bu hələ hamısı deyil. Bu hadisə onu tamamilə dəyişdi. O restoran biznesindən getdi və fond yaratmaq qərarına gəldi. Hər bir böyük xeyriyyə layihəsinin arxasında hər zaman müəyyən bir hadisənin bir insanın fikirlərini dəyişməsi və onun başqa heç nə ilə məşğul olmaq istəmədiyini anlaması haqqında bir tarixçə var. 

 

Hazirda minlərlə fond var və ianə vermək üçün iki klik kifayətdir. səncə, xeyriyyə işlərində şəxsən iştirak etmək nə qədər vacibdir?
Mən “xeyriyyəçilik ruhun gigiyenasıdır” ifadəsini çox bəyənirəm. Düşünürəm ki, bu düzgündür. Tələbatın və imkanın varsa, kömək etmək lazımdır. Bunu şəxsən edibetmədiyin barədə düşünmək lazım deyil. Bilavasitə xeyirxah işlərlə məşğul ola bilən insanlar var. Onların vəzifəsi heyvan sığınacağı və ya uşaq evlərinə şəxsən gedə bilməyən, lakin onlara kömək etmək istəyənləri tapmaqdan ibarətdir. Rusiyada bu hələ yenilikdir, lakin digər ölkələrdə bunu artıq məktəbdə öyrədirlər və uşaqlar üçün kömək etmək, könüllü olaraq işləmək adi haldır.

Sən böyük işə gətirib çirardan kiçik hərəkətlər barəsində danişirsa, bu bizə çox yaxindir, biz də bu cür hekayərləri toplamaq istəyirik ki, dünyani daha yaxşiya doğru dəyişməyin göründüyü qədər çətin olmadiğini hər kəs görsün...
Bu sanki qonşuluq kimidir: mən sənə kömək etdim, sən də mənə kömək edərsən. Mən "ianə" sözünü elə də sevmirəm. Mən buna "kömək" deyirəm, çünki bu həqiqətən də qonşuya kömək etmək kimidir. Heç kim bilmir ki, bu kömək nə vaxt sənə yönələ bilər. Burada bir ilahi qüvvə var. Biz rəhmli insanlarıq, kömək etməyi sevirik, lakin bunu düşünülmüş formada, məhsuldar və sistemli etmək lazımdır. Xeyriyyəçilik sistemli olmalıdır, onda o, daha da çox insana kömək edəcək

Mətn: Şəkil: Oriflame