Əyləcsiz: həyatını dəyişdirməyə mane olan şeydən necə qurtulmaq olar

Hədəfi görürsən, maneələri isə yox? Ancaq onlar var və sənə 100% özünü reallaşdırmağa mane olur. Bunlar tutulması olduqca çətin olan vərdiş etdiyn düşüncələr, şüuraltı inanclar, qorxu və davranış vərdişləridir. Onlar etdiyimiz hər şeyə təsir edir, xəyallarımızı reallaşdırmağa və dəyişikliklər barədə qərar verməyə imkan vermir. Daxili düşmənləri necə tanımaq və onları necə zərərsizləşdirmək olar haqqında danışacağıq.

DAXİLİ TƏNQİDÇİ 
Həvəslə işləməyə oturursan, birdən bu cür düşüncələr başında fırlanmağa başlayır: “Heç nə alınmayacaq, heç başlamağa dəyməz. Ümumiyyətlə, bu kimə lazımdır - mən boş yerə vaxt itirərəm. " Bəli, məhz bu əsas demotivatorun - daxili tənqidçinin səsidir. Əslində onun funksiyası səni qorumaqdır. O, işin keyfiyyəti, nüfuzun və effektivliyinin qayğısına qalır, səhvlərdən və mənfi təcrübədən qorumağa çalışır. belə Amma bunu elə sərt və alçaldıcı şəkildə edir ki, sadəcə yaşamağına mane olan

Nə etməli? 
Başlanğıc üçün anlamaq lazımdır: çatışmazlıqlarına görə özünü tənqid etməyi dayandırsan, bu o demək deyil ki, sən inkişaf etməyi dayandıracaqsan və səni ortalıq bataqlığı udacaq. Bunun sayəsində həyatında xroniki stress daha az olacaq, çünki daimi özünü tənqid etmək məhz buna səbəb olur. Əlbəttə ki, bunun içində ağlabatan əsas var. Beləliklə, onu tap və qüsurlaarı aşkarlayan və dəyərsizləşdirən daxili səsi dəstəkləyici və şəfqətli bir səslə əvəz et. Özünə qarşı  yaxşı münasibət yetişdir, ən yaxşı dostun kimi özünlə danış və unutma ki, yalnız heç nə etməyən səhv etmir.

ÖZÜNƏ SABOTAJ
Nə vaxtsa sağlam şüur və şəxsi maraqlara qarşı hərəkət etmisən? Əhəmiyyətli bir iclas ərəfəsində partidə oturub qalmaq, maraqlı hadisə üçün qeydiyyatı son ana təxirə salmaq və bu səbəbdən onu buraxmaq, perspektivi olmayan işdə və ya zəhərli münasibətlərdə qalmaq - özünü sabotaj üsulları kifayət qədər çoxdur. Bəhanələr tapırsan, təxirə salırsan, nəyisə etməyi "unudursan" və nəticədə əla fürsətlərdən istifadə edib həyatını dəyişə bilmirsən. Bu "təxribatçı işin" arxasında ilk növbədə qorxu durur: məsələn, yeni və vərdiş etmədiyin bir şey etməkdən qorxursan. Və ya uğur səni qorxudur. Bəli-bəli, belə də olur. Bəlkə istəmirsən ki, sənə paxıllıq etsinlər və ya sənə elə gəlir ki, uğurla birlikdə üzərinə götürmək istəmədiyin daha çox məsuliyyət və öhdəliklər gələcəkdir

Nə etməli?
Xoşbəxt olmaq fürsətini necə, nədə və nə üçün təxribat etdiyini araşdır. Sonra hər bir konkret vəziyyətdə şüurluluğu və öz  artır və öz xeyrinə hərəkət etməyə çalış. Məsələn, nəyisə təxirə saldığını başa düşürsən: işlər siyahısı tərtib et, hər bir maddəni alt maddələrə ayır və yerinə yetirməyə başla. Axı bu, çox xoşdur - görülən işlərin üstündən xətt çək və yenidən işləmək üçün ilham gəlir!

MƏHDUDLAŞDIRICI İNANCLAR 
"Uğur yalnız ağır zəhmətlə əldə edilir", "Mənim seçimim yoxdur", "Biznes – bu, çox risklidir", "Mən heç bir şeyə təsir edə bilmirəm, baş qoşmamaq daha asandır." Bilirsən bu ifadələri nə birləşdirir? Bunlar hamısı hərəkət və dünyagörüşünü təyin edən məhdudlaşdırıcı inanclardır. Onlar elə belə əmələ gəlmir - əsasən bu düşüncələr bizə valideynlərdən və qohumlardan gəlir, ancaq nəsə təbii ki, şəxsi təcrübədən yaranır. Bu cür inanclar həyata çox təsir edir – onlara görə özümüzə böyük miqyasda xəyal etməyə imkan vermirik və istədiyimizi etməyə çalışmırıq

Nə etməli?
İnvertarizasiya apar: həyatda sənə heç cür kömək etməyən inancları yaz. Sonra özünə sual ver: "Bes əgər bu belə deyilsə?" İlkin inancı dəyişdirməyə çalış və dünyaya fərqli baxsan həyatınının necə dəyişə biləcəyini düşün.  

QEYRİ-ADEKVAT ÖZÜNÜ QİYMƏTLƏNDİRMƏ 
Tez təslim olursançox vaxt yeni və qeyri-adi bir şey etməkdən çəkinirsən? Və ya özünü hamıdan yaxşı hesab edirsən və daim hər kəsə öz mövqəyini göstərməyə çalışırsan? Hər iki vəziyyətdə qeyri-real özünü qiymətləndirmə, yəni öz imkanlarının və məhdudiyyətlərinin, güclü və zəif cəhətlərinin  bilməməkdən söhbət gedir. Səbəb ondadır ki, ətrafımızda olanlar uşaqlıqdan bəri bizə müsbət və mənfi yarlıqlar qoyur ("sən tənbəlsən", "əllərin əyridir", "vunderkind", "dözülməz xasiyyət") və həqiqətən nə olduğumuzu anlamaq çətindir.

Ne etməli?
Özünlə daha yaxından tanış ol! Yeni şeylər sına, təcrübə qazan və hansı keyfiyyətlərə sahib olduğun və nə bacardığın barədə nəticə çıxart. Bu biliklərə əsaslanaraq, öz qarşına hansı vəzifələrin qoymağı və onlara necə nail olmağı anlaya biləcəksən

 

 
Mətn: Şəkil: Oriflame