İlkin olaraq üzün müxtəlif hissələrində dərinin ehtiyaclarını müəyyənləşdir və onları həll etməyə kömək edəcək məhsullar seç.
Məsamələri açmaq və dərini hazırlamaq üçün istiləşdirici effektli maskadan istifadə edə bilərsən - cəmi 20 dəqiqə ərzində üzünü təmizləyəcək və eyni zamanda sənə xoş hisslər bəxş edəcək. Maskanı yuyun – və sən sonraki prosedura hazırsan.
Hansı məhsulu seçmək lazımdır?
YAĞLI NAHİYYƏLƏR ÜÇÜN
Bir qayda olaraq, ən problemli dəri T-zonasındadır: həddindən artıq parlaqlıq, tıxanmış məsamələr və qara nöqtələr ən çox orada görünür. Sebumu udan və məsamələrdən çirkləri çıxaran bir gil maskası istifadə et. Gil maskası iltihab əleyhinə vasitə kimi çıxış edəcək: bu üzdə sızanaq və qızartıların yaranmasının qarşısını alacaq, həmçinin ölü hüceyrələrdən xilas olmağa kömək edəcək.
Redaktor seçimi: Optimals bütün dəri növləri üçün təmizləyici gil maskası. Ağ gicitkəndən alınan kaolin, kömür, salisilik turşusu, nəmləndirici şi yağı, sakitləşdirici söyüd qabığı və aktiv antioksidant fito birləşmələri olan formul məsamələri daraldıcı xüsusiyyətlərə malikdir, dərini təravətləndirir, piyləri təmizləyir, tutqunlaşdırır.
Əgər gildən xoşun gəlmirsə və ya qara nöqtələr çox inadkardırsa, T-zonasına kömür ilə təmizləyici maska-plyonka çəkə bilərsən (yalnız onun üzərinə!) Üzünə buxar tətbiq et (yuxarıya bax), maskanı çək və tamamilə quruyana qədər burax. 20 dəqiqədən sonra, maska tamamilə sərtləşdikdən sonra, filmi aşağıdan yuxarıya çəkərək, yumşaq bir şəkildə götür və dəridən çıxar. Bütün çirklər maskanın üzərində qalacaq.
Redaktor seçimi: Pure Skin kömür ilə təmizləyici maska-pyonka salisilik turşu, ananas ekstraktı və kömür tozu ilə. Ananas ekstraktı yumşaq cilalayıcı alfa hidroksi turşuları (AHA), nəmləndirici təbii şəkərlər və iltihabı azaldan güclü antioksidant olan vitamin C ehtiva edir. Kömür tozu artıq sebumu mükəmməl şəkildə udur və yağlı parıltıdan qurtulmağa kömək edir.
QURU NAHİYYƏLƏR ÜÇÜN
Quru dəri nahiyyələri hər yerdə görünə bilər, lakin daha çox yanaqlar təsir altında qalır. Dərini sakitləşdirmək və qidalandırmaq üçün təbii şəkərlə zəngin maskalar seç. Dəriyə nüfuz edən və nəm balansını qorumağa kömək edən hialuron turşusu olan məhsulları da axtar. Yüngül teksturlu məhsullara üstünlük verirsənsə, dərini nəmləndirən, lakin tərkibində yağ olmayan gel maskalardan istifadə et.
Redaktor seçimi: Optimals bütün dəri növləri üçün nəmləndirici gil maska aşağı molekulyar çəki ilə (daha dərinə nüfuz edir) hialuron turşusu və giləmeyvə şəkərləri dərinin təbii qoruyucu baryerini bərpa edir və uzunmüddətli nəmləndirməni təmin edir. Soyuducu gel tekstur dərini təravətləndirəcək və nəticəni 10 dəqiqə ərzində görəcəksən!
ÜMUMİ QULLUQ
Bütün digər növlər kimi, qarışıq dəri xüsusi diqqət tələb edir və bu halda, multimaskinq marafonunu keyfiyyətli gecə qulluğu ilə tamamlamağı tövsiyə edirik. Gecə dərimizin yeniləndiyi və buna görə də bütün qidaları həmişəkindən daha yaxşı mənimsədiyi zamandır. Yağlı dəriyə gəldikdə belə, "qidalandırıcı" və "nəmləndirici" sözlərindən qorxmayın - axı dəri, nəmləndirici və baxımsız olduğu üçün də artıq sebum istehsal edə bilər.
Redaktor seçimi: NovAge dərinin intensiv bərpası üçün gecə maskası hialuron turşusu, inka-inçi və kupuasu yağları ilə. Hər yaşda olan bütün dəri tipləri üçün uyğundur, bir gecədə dərinin nəmlənmə səviyyəsini artırır, ilk tətbiqdən sonra dəriyə möhkəmlik, elastiklik və sağlam parıltı verir. İnka-inçi yağı dərinin elastikliyini artıran və təbii lipid baryerini gücləndirən omeqa-3, omeqa-6 və vitamin E ehtiva edir. Kupuasu yağı sağlam parlaqlıq və epidermisin ən yuxarı qatında su-lipid balansının tənzimlənməsi üçün mono doymamış olein turşusu və fitosterollarla zəngindir.