Bizim standartlarımız
Bir isveç kompaniyası olduğumuz üçün bizim gözəlliyə və məhsulları necə yaradacağımıza xüsusi baxışımız vardır. Ən başdan biz məhsullarımızın təhlükəsiz, etibarlı və effektli olması üçün təbiətdən ilham alırıq və elmi nailiyyətlərdən istifadə edirik. Siz bizə və bizim məhsullarımıza etibar edə bilməyiniz üçün xüsusi standartlar işləyib hazırlamışıq.
Təhlükəsiz inqrediyentlər
Bizim üçün sadəcə olaraq keyfiyyətli və effektli məhsullar istehsal etmək kifayət deyildir. İnqrediyentlərimizin ətraf mühit üçün təhlükəsiz və sənin üçün faydalı olması üçün səylə üzərində işləyirik.
Bu o deməkdir ki, məhsullarımızın bütün komponentləri aşağıdakı standartlara və tələblərə cavab verir:
Biz əminik ki, keyfiyyətli məhsul istehsalının əsasında təhlükəsizlik və məsuliyyətli istehsal dayanır. Biz bütün inqrediyentləri dəqiqliklə seçirik və onların alınmasında etik və ekoloji standartların nəzərə alındığından əmin oluruq. Bundan başqa biz nəsli tükənmək üzrə olan bitkilərdən istifadə etmirik.
Biz təbiətdən ilham alırıq, buna görə də sintetik qarışıqsız yalnız təbii inqrediyentlərdə istifadə edirik.
Bütün skrablarımızın tərkibi yalnız təbii cilalayıcı hissəciklərdən ibarətdir: badam qabığı, meyvə tumları və zeytun çəyirdəyi. bu sənin və dünya okeanı üçün daha yaxşıdır.
Təhlükəsiz tərkiblər
Kompaniyanın əsası qoyulduğu gündən biz təhlükəsiz məhsullar yaratmağa yönəlmişik. Bizim btün məhsullarımız ciddi sınaqlardan keçirilmiş və yüksək təhlükəsizlik standartlarına uyğundur.
Məhsulların təhlükəsizliyini təmin etmək üçün biz ən ciddi dünya standartlarını izləyirik. Biz AS-da qadağan olunmuş yalnız 1300 inqrediyentləri deyil, əlavə olaraq zərərli hesab etdiyimiz 60 inqrediyenti də istifadə olunanlar siyahısından çıxartmışıq.
Bizim məhsullarımızın tərkibində genetik modifikasiya olunmuş orqanizlər yoxudur (GMO)
Məhsullarımızın təhlükəsizliyindən və qıcıqlanmaya səbəb olmadığından əmin olmaq üçün biz müstəqil laboratoriyalarda könüllülər üzərində kliniki araşdırmalar aparırıq.