Yeni ildə mən istəyirəm...
Özünə rahatlaşma dəqiqələri hədiyyə etmək
Ətirli aromatik köpüklə dolu vannada uzanmaq, bir fincan kakao və sevimli kitab və ya seriala baxmaq - qış günündə daha yaxşı nə ola bilər! Belə bir istirahət sessiyasını təşkil etmək çox asandır. Vannadakı heyrətləndirici ətirə görə qoy Cherry Blossom In Love yeni məhsul cavab versin. NovAge parça maskası ilə dərini sevindir - o, gün ərzində heç də səndən az yorulmayıb. Spa seansdan sonra göz oxşayan yumşaq dəsmalla bürün.
Özünə barmaqlarının ucuna qədər qulluq etmək
Əllərin bütün günü kompüterdə işləyib, ləzzətli yeməklər hazırlayıb və sevdiklərini qucaqlayıb. Aloe və ya şaftalının təbii ekstraktları və zərif ətirləri ilə kremlər mütləq onların xoşlarına gələcək. Ayaqların minlərlə metr yol gedir və hər şeyi çatdırmağa kömək edir: onlara sadə qulluq ritualı ilə təşəkkür et, gecə, yumuşaldıcı və ya qidalandırıcı krem çək.
Aktiv ol
Bədənimizə özünü gümrah və enerjili hiss etmək, sənə hədəflərinə çatmağa kömək etməsi üçün hərəkətə ehtiyacı var. Qoy yeni ildə idman sənin üçün daha işgəncə olmasın! Latın rəqsləri, sakandinav gəzintisi, batutlarda tullanma və ya uşaqlarla aktiv gəzintilər - nə seçsən də, Activelle antiperspirantları bütün gün təravətini saxlamağa kömək edəcək.
Ağ vərəqdən başla
Bütün uğursuzluqları unudun - cəsarətiniz və əvəzolunmaz təcrübəniz üçün özünüzə təşəkkür edin, səhvlərinizin üzərində işləyin və xəyallarınıza davam edin. Yeni ildə mütləq işləyəcək! Şəffaf, ləkəsiz dəri istənilən vəziyyətdə özünəinamı təmin edir və Pure Skin çeşidi ilə əldə edilməsi asandır.
Hər gün özün üçün əhval-ruhiyyə yarat
Zərif və romantik, parlaq üsyançı və ya möhtəşəm diva - hər gün fərqli ola bilərsən, ancaq özün kimi qalaraq. Ətiri dəyişdirmək kifayətdir! Yeni ildə özünü bir sevimli parfümla məhdudlaşdırma və ətirləri əhvalına uyğunlaşdır, çünki əsl qadın hər zaman bir az aktrisadır.
Sağlamlığı qorumaq
İntim gigiyena vasitələri hər qadının rəfində olmalıdır - adi duş geli istifadə edə bilməzsiniz, o, mikrofloranı poza bilər, quruluq və qıcıqlanmaya səbəb ola bilər. Ginekoloqun rəyini oxu və məhsulunu Feminelle xəttində seç.
Yalnız gözəlliyə yox, təbiətə də qulluq etmək
Planetə qulluq edərkən seçim etmək səsləndiyindən daha asandır. Yuyulan Love Nature məhsulları silikonsuzdur, bioloji parçalana bilən formula və ancaq təbii aşındırıcı hissəciklərə malikdirlər - bu, onların dünya okeanları üçün tamamilə təhlükəsiz olduqlarını göstərir.