Çox mərhələli Asiya dəriyə qulluq sistemi tədricən dəbdən düşür. Minimalizm və ən yeni elmi nailiyyətlərə əsaslanan "ağıllı" məhsullar - bax budur trenddə. NovAge vasitələri bu fəlsəfəyə çox uyğundur. Vannada yarım saatlarla vaxt keçirməyə ehtiyacın olmayacaq. Cəmi dörd məhsul, bir-iki dəqiqə - və yüksək dəqiqli aktiv inqrediyentlər artıq dərinin gözəlliyi üzərində işləyir.
Kompleksli qulluq nədir?
Kompleksli qulluq sinergiya prinsipi üzərində qurulub: hər bir məhsulun formulları ayrı-ayrılıqda istifadədən fərqli olaraq daha nəzərəçarpan nəticə əldə etmək üçün bir-birini tamamlayır. Yalnız bəzi məhsullardan istifadə edə bilərsən, ancaq maksimum effekti məhz tam dəst verir - klinik sınaqlarla sübut olunmuşdur!
Hazır kompleksli həllər həm başlayanlar, həm də təcrübəli byuti mütəxəssisləri üçün idealdır. Qulluq mövzusuna hələ indi baş vurursansa, inqrediyentlər və teksturlarda özünü itirirsənsə, əmin ola bilərsən: dərin gündə cəmi iki dəfəyə iki dəqiqə ərzində lazımi qidalandırıcı maddələri alacaq. Byuti guruları isə innovativ tərkibi və nəzərə çarpan effekti qiymətləndirəcəklər.
Niyə o fərdi məhsullardan daha effektivdir?
Kompleksli qulluğu seçərək bir-birinin təsirlərini tamamlayan, lazımi maddələrin optimal dozasını ehtiva edən və gün ərzində bütün dəri ehtiyaclarını ödəməyə zəmanət verən məhsullar dəstini əldə edirsən.
Qatlana bilən effektiv formullar yaratmaq mürəkkəb və yüksək dəqiqli prosesdir. Bir var üz yumaq üçün sadə bir gel və baza nəmləndirici krem istifadə edirsən. Bir də var – öz üzərinə mürəkkəb aktiv inqrdiyentli təmizləmə, serum, krem və sanskrini birləşdirmək riskini götürürsən. Birgə istifadə üçün nəzərdə tutulmayan fərqli xətlərin formulları reaksiyaya girə bilər, lazimi nəmi verməyə bilər - və ya əksinə, dərini hansısa aktiv komponentlə qıcıqlanmaya və hətta allergiyaya qədər doldura bilər.
Gündəlik işlərdə bütün addımlar eyni dərəcədə vacibdirmi?
Gündəlik işlərə daxil olan müxtəlif məhsullar müxtəlif məsələləri həll edir, onların tətbiq etmə qaydaları maksimum effekt üçün düşünülüb. Gel-tonik dərini təmizləyir və hazırlaşdırır, gözətrafı krem zərif nahiyəyə qulluq edir, serum aktiv inqrediyentlərlə doldurur, gündüz kremi qoruyur, gecə kremi isə bərpa edir. Kmpleksli qulluğun qırışları 49% azaltdığını və ya elastikliyi 70% artdığını iddia etdikdə tam dəstin istifadəsinə əsaslanan klinik araşdırmaların nəticələrinə istinad edirik.
Niyə görə səhər və axşam fərqli kremlərdən istifadə etmək daha yaxşıdır?
Dərimiz təbii dövrlə harmoniyada yaşayır və günün müxtəlif vaxtlarında istifadə etdiyimiz məhsullar onun ehtiyaclarına uyğun olmalıdır. Gündüz ətraf mühitin aqresiv təsirlərinə qarşı mübarizə aparılır, gecə isə - bərpa. Məsələn, gündüz kremi SPF amilinə görə günəş şüalarından qoruyur, gecə kremi isə daha dolğun teksturası sayəsində intensiv şəkildə qidalandırır.
NovAge dəriyə premial kompleksli qulluğu bu qədər effektiv edən nədir?
NovAge brendi dəri qocalma prosesinin və AgeReflectTM-in yaş qavrayışının geniş miqyaslı araşdırması nəticəsində yaradılıb. Oriflame alimləri 1000-dən çox qadının üzlərini araşdırdı və yaşlanmanın ən vacib 12 əlamətini müəyyənləşdirdi. Hər NovAge xətti onlarla mübarizə aparmağa kömək edir və öz, xüsusi dəri problemini həll edir. İnnovativ texnologiyaların və bitki kök hüceyrə ekstraktlarının birləşməsi dərini yaşlanma amillərindən qorumağa kömək edir, hər yaşda gözəllik və parlaqlıqdan zövq almaq imkanını bəxş edir.
Dəriyə premial qulluq məhsulları seriyalarımızla fəxr edirik və haqlı olaraq onları bazarda ən effektiv məhsullardan biri sayırıq. Məhsulların yaradılmasına yanaşmamız haqqında daha çox məlumatı buradan ala bilərsən.