Skandinaviyasayağı gözəllik: qulluq, makiyaj, stil

Skandinaviya qızları gözəlliyə kompleksli yanaşmaları ilə məşhurdur. Onlar dərilərinə yalnız kosmetika ilə qulluq etmirlər, üzlərini makiyajla dəyişdirməyə çalışmırlar və sadə, lakin dəbli geyinirlər. Maraqlı gəldi? Nordik gözəllərindən nəyi öyrənməyi lazım olduğunu bil

 

Qulluq: daxili və xarici gözəllik
Skandinaviya qadınlarında qidalanma, fiziki aktivlik, dəriyə qulluq və daxili vəziyyət demək olar ki, ayrılmazdır. Onlar gözəlliyə kompleksli şəkildə yanaşırlar, bu da onların həyat tərzinə çevrilir.

İdman zalı əvəzinə isveç qadınları gündəlik fəaliyyətlərinə aktivlik əlavə edirlər. İşə - velosipedlə, rəfiqələrlə görüş - yaxın qəhvə evində bir fincan qəhvə arxasında yox, parkda. Nəticə - gümrahlıq, özünü əla hiss etmək, qırmızı yanaqlar. Və vaxtı keçmiş abunə paketi ilə bağlı heç bir narahatçılıq olmadan!



Makiyaj: trendlərdə tarazlılıq
Skandinaviya qızları tarazlı makiyajı sevirlər, eyni zamanda trendləri sınaya bilərlər - ancaq bu zaman onları kor-koranə təkrarlamırlar, yalnız təbii gözəlliyi vurğulayacaq şeyləri seçirlər.




Parlaq makiyajdan imtina etməyə və gözə çarpmayan makiyaja keçməyə hələ hazır deyilsənsə, İsveç qadınlarının ən sevdikləri fəndləri sına - məsələn, baxışın dərinliyini artırmaq və kölgələrin çalarının zənginliyini vurğulamaq üçün gözlərin rənginə uyğun kölgələrin seçilməsi:

 

● Qəhvəyi gözlər üçün göy piqmentli kölgələr seç: mavi, bənövşəyi, yasəmən rəngli.

● Gözlər yaşıldırsa, qırmızıya yaxın çaların olduğu istənilən intensivliyə malik çalarlara diqqət yetir - bu, solğun çəhrayıdan bordo və qəhvəyi rəngə qədər bütün spektrdir.

● Mavi gözlü qızlar təbii çalarların lehinə seçim etməlidirlər: bej, qəhvəyi, qızılı. Narıncı rəngləri də sınamaqdan çəkinmə.

● Boz gözlər üçün neytral, ancaq ifadəli çalar uyğun olacaq. Bunlar qara, tünd qəhvəyi, gümüşü, tutqun bənövşəyi rənglərdir.

Stil: minimalizm və rahatlıq
Skandinaviyasayağı üslubu üç sözlə təsvir etmək olar: funksional, lakonik, rahat. İsveçsayağı qarderobun əsas trendləri:

Minimalizm. Skandinaviya qızları sadə siluetə və tikilişə, sakit tonlara, bir rəng parçalara üstünlük verirlər və bəzək varsa - ancaq klassik (zolaq, dama-dama, noxud). Çox funksional qarderob alınır, bütün əşyalar bir-biri ilə uyğunlaşır.

Praktiklik. Skandinaviya qızının geyimi yuxarıda yazdığımız aktiv həyat tərzinə uyğundur, yüksək keyfiyyətli təbii parçalardan tikilir və uzun müddət işə yarayacaq. Onu bir neçə incə təbəqə ilə geyinirlər, bu da soyuq və dəyişkən hava üçün çox aktualdır.

Aksesuarlar. Qarderobun özü baza qarderobudur və lakonikdir, buna görə də aksessuarların köməyi ilə görünüşə əhval-ruhiyyə verirlər. Sevimli Norrsken brendində geyiminə uyğun hər gün üçün Everyday və xüsusi günlər üçün Festive bəzək əşyaları kolleksiyaları var.


Mətn: