Əllərini düzgün yu!

Ümumdünya səhiyyə təşkilatı iddia edir: əllərin adi qaydada yuyulması infeksiyadan qorunmanın ən etibarlı yollarından biridir. Sadə gigiyena qaydaları sağlamlığı qorumağa kömək edəcəkdir. Təlimatımızı oxu, təkrarla və özünü qoru.

Sabun bakteriyalardan necə qoruyur?
Hər dəfə əşyalara və səthlərə toxunduqda, yağ vəzlərinin istehsal etdiyi sebuma yapışan minlərlə mikrob əllərinizdə qalır. Əgər onlar vaxtında dəridən çıxarılmasa, onlar bədənə dərindən nüfuz edə bilər - məsələn, qida ilə birlikdə.

Sabun molekulları həm suyun, həm də sebumun hissəciklərini eyni vaxtda tutaraq onları bir-birinə bağlamaq bacarığına malikdirlər. Buna görə sabunu dərinin səthində köpükləndirdiyimiz və sonra yuduğumuz zaman o, bütün bakteriya və viruslarla birlikdə yağ hissəciklərini çıxarır. Beləliklə, sabunla adi əl yuma, bəlkə də, xəstəliklərdən qorunmağın ən effektiv yoludur.


Sabunu necə seçmək lazımdır?
Sabun özü-özlüyündə mikrobları öldürmür, buna görə qablaşdırmanın üzərində "antibakterial" işarəsini axtarmaq vacib deyil. Rəng və ətirə görə bəyəndiyin istənilən sabun keyfiyyətli gigiyena üçün uyğundur - məsələ xüsusi komponentlərdə deyil, məhsulun təsir prinsipindədir. Bərk sabun istifadə etmək daha yaxşıdır: onun səthində bakteriyalar yaşamır.




Əllərini düzgün necə yumaq lazımdır?

ÜST təlimatı 11 mərhələdən ibarətdir: keçidə daxil olaraq, xüsusi plakatı diqqətlə araşdır.

Bu da qısa yoxlama siyahısı:

1. Əllərini su ilə islat və bütün səthi örtərək, kifayət qədər sabun tətbiq et.
2. Əllərini ən azı 20 saniyə yu, tək ovucları və əlin arxa hissəni deyil, barmaqların arasındakı boşluqları və dırnaqaltı boşluqları da yaxşıca sabunla.

3. Birdəfəlik kağız salfetlə əllərini yaxşıca qurut. Dərinin səthində su damlaları saxlama: nəmli mühitdə bakteriyalar sürətlə çoxalır.
4. Kranı bağlamaq üçün həmin salfetdən istifadə
et – ona çılpaq əllərlə toxunma.


Tualetə getdikdən sonra, küçədən gəldikdən sonra, yemək yeməzdən və üzünə toxunmazdan əvvəl, heyvanlarla və evdən kənar istənilən səthlərlə təmasdan sonra əllərini yu.

Özünü daha necə qorumaq olar

1. Spirt əsaslı antiseptik istifadə et, ancaq ən zəruri halda, sabun və təmiz su əlçatan olmadıqda.
2. Əllərini yalnız tualetdən sonra yox, ondan əvvəl də yu: çirkli əllərlə intim selikli qişalara toxunarsan, virus bədənə düşəcək.
3. Yalnız əllərini yuduqdan sonra üzünə toxun.
4. Smartfonu dezinfeksiya et: danışarkən o, üzə yaxın olur və istənilən digər səth kimi virus daşıyıcısı ola bilər. Spirt əsaslı antibakterial salfetlər istifadə et.
5. İctimai yerlərdən çəkin və yalnız zəruri hallarda evdən çıx. Nəqliyyat vasitələrində və növbələrdə ən azı 1 metr məsafə saxla.

 Tez-tez əl yumaq dərini bakteriyalardan qoruyan lipid mantiyasına zərər verir. Quruluq və çatlamaların əmələ gəlməsinin qarşısını almaq üçün əl kremindən istifadə etməyi unutma.

Mətn: