BREND-PARTNYOR ÜÇÜN
MÜDDƏALAR VƏ ŞƏRTLƏR

Bu Müddəalar və Şərtlər (bundan sonra – "Şərtlər") və onlarda qeyd olunan bütün sənədlər "Oriflame" şirkətinin Brend-partnyorlarının qaydalarını, prinsiplərini, hüquq və vəzifələrini müəyyən edir  Az1005 Azərbaycan prospekti, 14 ünvanında qeydiyyata alınmış, VÖEN 1700073801 olan "Oriflame» MMC ("Oriflame", "biz", "bizi", "bizim") ilə sizin ("siz", "Oriflame şirkətinin Brend-partnyoru", "Brend-partnyor") arasında məcburi razılaşmadır (bundan sonra "Razılaşma" və ya "Brend-partnyor ilə Razılaşma) və əvvəlki bütün razılaşmaları, ərizələri və ya öhdəlikləri əvəz edir. Biz bu şərtləri sizin üçün açıq olan veb saytımızda dərc etdik və buna görə də bu Şərtlərin və Razılaşmanı təşkil edən bütün digər sənədlərin nüsxəsini çap etməyi və ya saxlamağınızı məsləhət görürük.


1.    ANLAYIŞLAR

Bu Şərtlərdə aşağıdakı anlayışlardan istifadə olunur:

i.     Etika məcəlləsi və Davranış qaydaları: "Oriflame" şirkətinin Uğur Planının bir hissəsi olan, Brend-partnyorunun "Oriflame" şirkətinə, Müştərilərə və "Oriflame" şirkətinin digər Brend-partnyorlarına münasibətdə davranışını tənzimləyən məcburi qaydalar toplusudur;

ii.    Müştəri: "Oriflame" şirkətinin müştərisi kimi qeydiyyata alınmış və ya qeydiyyata alınmamış, "Oriflame" şirkətinin məhsullarını onlayn (məsələn, sayt vasitəsilə) və ya oflayn (məsələn, telefonla) satın alan və bu zaman tamamilə və ya əsasən öz ticarət, kommersiya, peşəkar və ya digər fəaliyyətləri çərçivəsindən kənar fəaliyyət göstərən hər hansı bir şəxs deməkdir;

iii.   Oriflame Kataloqu, Kataloq: "Oriflame" şirkəti tərəfindən vaxtaşırı buraxılan, tövsiyə olunan, pərakəndə qiymətləri göstərən "Oriflame" şirkətinin məhsul təkliflərini özündə əks etdirən kağız və ya elektron kitabça deməkdir;

iv.    Kampaniya dövrü: bu Oriflame kataloqunun təkliflərinin qüvvədə olduğu hər bir kataloqun üz qabığında göstərilən dövr deməkdir;

v.     Kommersiya proqramları: vaxtaşırı olaraq "Oriflame" şirkəti tərəfindən maliyyələşdirilən marketinq, satış və satış təşviqi proqramları deməkdir;

vi.    "Oriflame" MMC: "Oriflame" MMC, onun baş holdinq şirkəti, həmçinin baş holdinq şirkəti tərəfindən birbaşa və ya dolayı yolla idarə olunan bütün təşkilatlardır;

vii.   Oriflame Məhsulları: Kosmetika və əlaqəli aksesuarlar, həmçinin "Oriflame" MMC-nin ticarət nişanları altında satışa təqdim olunan bəzi qida və pəhriz əlavələri deməkdir; Kataloqda məhsulların əsas xüsusiyyətləri təsvir edilmişdir;

viii.  Oriflame Byüti Cəmiyyət Bukleti: Oriflame şirkəti ilə qazanmaq imkanını izah edən plan və sənəd deməkdir. Byüti Cəmiyyət Bukletinin bir nüsxəsini növbəti linkdən yükləyə bilərsiniz:

ix.    Oriflame ticarət nişanları: Oriflame adı, Oriflame loqosu və istehsal etdiyimiz, satdığımız, təqdim etdiyimiz və ya yaydığımız məhsulların və ya məhsul çeşidlərinin adları deməkdir;

x.     Siyasət və prosedurlar: Oriflame-in Uğur Planı və Kommersiya proqramları çərçivəsində kompensasiya və güzəştlərin verilməsini tənzimləyən siyasət və prosedurlar deməkdir. Siyasət və prosedurların bir nüsxəsini aşağıdakı mənbədən   yükləyə bilərsiniz: [www.oriflame.az].

xi.    Qiymətlər "Oriflame" şirkəti tərəfindən müəyyən edilmiş və satınalma sifarişinin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qiymət vərəqəsində göstərilən Oriflame məhsullarının qiymətləri deməkdir;

xii.   Ərazi: Azərbaycan;

xiii.  Fərdi məlumatlar: "Oriflame" şirkətinin Brend-partnyoru kimi qeydiyyatdan keçərkən sizin təqdim etdiyiniz məlumat, həmçinin sizin haqqınızda dövrü olaraq bizə təqdim edə biləcəyiniz hər hansı əlavə məlumat deməkdir;

xiv.   Fərdi məlumat: "Oriflame" MMC-nin müştəriləri, Brend-partnyorları və "Oriflame" şirkəti ilə münasibətləriniz zamanı topladığınız və ya başqa şəkildə emal etdiyiniz digər üçüncü şəxslərə birbaşa və ya dolayısı ilə aid olan məlumatlar deməkdir.

2.    QEYDİYYAT VƏ ABUNƏLİK

2.1.   Müraciətinizi qəbul etdikdən və sizə unikal Brend-partnyor nömrəsi verdikdən sonra siz "Oriflame" MMC-nin Brend-partnyoru kimi qeydiyyatdan keçəcəksiniz. "Oriflame" MMC-nin Brend-partnyoru kimi qəbul olunmağınızın şərtləri Etika məcəlləsinin və Davranış qaydalarının "Abunəlik qaydaları" bölməsində nəzərdə tutulmuşdur.

2.2.   Saytımızda göstərilən məbləğdə (qeydiyyatınız zamanı və qeydiyyatın hər ildönümündə) illik inzibati rüsum almaq, habelə qərarınıza əsasən saytımızda göstərilən yeni üzvün dəstinin dəyərini sizdən almaq hüququnu özümüzdə saxlayırıq. Bu yığımlar ilk satınalma hesabınızda göstəriləcəkdir.

2.3.   Brend-partnyor qismində sizin abunəliyinizin və sizinlə razılaşmanın müddəti avtomatik olaraq başa çatır: (i) qeydiyyatın ildönümündə - bu Şərtlərə uyğun olaraq onun müddəti uzadılmadıqda; və ya (ii) ardıcıl 12 ay ərzində sifariş verməmisinizsə.

2.4. Brend-partnyor qismində abunəliyinizi yeniləməsəniz sizin Brend-partnyor razılaşmanız avtomatik olaraq ləğv ediləcək, lakin Onlayn Müştərilər və Üzvlər haqqında Müddəalar və Şərtlərə [www.oriflame.az  ] və Onlayn Müştərilər və Üzvlər üçün Şəxsi məlumatların qorunma Siyasəti www.oriflame.az  ] əsasən siz hələ də “Oriflame” MMC-nin üzvü kimi qeydiyyatda qalacaqsız, bu da öz növbəsində Orifleym məhsullarını sifariş etməyə davam etmək üçün sizə imkan yaradacaq. Brend Partnyorları və Üzvlər üçün cəmiyyət üzvlüyünün təkmilləşdirmələri və azaldılması qaydaları ilə bağlı əlavə məlumat müvafiq Siyasətdə www.oriflame.az  ] daxil edilmişdir.

2.5.   Həm Siz, həm də "Oriflame" MMC tərəfindən istənilən vaxt sizin abunəliyiniz və şərtlərdə göstərildiyi kimi Brend-partnyor ilə bu razılaşma ləğv edilə bilər.

2.6.   Abunəlik sizə qarşı fərdi xarakter daşıyır və əvvəlcədən yazılı razılığımız olmadan və Etika məcəlləsinin və Davranış qaydalarının tələblərinə uyğun olaraq köçürülə və ya başqa bir şəxsə verilə bilməz.

2.7.   İcazəsiz qeydiyyata yol verilmir. Bununla, siz belə bir qeydiyyatla əlaqədar yaranan hər hansı bir iradlara, xərclərə və məsrəflərə görə tam məsuliyyət daşımağı və "Oriflame" MMC-ə bu cür icazəsiz qeydiyyatla əlaqədar yaranan hər hansı bir iradları, xərcləri və məsrəfləri tam ödəməyi öhdənizə götürürsünüz.

2.8.   Siz qeydiyyatınızdan sonra:

2.8.1. Bu Şərtlərə uyğun olaraq "Oriflame" MMC-nin məhsullarını almaq, həmçinin "Oriflame" MMC-nin Uğur Planında göstərilən və istənilən siyasət və prosedurlara daxil edilmiş digər üstünlüklərdən istifadə etmək və əldə etmək hüququ əldə edirsiniz; və

2.8.2. Siz Bu Şərtlərin qaydalarına ciddi riayət etməlisiniz.


3. ABUNƏLİKDƏN İMTİNA ETMƏK HÜQUQU (DÜŞÜNMƏK ÜÇÜN VAXT) VƏ ABUNƏLİKDƏN ÇIXMANIN NƏTİCƏLƏRİ

3.1. Siz istənilən vaxt bizə abunəlikdən imtina etməyiniz barədə yazılı bildiriş göndərməklə abunəlikdən imtina edə və heç bir səbəb göstərmədən Brend-partnyorunuzla müqaviləni ləğv edə bilərsiniz. Sizin bildirişinizi aldıqdan sonra biz Şirkət abunəliyindən çıxmaq üçün müraciətinizin alındığını təsdiqləyəcəyik. Abunəlikdən imtina etdiyiniz barədə bizə məlumat vermək üçün Abunəlikdən imtina formasını aşağıdakı mənbədə doldura bilərsiniz: [www.oriflame.az  ].

3.2. Abunəlikdən imtina etsəniz və qeydiyyatdan keçdikdən sonra 30 təqvim günü ərzində Razılaşmanı ləğv etsəniz, biz sizə bütün ödənişləri və xərcləri qaytaracağıq, sifariş edilmiş, lakin hələ sizə çatdırılmamış məhsul və ya xidmətlərin ləğvini qəbul edəcəyik və satın aldığınız bütün məhsulları geri qaytaracağıq (təlim və reklam materialları, iş təlimatları və dəstlər daxil olmaqla). Təhlükəsizlik səbəbi ilə və sanitariya-gigiyena standartlarına uyğun olaraq, bu cür məhsulların öz əmtəə görünüşünü itirməsinə səbəb olan fabrik qablaşdırması pozulmuş məhsulları qəbul etməkdən imtina edə bilərik. Bu cür məhsulların alış qiyməti məhsullar çatdırıldıqdan sonra və ya məhsullar hələ bizim tərəfimizdən çatdırılmamışsa, ən qısa müddətdə geri qaytarılacaqdır.

3.3. Əgər siz razılaşmadan imtina edirsizsə və sonrakı hər hansı bir zamanda ləğv edirsizsə və ya "Oriflame" MMC rahatlığınız üçün müqaviləni ləğv edərsə, tələbinizə görə:

3.3.1. biz aşağıdakı şərtlərə uyğun olaraq bütün Məhsulları sizdən satın alacağıq:

3.3.1.1 geri qaytarılan məhsullar abunəlikdən imtina qərarınızdan əvvəlki son 12 ay ərzində alınmışdırsa, həmin məhsulun alınması ilə bağlı sizə etdiyimiz hər hansı ödənişlər çıxıldıqdan sonra ödənilmiş ilkin xalis qiymətin 90%-i geri qaytarılacaq; və

3.3.1.2. Geri qaytarılan Məhsullar lazımi əmtəə şəklində olmalıdır, yəni istifadə olunmamış, açılmamış və ya hər hansı bir şəkildə saxtalaşdırılmamış olmalıdır; onun istifadə müddəti bitməmişdir və o, hələ də bizim kataloqlarımızda təqdim olunur; və

3.3.2. Abunəlikdən imtina etikdən və ya Razılaşmanın ləğv edilməsindən sonrakı 30 gün müddətində Brend-partnyorluq statusu almaq və ya saxlamaq üçün ödədiyiniz bütün zəruri ödənişləri biz geri qaytaracağıq.

3.4. Abunəliyinizdən çıxmaq qərarına gəlsəniz və bu bəndə əsasında Brend-partnyor razılaşmanızı ləğv etsəniz, siz üzv kimi qeydiyyatdan keçməyəcəksiniz.

4. MƏHSULLARIN ALINMASI

A. SİFARİŞİN YERLƏŞDİRİLMƏSİ

4.1. Almaq istədiyiniz Məhsulları seçərək Siz kataloqdan sifariş verə bilərsiniz. Sifarişin yerləşdirilməsi seçilmiş Məhsulun alınması barədə bizə verdiyiniz təklif kimi qəbul edilir.

4.2. Sifariş aşağıdakı hərəkətlər edildikdə rəsmiləşdirilmiş hesab edilir:

4.2.1 Onlayn sifariş verərkən, "səbətə əlavə et" seçimindən istifadə edərək almaq istədiyiniz məhsulları seçmisiniz; bununla siz istənilən vaxt məhsulların sayını dəyişdirərək, məhsulları silməklə və ya səbətin bütün məzmununu silməklə səbətin məzmununa yenidən baxa və onu dəyişə bilərsiniz;

4.2.2 çatdırılma üçün lazım olan Fərdi məlumatları təqdim etdiniz; və

4.2.3 üstünlük verdiyiniz göndərmə və ödəniş üsulunu seçmisiniz.

4.3. Onlayn sifariş verildikdən sonra o, veb sayt vasitəsilə dəyişdirilə bilməz; aşağıdakı ünvanda müştəri xidməti ilə əlaqə saxlamalısınız: customerservice_az@oriflame.com

4.4. Sifarişinizi qəbul etdikdə, sifariş təsdiqi sizə göstərdiyiniz elektron poçt ünvanına göndəriləcək və bundan sonra alqı-satqı müqaviləsi qüvvəyə minəcək. İmtina üçün bir səbəb göstərmədən sifarişinizi qəbul etməkdən imtina edə bilərik. Bu zaman etdiyiniz hər hansı bir ödənişi tam olaraq sizə qaytaracağıq.

4.5. Sifarişi təsdiqləməklə yanaşı, Sizə göndərilən məhsullar və bütün digər zəruri məlumatlar haqqında ətraflı məlumat alacaqsınız.

4.6. Onlayn sifariş edirsinizsə, aşağıdakılara diqqət yetirin:

4.6.1. bağlanmış alqı-satqı müqaviləsi qeydə alınmayacaq və ya mövcud olmayacaq: belə bir müqavilənin hissələri sifarişiniz və saytdakı şərtlər (saxlanıla və ya çap edilə bilər) olacaqdır və ya digər rabitə vasitələrindən istifadə edərək bizə bildiriləcəkdir;

4.6.2 müqavilə yalnız Azərbaycan dilində bağlana bilər və başqa dillərdə bağlana bilməz;

4.6.3 "Oriflame" MMC Şərtlərin 10-cu bəndində göstərilən Davranış qaydalarını rəhbər tutur.

4.7. 5-ci bənddə göstərilən hallar istisna olmaqla, icra edilmiş və ödənilmiş sifarişlər sizin tərəfinizdən ləğv edilə bilməz.

4.8. Kataloqu yenilədiyimiz zaman kampaniyanın başa çatdığı dövrdə bəzi məhdud əlçatmazlıq halları istisna olmaqla Sifarişlər gün ərzində istənilən vaxt verilə bilər.

4.9. Məhsulların hamısı istənilən vaxt olmaya da bilərlər. Sifariş yerləşdirildiyi anda Məhsul yoxdursa, sifarişin tərkibini dəyişdirə bilmək və ya sifarişdən imtina edə bilmək üçün sifarişin rəsmiləşdirilməsi  başa çatana qədər sizə məlumat vermək üçün biz bütün mümkün səyləri göstərəcəyik.

4.10 Kataloq bəzən və məhdud bir müddət ərzində texniki işlərin aparılması və ya müxtəlif texniki səbəblərə görə əlçatmaz ola bilər. "Oriflame" şirkəti bu cür əlçatmazlığa görə məsuliyyət daşımır və Müştərilər və ya sayta digər daxil olanlar tərəfindən bununla bağlı verilən hər hansı bir iradları rədd edir.

4.11 Müstəsna hallarda, biz sizə xüsusi onlayn alətdən istifadə edərək başqalarının adından sifariş verməyə icazə verə bilərik. Bu, yalnız "Oriflame" MMC-nin Uğur Planında göstərilən müddəalara əsasən sizin aşağıda göstərilən Brend-partnyorlarınız üçün və yalnız onların açıq icazəsi əsasında mümkün olacaqdır. Əgər siz bu vasitədən istifadə edirsinizsə, siz icazəsiz sifarişlərin yerləşdirilməsinə əsaslanan istənilən iradlara və bir qayda olaraq hər hansı bir məxfilik qaydalarının pozulmasına, həmçinin sifarişin yerləşdirilməsi ilə əlaqədar "Oriflame" MMC-nin və ya sifarişini verdiyiniz şəxsin çəkdiyi hər hansı bir xərc və məsrəflərə görə məsuliyyət daşıyırsınız.

B. QİYMƏTLƏR VƏ ÖDƏMƏ QAYDASI

4.12 Başqa qayda göstərilmədiyi təqdirdə, kataloqda göstərilən məhsulların qiymətləri sifariş verildiyi anda məhsulların tam pərakəndə satış qiymətini göstərir. Bütün qiymətlər ƏDV daxil olmaqla yerli valyutada göstərilmişdir.

4.13 Biz istənilən vaxt və öz mülahizəmizə əsasən qiymətləri dəyişdirmək hüququnu özümüzdə saxlayırıq, lakin sifariş verməzdən əvvəl seçdiyiniz məhsulların qiymətindəki hər hansı dəyişiklik aramızda birbaşa şəkildə razılaşdırılmadıqda aramızda müqavilənin bir hissəsi olmayacaqdır.

4.14 Qiymətlərə daşıma, göndərmə və sifarişin rəsmiləşdirilməsi prosesi zamanı qiymətə əlavə olunan əlavə xərclər kimi aydın şəkildə dəqiq göstərilmiş və seçdiyiniz göndərmə üsulundan asılı olaraq dəyişə bilən hər hansı digər yığımlar və ödənişlər daxil deyildir.

4.15 Qiymətlər dövri olaraq bizim tərəfimizdən endirilə bilər. "Oriflame" MMC-nin uğur planına və ya hər hansı digər siyasət və ya kommersiya Proqramına uyğun olaraq sizə əlavə endirim verilə bilər. Qiymət hesablanması ilə bağlı hər zaman siz Müştərilərlə iş xidməti ilə istənilən sual ilə əlaqədar əlaqə saxlaya bilərsiniz customerservice_az@oriflame.com
4.16 Ödənişlər debet və ya kredit kartı, bank köçürməsi və ya bu Şərtlərdə və ya hər hansı digər Siyasətdə göstərilən digər üsullarla həyata keçirilə  bilər.  Əsas ödəniş bank kartlarının əksəriyyəti ödəniş üçün qəbul edilir.

4.17 Ödənişlərin yığılması məqsədləri üçün biz üçüncü tərəf xidmət tədarükçüləri ilə əməkdaşlıq etmək hüququnu özümüzdə saxlayırıq.  Bununla bağlı siz bu kənar xidmət tədarükçüsündən hesabları və ödəniş məlumatlarını ala bilərsiniz. Bir qayda olaraq, bütün hesablar onda göstərilən müddətdə ödənilməlidir. Gecikmiş ödənişlərə görə Mərkəzi Bankın qüvvədə olan faiz dərəcəsi ilə gündəlik faizlər, habelə ağlabatan hədlərdə borcun tutulması ilə bağlı xərclər tutula bilər.

4.18 Ödənişlərin təxirə salınması və ya kredit şərtləri daxil olmaqla ödəmə üsulları haqqında məlumatlar Siyasət və Prosedurlarda göstərilmişdir.  Bütün əlavə suallar ilə əlaqədar Müştərilərlə iş xidməti ilə əlaqə saxlayın: customerservice_az@oriflame.com
4.19. Bank kartlarından həyata keçirilən onlayn ödənişlərin təhlükəsizliyi üçün bütün ödəniş məlumatları şifrələnir.  "Oriflame" MMC səlahiyyətli ödəmə xidməti tədarükçüləri ilə işlədiyindən, kredit kartları haqqında məlumatlar düzgün və  ödəniş kartı sənayesinin beynəlxalq məlumat təhlükəsizliyi standartlarına uyğun şəkildə emal edilirlər.

4.20 Əgər biz kart ödənişlərini təkrarlamaq imkanı veririksə, bu rahat ödəmə üsulunu dəqiq seçmək və qeydiyyatdan keçmək seçiminiz olacaqdır. Sifariş verildiyi anda ödəniş kartınızla sonrakı ödənişlərə icazə veriləcəkdir, sifariş edilmiş məhsullar "Oriflame" MMC tərəfindən göndərildiyi anda məbləğ ödəniş kartınızdan silinəcəkdir.  Siz profil səhifənizə keçərək "Ödəniş kartı" (payment card) bölməsini seçərək istənilən vaxt dövri ödənişlərdən imtina edə biləcəksiniz.

4.21 Siz təqdim edilən hesab-fakturaları elektron şəkildə almağa razılaşırsınız. İstədiyiniz zaman "Oriflame" MMC-dən sorğu əsasında çap olunmuş hesabları ala bilərsiniz.

C. ÇATDIRILMA VƏ RİSKİN KEÇMƏSİ

4.22 Sifariş edilmiş Məhsul yalnız göstərilən ərazinin hüdudlarında çatdırıla bilər.

4.23 Məhsulun çatdırılma yeri sifarişinizdə göstəriləcəkdir.

4.24 Sifarişinizi ən qısa müddətdə, ancaq sifarişinizi təsdiqlədikdən sonra 30 gündən gec olmayaraq emal edəcəyik və çatdıracağıq. Nəzarətimizdən kənar şərtlərin səbəb olduğu çatdırılmadakı gecikmələrə görə məsuliyyət daşımırıq.

4.25 Məhsulun itmə Riski və Məhsula mülkiyyət hüququ Məhsul çatdırıldıqdan sonra sizə keçir.

4.26 "Oriflame" MMC sizin Fərdi məlumatlarınızı yanlış və ya natamam təqdim etməyiniz  nəticəsində yaranan sifarişin çatdırılmaması, səhv və ya vaxtında çatdırılmaması səbəblərinə görə məsuliyyət daşımır.

4.27 Şərtlərdən hər hansı birini pozduğunuzdan əsaslı şəkildə şübhələndiyimiz təqdirdə, istənilən vaxt verdiyiniz sifarişi birtərəfli qaydada ləğv etmək hüququnu özümüzdə saxlayırıq.

D. MƏHSULLARIMIZIN UYĞUNLUĞU

4.28 Biz zəmanət veririk ki, "Oriflame" MMC-nin məhsulları EN ISO 22716:2007 Kosmetika məhsullarının və məmulatlarının istehsalında lazımi istehsal təcrübələri üzrə təlimata və "Oriflame" MMC-nin Peşə etikası məcəlləsinə uyğun olaraq istehsal olunur.

5. SİFARİŞLƏRİ LƏĞV ETMƏK HÜQUQU

5.1. Biz Ərazidə qüvvədə olan Məhsulun qaytarılması qaydalarına ciddi riayət edirik (daha ətraflı 5.3-cü bəndə baxın).

5.2. Hüququnuzu pozmadan hansı bir sifarişi ləğv etmək və məhsulu geri qaytarmaq,  bağlamanı alarkən, daşınma zamanı zədələnmiş məhsulların olmadığından əmin olmaq üçün onun içini yoxlamalısınız. Siz və ya adınıza Məhsulları alan şəxs zərər/qüsuru təsvir edən pretenziya qaldıraraq dərhal Müştərilərə dəstək xidmətinə məlumat verməlisiniz. İradınızı elektron poçtla da göndərə bilərsiniz:customerservice_az@oriflame.com
5.3. Geri qaytarma və əvəzin ödənilməsi hüquqları

5.3.1 Aşağıdakı 5.3.2-ci bənddə göstərilən müddət ərzində izahat vermədən Məhsul (Məhsullar) sifarişini ləğv edə bilərsiniz. Bu o deməkdir ki, müvafiq müddət ərzində fikrinizi dəyişsəniz və ya başqa bir səbəbdən sifariş verdiyiniz məhsulu özünüzdə saxlamaq istəmədiyinizə qərar versəniz, sifarişinizi ləğv etmək və xərclərin əvəzini almaq barədə qərarınız haqqında bizə məlumat verə bilərsiniz.

5.3.2 Sifarişi istənilən vaxt, hətta sifarişin təsdiqi haqqında elektron poçtla məlumat aldıqdan sonra və ya sifarişiniz Müştərilərə dəstək Xidməti tərəfindən şifahi olaraq qəbul edildikdən sonra, lakin Məhsulun və ya bir neçə Məhsul sifariş etmisinizsə, Məhsulların sonuncusunun fiziki sahibi olduğunuz tarixdən sonra 14 təqvim günündən gec olmayaraq ləğv edə bilərsiniz.

5.3.3 Sifarişi ləğv etmək üçün aşağıdakı elektron poçt vasitəsilə üzrə Müştərilərə dəstək xidməti ilə əlaqə saxlayın:customerservice_az@oriflame.com Sifarişinizin ləğvi barədə bizə məlumat vermək üçün nümunəvi formadan istifadə edə bilərsiniz. Əgər siz bu formanı onlayn doldurub bizim saytımız vasitəsilə göndərsəniz, sifarişinizin ləğv olunduğunu almağımız barədə təsdiqləməni uzun müddətli daşıyıcıda (məsələn, elektron poçt vasitəsilə) dərhal sizə göndərəcəyik. Hesabat məqsədləri üçün ləğv edilmə haqqında bildirişin bir nüsxəsini saxlamaq istəyə bilərsiniz. Sifarişinizi ləğv etmək üçün sadəcə ayrılmış müddət bitmədən sifarişinizi ləğv etmək hüququnuzdan istifadə etməlisiniz. Beləliklə, bizə elektron poçt və ya poçt vasitəsilə sifarişin ləğv edilməsi haqqında bildirişi göndərmisinizsə, sizin sifarişinizin  ləğvi  bizə elektron məktubu və ya poçtla məktubu göndərdiyiniz tarixdən qüvvəyə minir. Sifarişin ləğvi barədə bizə məlumat vermək üçün bizə zəng etmisinizsə, sifarişin ləğvi telefon danışığınızın tarixindən etibarən qüvvəyə minir.

5.3.4 Siz tam həcmdə Məhsullar üçün ödədiyiniz qiyməti, həmçinin ödədiyiniz hər hansı müvafiq göndərmə xərclərini geri alacaqsınız (təklif etdiyimiz standart büdcə çatdırılma növündən fərqli çatdırılma növünü seçdiyiniz halda yaranan əlavə xərclər istisna olmaqla). Biz qaytarılan məbləğdən çatdırılan hər hansı bir Məhsulun dəyərinin itirilməsi məbləğini əgər belə dəyərin itirilməsi  sizin onunla lazımi qaydada davranmamağınız səbəbindən baş verərsə çıxa bilərik. Məhsulların təbiətini, xüsusiyyətlərini və funksiyasını müəyyən etmək üçün lazım olanlardan başqa, yalnız məhsullarla davranış nəticəsində məhsulların dəyərinin hər hansı bir azalması üçün  məsuliyyət daşıyırsınız. Sizə qaytarılmalı olan məbləğin geri qaytarılmasını mümkün qədər qısa müddətdə emal edəcəyik, lakin hər bir halda (a) bütün çatdırılmış məhsulları sizdən geri aldığımız tarixdən sonra 14 təqvim günü ərzində və ya (b) (daha əvvəl) məhsulları geri qaytardığınıza dair sübut təqdim etdiyiniz tarixdən sonra 14 təqvim günü ərzində və ya (c) məhsullar çatdırılmamışsa, sifarişin ləğvi barədə bizə məlumat verdiyiniz tarixdən sonra 14 təqvim günü ərzində. Əgər siz Məhsulları bizə onlarda qüsur və ya yanlış təsvir aşkar edildiyi üçün qaytarmısınızsa, 5.3.5-ci bəndinə baxın.

5.3.5 Məhsullarda qüsur və ya yanlış təsvir aşkar edilməsi səbəbindən Siz onları bizə geri qaytarsanız, biz qüsurlu Məhsulun dəyərini, istənilən çatdırılma və geri qaytarmaq üçün çəkdiyiniz  hər hansı bir xərcləri  və məsrəfləri tam şəkildə ödəyəcəyik.

5.3.6 Əgər aşkar şəkildə başqa qayda barədə razılığa gəlməmisinizsə, biz sizə kredit kartına, debet kartına və ya ödəniş üçün istifadə etdiyiniz başqa vasitəyə pulu qaytara bilərik; hər bir halda, geri qaytarılma ilə bağlı Sizin tərəfinizdən hər hansı yığımın ödənilməsi nəzərdə tutulmur.

5.3.7 Məhsullar sizə çatdırılıbsa:

5.3.7.1 siz məhsulları gecikmədən və hər bir halda sifarişin ləğvi/alqı-satqı müqaviləsinin icrası tarixindən sonra 14 təqvim günündən gec olmayaraq bizə qaytarmalısınız. Məhsulları 14 günlük müddət bitmədən geri göndərsəniz, müddətə riayət ediləcəkdir;

5.3.7.2 məhsulda qüsurlar və səhv təsvir aşkar edildikdə (bu halda 5.3.5-ci bəndinə baxın), məhsulların bizə qaytarılması üçün birbaşa xərclərə görə siz məsuliyyət daşıyacaqsınız; və

5.3.7.3 Məhsullar sahibliyinizdə olduğu müddətdə  onları özünüzdə saxlamaq və Məhsulların təhlükəsizliyinin qayğısına qalmaq kimi sizin hüquqi öhdəliyiniz vardır.

5.3.8 Sizin ləğv etməni tələb etmək  qanuni hüququnuz haqqında ətraflı məlumat və təklif olunan geri qaytarma forması da daxil olmaqla ondan necə yararlanacağınıza dair izahat 4.5-ci bənddə göstərilən sənədlərdə izah edilmişdir. Siz həmçinin geri qaytarma formasını da yükləyə bilərsiniz.

5.3.9 Qanuna görə, biz müqavilənin şərtlərinə uyğun Məhsulu tədarük etməliyik. Bir alıcı olaraq, qüsurları aşkar edilmiş və ya təsvirə uyğun olmayan Məhsullar ilə bağlı Siz həmişə qanuni hüquqlara malik olacaqsınız. Bu qanuni hüquqlara 5.3-cu bənddə və ya bu Şərtlərdə göstərilən geri qaytarma siyasətinin müddəaları şamil edilmir. Ərazidəki qanuni hüquqlarınız barədə məsləhətləri İngiltərənin Beynəlxalq istehlak mərkəzindən əldə edilə bilər.

5.4 "Oriflame" markası altında hər hansı bir Məhsulun keyfiyyətinə zəmanət veririk və məhsulun bizim tərəfimizdən və ya bizim üçün istehsal olunduğunu və ən yüksək keyfiyyət standartlarına cavab verdiyini təsdiqləyirik. Biz, Müştərilərimizin Məhsullarımızı hər cəhətdən qənaətbəxş hesab edəcəyinə əminik. Buna görə də, "Oriflame" şirkətinin əlavə zəmanətini təqdim edirik ki, bu da sizə narazı qaldığınız hər hansı bir məhsulu dəyişməyinizə  və  ya həmin məhsula görə ödənilmiş vəsaitin tam geri qaytarılmasına imkan verir. Vəsaitlərin qaytarılması Məhsulun alındığı gündən 30 gün ərzində həyata keçirilməlidir. Bu zəmanət qəsdən zədələnmiş və ya təyinatı üzrə istifadə edilməmiş hər hansı bir Məhsula şamil edilmir. Başqa hal nəzərdə tutulmayıbsa, bu bəndə uyğun olaraq geri qaytarma və əvəzinin ödənilməsi bu 5-ci bəndin əvvəlki yarımbəndlərinin şərtlərinə uyğun həyata keçirilir.

6. "ORIFLAME" ŞİRKƏTİNİN BREND-PARTNYORUNUN ÖHDƏLİKLƏRİ

6.1. Oriflame Brend-partnyorları olaraq "Oriflame" agenti və ya əməkdaşı kimi deyil, istənilən vaxt müstəqil bir şəxs (fərdi sahibkar/müstəqil ticarətçi) kimi  nəzərdən keçirilirsiniz və fəaliyyət göstərməlisiniz. "Oriflame" MMC ilə və digər Brend-partnyorlar və üçüncü şəxslər arasında müqavilələr bağlanarkən Sizin danışıqlar aparmaq və ya vasitəçi kimi çıxış etmək səlahiyyətiniz yoxdur. Həm də bizim adımızdan və ya "Oriflame" Şirkətlər Qrupuna daxil olan hər hansı digər şirkət adından hər hansı bir satın  almaq, satmaq və ya ümumiyyətlə müqavilə bağlamaq səlahiyyətiniz yoxdur.  Ölkənin qüvvədə olan qanunvericiliyinə  əsasən "satış agenti" olmadığınızı və "Oriflame" MMC ilə münasibətləri dayandırdığınız zaman hər hansı bir kompensasiya və ya təzminat almaq hüququna malik olmadığınızı etiraf və qəbul edirsiniz.

6.2. "Oriflame" MMC-nin ya Uğur Planı, Siyasət və Prosedurlar və ya kommersiya proqramları çərçivəsində hər hansı bir fəaliyyət göstərmək qərarına gəlsəniz, özünüz üçün bütün icazələri, lisenziyaları almalı və ümumiyyətlə ölkənin qanunvericiliyinə uyğun olaraq bütün zəruri qeydiyyat prosedurlarından fərdi məlumatların qorunması məqsədilə (bax 6.6-cı bənd), vergi orqanlarında və vergi bəyannamələrinin verilməsi orqanlarında qeydiyyatdan keçməlisiniz. Bu cür fəaliyyətə tətbiq olunan hər hansı bir verginin, rüsumun, sosial müdafiə haqlarının və yığımların hesabatının verilməsi və ödənilməsi üçün tam məsuliyyət daşıyırsınız. Müştərilərinizin fərdi məlumatlarından bütün istifadə  cəhətlərinin  bütün hallarda Məlumatların qorunması və məxfilik qanunlarına uyğun olmasını təmin etmək üçün tam məsuliyyət daşıyırsınız (bax 6.6-6.13 bəndləri).

6.3. Biz həm sizin Müştəriləriniz, həm də sizin üçün Şərtlərdə göstərildiyi kimi Məhsulların geri qaytarılmasına və mübadiləsinə icazə veririk. Siz etiraf edirsiniz və razılaşırsınız ki, sizin vəzifələrinizə müştərilərinizə onların məhsulun geri qaytarılması hüququ barədə məlumat vermək daxildir və siz onların adından bizə istənilən məhsulun qaytarılmasını həyata keçirməlisiniz.

6.4. "Oriflame" MMC-nin imicini və nüfuzunu qorumaq sizin borcunuzdur. "Oriflame" MMC-nin imicinə və ya məhsullarına zərər verə biləcək heç bir bəyanat verməməli və hərəkət etməməlisiniz. İşinizi qanuni və etikaya uyğun bir şəkildə aparmalısınız və "Oriflame" MMC-nin məhsulları və ya şirkətdə qazanmaq imkanları barədə yalan, yanıldıcı və ya şişirdilmiş məlumatlar verməməlisiniz.

6.5. Siz "Oriflame" MMC-nin ticarət nişanlarının, bizim Brend adımızın və loqomuzun, onlayn alətlərimizin və məlumat bazalarımızın "Oriflame" MMC-nin mülkiyyəti olduğunu qəbul edirsiniz və siz onları heç bir şəkildə pozmamağa razılaşırsınız. Yuxarıda göstərilənlərin təfsirinin qeyri-müəyyənliyinin qarşısını almaq üçün "Orifleym" adı ilə əlaqəli bütün işgüzar nüfuz "Oriflame" MMC-yə keçir. Tələbimizə əsasən, siz razılığınızı təsdiqləmək üçün ağlabatan həddə imzalamağınızı tələb etdiyimiz sənədləri imzalayacaqsınız.

6.6. Brend-partnyor razılaşır və qəbul edir ki, bu sazişin şərtləri və orada qeyd olunan materiallar, o cümlədən "Oriflame" MMC-nin Uğur Planı, kommersiya proqramları, kommersiya proqramlarını əks etdirən Siyasətlər və prosedurlar, məlumat bazalarımız (Fərdi məlumatları əks etdirən hər hansı bir məlumat bazası daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaqla) və onlayn alətlərimiz şirkətin mülkiyyətidir və bizim əqli mülkiyyət hüquqlarımızın obyektidir. Brend-partnyor onlardan və ya onların hər hansı bir hissəsindən bu müqavilədə nəzərdə tutulmuş fəaliyyətdən fərqli məqsədlərlə istifadə etməməlidir.

6.7. Müvafiq Kommersiya proqramının və ya Siyasət və prosedurların şərtlərinə uyğun olduqda Siz kompensasiya ödənişləri almaq hüququna malik ola bilərsiniz.

6.8. "Oriflame" MMC-nin məhsullarını, "Oriflame" MMC-nin biznes imkanlarını və ya digər Brend-partnyorları üçün ödəniş tələb olunan hər hansı reklam və ya təlim materiallarını təqdim edərkən siz Etika məcəlləsinin və Davranış qaydalarının müddəalarına ciddi əməl edəcəksiniz.

Məlumatların qorunması vəzifələri

6.9. Brend-partnyor qismində  siz  Fərdi məlumatları toplaya, qeyd edə, saxlaya, istifadə edə və yeniləyə bilərsiniz. Belə  Fərdi məlumatlar daxilində məlumatların idarə edilməsinə görə məsul olan müstəqil bir şəxs kimi bütün fərdi məlumatların qorunması və məxfilik haqqında bütün tətbiq edilən  qanunlarına əməl edəcəyinizə zəmanət verir və razılaşırsınız. Bu qanunlara əsasən, bu öhdəlikdən azad deyilsinizsə müvafiq fərdi məlumatların qorunması orqanında qeydiyyatdan keçməyiniz sizdən tələb oluna bilər və siz məlumatların qorunması prinsiplərinə əməl etməlisiniz. Qeydiyyata ehtiyacın qiymətləndirilməsinə və tələb olunduğu təqdirdə belə bir Qeydiyyatın aparılması və məlumatların qorunması prinsiplərinə riayət edilməsinə görə məsuliyyət daşıyırsınız.

6.10. Müştəriyə Brend-partnyor olması üçün sponsorluq etmək istəyirsinizsə, fərdi məlumatları birbaşa Müştəridən ala bilərsiniz. Siz vaxtaşırı sizə bildirilən sponsorluq prosedurlarımıza əməl etməli və fərdi məlumatların istənilən məqsədlər üçün istifadəsinin mövcud qanunvericiliyin tələblərinə cavab verəcəyinə zəmanət verməlisiniz.

6.11. Siz fərdi məlumatları təsadüfi və ya qanunsuz məhv olmaqdan və ya təsadüfən itirməkdən, dəyişdirilmədən, icazəsiz açıqlamadan və ya müdaxilədən, xüsusən də emala şəbəkə vasitəsilə məlumat ötürülmə daxil olduqda və digər bütün qanunsuz emal formalarından qorumaq üçün müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirləri görəcəksiniz. Texniki səviyyəni və onların həyata keçirilməsinin dəyərini nəzərə alaraq, bu tədbirlər emal ilə əlaqəli risklərə və qorunacaq Fərdi məlumatların xassələrinə uyğun bir təhlükəsizlik səviyyəsini təmin etməlidir.

6.12. Siz "Oriflame" MMC-yə məktub göndərərək Fərdi məlumatın təsadüfi və ya qanunsuz məhvi, itkisi, dəyişikliyə məruz qalması, icazəsiz açıqlanması və ya fərdi məlumatlara müdaxilə ilə nəticələnən hər hansı bir təhlükəsizlik pozuntusu barədə dərhal "Oriflame" MMC-yə aşağıdakı ünvan üzrə məlumat verməlisiniz və hadisənin mahiyyətini və müdaxilə edilmiş məlumatları təsvir etməlisiniz: privacy@oriflame.com

6.13. Əgər siz istənilən vaxt Müştəridən və ya Fərdi məlumatlarını emal etdiyiniz digər şəxsdən məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq hüquqların həyata keçirilməsi üçün sorğu alırsınızsa, belə tələbi qüvvədə olan qanunvericiliklə tələb olunan həcmdə və "Oriflame" MMC tərəfindən vaxtaşırı sizə verilən siyasətə, prosedurlara və ya təlimə uyğun olaraq yerinə yetirməlisiniz.

6.14. Siz fərdi məlumatları yalnız Müştərilərə və/və ya "Oriflame" MMC-nin Brend-partnyorlarına verilən məxfilik bildirişinə uyğun olaraq emal edə bilərsiniz. "Oriflame" şirkəti ilə münasibətləriniz dayandırıldıqdan sonra, siz sərəncamınızda və ya nəzarətinizdə olan bütün Fərdi məlumatları əsassız gecikmə olmadan məhv edəcəyinizə zəmanət verir və bununla razılaşırsınız.

6.15. Tətbiq olunan məlumatların qorunması və məxfilik qanunlarının pozulması nəticəsində hər hansı bir cərimə, xərc, ödəniş və ümumiyyətlə çəkə biləcəyiniz hər hansı bir məsrəflər üçün hər hansı bir məsuliyyətdən biz qəti şəkildə imtina edirik.

Marketinq və kommersiya əlaqə kanalları

6.16. Siz Müştərilərdən "Oriflame" MMC-nin məhsulları haqqında sizdən reklam məlumatlarını almaq istədiklərini birbaşa soruşmalısınız və bu cür məlumatları göndərməzdən əvvəl müsbət razılıq almalısınız. Sizdən hər hansı bir reklam məlumatı alıcısının hansı marketinq növünə üstünük verməsini qeyd etməlisiniz, həmin qeydə razılığın verildiyi tarix və razılığın verildiyi məzmun daxildir. Marketinq məqsədi ilə göndərdiyiniz hər hansı bir reklam məlumatı alıcını gələcək məlumatlar abunəsindən imtina etmək, cümlədən abunədən imtina etmək istəyi barədə sizə elektron poçt vasitəsilə məktub göndərmək hüququ və bu hüquqdan necə istifadə edə biləcəyi barədə məlumatlandırmalıdır. Siz razılaşırsınız və zəmanət verirsiniz ki, belə məlumatları alan istənilən  şəxsin  verdiyi üstünlüklərə  hörmət bəsləyəcəksiniz.

6.17 Bizim onlayn alətlərimiz, aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə marketinq və digər kommersiya məlumatlarını göndərmək üçün müştərinin fərdi məlumatlarından istifadə etməyə imkan verə bilər:

6.17.1 Başqa hal xüsusi nəzərdə tutulmayıbsa, Brend-partnyor olmaq üçün müştəriyə sponsorluq etməlisiniz,

6.17.2 marketinq və digər kommersiya rabitə kanalları yalnız "Oriflame" MMC-nin məhsullarına aid olmalıdır,

6.17.3 kommersiya  və ya marketinq rabitə kanalları aydın şəkildə müəyyənləşdirilməlidir,

6.17.4 məlumatda kommersiya məlumatının göndəricisi kimi sizin adınız və əlaqə məlumatlarınız və Müştərilərin növbəti marketinq məlumatlarından imtina etmə istəkləri barədə sizi məlumatlandırmaq üçün sizinlə əlaqə saxlaya biləcəkləri işlək elektron poçt ünvanı (və/yaxud abunədən imtina üçün ünvan kimi digər vasitələr) olmalıdır,

6.17.5 marketinq məlumatları  onları almaqdan imtina edən müştərilərə göndərilməməlidir,

6.17.6 mövcud qanunvericiliklə icazə verildiyi təqdirdə endirimlər, mükafatlar və hədiyyələr kimi reklam təklifləri bu kimi aydın şəkildə müəyyənləşdirilməli və onlara hüququn əldə edilməsi  üçün yerinə yetirilməli olan şərtlər asanlıqla əldə edilməli və aydın və birmənalı şəkildə təqdim edilməlidir və

6.17.7 belə kommersiya və marketinq məlumatlarının məzmunu bu Şərtlərə və kommersiya məlumatlarının göndərilməsi ilə bağlı bütün tətbiq olunan qanunlara uyğundur.

6.18 Heç bir halda "Oriflame" MMC-nin adından və ya onun şəxsinin adından marketinq və ya digər kommersiya məlumatları göndərməyinizə icazə verilmir.

7. "ORIFLAME" ŞİRKƏTİNİN ÖHDƏLİKLƏRİ

7.1 Sifariş etdiyiniz istənilən Məhsulu mövcud olduğu halda çatdıracağıq.

7.2 Biz məhsul çatışmazlığı və ya ambarda məhsul çatışmazlığı ilə əlaqəli hər hansı bir məsuliyyəti qəti şəkildə istisna edirik.

7.3 Bu razılaşmanın şərtlərinə və ərazi qanunvericiliyinə uyğun olaraq öhdəliklərinizə əməl etməyiniz şərtilə siz birbaşa bizdən, "Oriflame" MMC tərəfindən səlahiyyət verilmiş başqa təşkilatdan və ya üçüncü tərəf təchizatçıdan "Oriflame" MMC-nin hazırkı uğur planına uyğun olaraq sizə lazım olan hər hansı kompensasiya/ödənişləri alacaqsınız.

8. SAZİŞİN LƏĞV EDİLMƏSİ ŞƏRTLƏRİ

8.1 Biz sizin abunəliyinizi və Sizinlə Brend-partnyor kimi Razılaşmamızı ləğv etməzdən 1 ay əvvəl bildiriş göndərməklə və ya aşağıdakı hallardan hər hansı biri baş verərsə dərhal ləğv edə bilərik:

8.1.1 siz əhəmiyyətli dərəcədə səhv və ya yanlış olan hər hansı bir şəxsi məlumatlar və  istənilən ərizələr verdiyiniz təqdirdə;

8.1.2 əgər hər hansı məhkəməyə sizin iflasınız üçün ərizə verilibsə və ya siz bizə olan borcunuzu vaxtında ödəyə bilmirsinizsə;

8.1.3  siz Brend-partnyor Razılaşmasının müddəalarından hər hansı birini aradan qaldırılmayan  tərzdə pozduqda və ya Etik məcəlləsinin və Davranış qaydalarının  hər hansı bir müddəasını pozduqda;

8.1.4 siz Razılaşmanın, o cümlədən burada qeyd olunan sənədlərin  hər hansı bir müddəasını pozduqda  və  pozuntuların aradan qaldırılması barədə bizdən yazılı bildiriş aldıqdan sonra 14 gün ərzində bu pozuntunu aradan qaldırmadıqda.

8.2 Əgər sizin abunəliyiniz və Brend-partnyor Razılaşmanız 8-ci bənddə göstərilən müddəalardan birinə görə ləğv edilərsə, siz Üzv kimi qeydiyyatda qalmayacaqsınız.

 


9. ŞİKAYƏTLƏRƏ BAXILMA QAYDASI

9.1. "Oriflame" MMC-də şikayətlərə baxılması qaydası Davranış qaydalarında göstərilmişdir.

9.2 Siz hər zaman hər hansı bir şikayəti, sualı və ya sorğunu "Oriflame" MMC-nin Müştərilərin dəstək xidmətinə aşağıdakı ünvana göndərə bilərsiniz: customerservice_az@oriflame.com və ya +994 12 310 10 71 telefon nömrəsinə zəng edə bilərsiniz. "Oriflame" Müştərilərə dəstək xidmətinin cavabından məmnun deyilsinizsə, Assosiasiyanın birbaşa satış davranış qaydaları müdiriyyətinə müraciət edə bilərsiniz.

10. ETİKA MƏCƏLLƏSİ

"Oriflame" MMC Ümumdünya birbaşa satış assosiasiyaları federasiyasının (VFDSA) Birbaşa satış Etika məcəlləsinə (WFDSA Direct Selling Code of Ethicsciddi riayət edir.  "Oriflame" MMC öz Brend-partnyorlarından "Oriflame" MMC-nin Etika məcəlləsində və Davranış qaydalarında əks olunan bu Məcəllələrə ciddi riayət etməyi tələb edir.  Bu sənədlərin surətlərini müştəri xidməti vasitəsilə də əldə edə bilərsiniz: customerservice_az@oriflame.com

 11. NÖQSANLAR VƏ DÜZƏLİŞLƏR

Bu saytda dəqiq və müvafiq məlumatları yerləşdirmək üçün ağlabatan səy göstərsək də, saytın səhvsiz olduğuna zəmanət vermirik və ya bunu təsdiq etmirik. Məlumatların yazılmasındakı səhvlər və ya digər texniki problemlər bəzən səhv məlumatların əks olunmasına səbəb ola bilər. Bizim saytımızdakı  hər hansı bir qeyri-dəqiqliklərdə və ya hərf səhvlərində, o cümlədən qiymətlərdə və məhsul və xidmətlərin olmasında yol verilənlərdə düzəliş  etmək hüququnu özümüzdə saxlayırıq və belə  səhvlərə görə heç bir məsuliyyət daşımırıq. Biz həmçinin istənilən vaxt saytın funksiyalarında, funksionallığında və ya məzmununda təkmilləşdirmələr və/və ya dəyişikliklər edə bilərik. Səhv hesab etdiyiniz hər hansı bir məlumat və ya təsviri görsəniz, lütfən Müştərilərlə iş xidməti ilə əlaqə saxlayın.


12. İSTİNADLAR

12.1 Biz kənar veb saytlarına və ya mənbələrinə istinadlar təqdim  edə bilərik. Belə istinadları  təqdim etməyimiz belə bir istinad üzrə mövcud olan hər hansı bir məlumatın, məhsulun və ya xidmətin bəyənilməsi demək deyildir. İnternetin hər hansı bir hissəsinin, o cümlədən bu Saytın istinad edə biləcəyi və ya bu Sayt vasitəsilə əldə edilə bilən digər veb saytların məzmununa və ya işinə görə məsuliyyət daşımırıq. Lütfən, bu Saytın istinad etdiyi veb saytlarda aşkar edilən istənilən səhvlər və ya uyğun olmayan materialların olması barədə bizə məlumat verin.

12.2 Sizin abunəliyiniz zamanı bir və ya daha çox onlayn vasitə, sistem və ya proqram təminatından istifadə edərək referal kampaniyalarında iştirak edə bilərsiniz ("Onlayn alətlər"). Abunəliyinizlə əlaqədar olaraq onlayn vasitələrdən istifadə etmək üçün sizə müstəsna, ötürülə bilməyən və məhdud lisenziya verilir. Referal kampaniyada iştirak etmək, o cümlədən iştirakdan alınan kompensasiya ödənişləri, bu Brend-partnyorluq haqqında Razılaşmaya və tətbiq olunan Siyasət və Prosedurlara riayət etməyinizdən asılıdır. "Oriflame" MMC referal kampaniyaları ilə əlaqədar istifadə olunan onlayn vasitələrə və onların əlçatanlığına və ya dəqiqliyinə zəmanət vermir. "Oriflame" MMC hər hansı bir referal kampaniyanı və/və ya onlayn vasitələrdən hər hansı birini avtomatik olaraq yeniləmək, təkmilləşdirmək, dəyişdirmək və ya ləğv etmək hüququnu özündə saxlayır.

13. ÜMUMİ MÜDDƏALAR

13.1. Brend-partnyor Müqaviləniz Ərazi qanunlarına uyğun olaraq idarə olunur və şərh edilir. Brend-partnyor Müqaviləsindən və ya onunla əlaqədar yaranan hər hansı mübahisələr həmin Ərazinin məhkəmələrinin müstəsna yurisdiksiyasına tabedir.

13.2. Şərtlərin hər hansı bir müddəası qanunsuz, etibarsız hesab edilərsə və ya hər hansı bir səbəbdən qanuni qüvvəyə malik deyilsə, bu müddəanın etibarsızlığı Şərtlərin qalan müddəalarının etibarlılığına təsir göstərmir.

13.3. "Oriflame" MMC tərəfindən bu Şərtlərin hər hansı müddəasının tətbiq edilməməsi onların tətbiqi imkanından imtina hesab edilmir.

13,4. Müstəqil Brend-partnyor olaraq, siz bu Şərtlər, Uğur Planı (Etika məcəlləsi və Davranış qaydaları daxil olmaqla) daxil olmaqla sizin Brend-partnyorluq razlaşmanızı, habelə bizim istənilən Kommersiya proqramlarımızı və Siyasətlərimizi və Prosedurlarımızı birtərəfli qaydada nəzərdən keçirmək, dəyişdirmək və ya əlavə etmək hüququmuzu saxladığımızı qəbul edir və bununla razılaşırsınız. Sizin Brend-partnyorluq Razılaşmanızdakı  dəyişikliklər (i) bazar şərtləri ilə əlaqədar yaranan uyğunlaşma nəticəsində meydana  çıxa bilər; (ii) tətbiq olunan qanun və qaydalardakı dəyişikliklər ilə bağlı ola bilər; (iii) "Oriflame" MMC-nin kompensasiya ödənişləri planlarındakı dəyişikliklər ilə bağlı ola bilər; (iv) "Orifleym" şirkətinin biznesinin və satış strukturunun yenidən təşkili ilə bağlı ola bilər; (v) Qeydiyyat və qeydiyyat tələblərindəki dəyişikliklər ilə bağlı ola bilər; (vi) "Oriflame" MMC-nin qoşulduğu birbaşa satış assosiasiyaları tərəfindən nəzərdə tutulmuş hər hansı məcəllələrdəki və qaydalardakı dəyişikliklər ilə bağlı ola bilər; və (vii) "Oriflame" MMC-nin işinin qurulma modelinə təsir göstərən istənilən dəyişikliklərlə bağlı ola bilər. Bu şərtlərə hər hansı bir düzəliş, dəyişiklik və ya yenidən baxış haqqında bizimveb saytda www.oriflame.az  və/və ya lazımi şəkildə qeydiyyatdan keçmiş bir elektron poçt ünvanı ilə sizə  məlumat veriləcəkdir və onlar belə qaydada dərc edildikdə / bildirişdə göstərilən tarixdən qüvvəyə minəcəklər, lakin bu tarix ən azı 30 gün sonra olacaqdır. Belə dəyişikliklərdən xəbərdar olmağınızla bağlı  məsuliyyət daşıyırsınız.

13.5 13.4-cü bənddə göstərildiyi kimi Brend-partnyorluq haqqında Razılaşmanızda  hər hansı bir dəyişiklik, sizin tərəfinizdən saytdan  istifadə və saytda məhsulların sifarişi də daxil olmaqla, Sizin Brend-partnyor kimi fəaliyyətinizi davam etdirmək  şərti kimi qəbul edilməlidir. Sizdən açıq razılıq tələb edə bilərik, əks halda, dəyişiklik edildikdən sonra Məhsul sifariş etməyə davam etsəniz dəyişiklikləri qəbul etmiş sayılacaqsınız. Bu cür dəyişiklikləri etdikdən sonra 1 ay ərzində qəbul etməsəniz, marka ortaqlığınız dərhal ləğv ediləcək, ancaq onlayn müştərilər və Abunəçilər üçün qaydalar və şərtlər və onlayn müştərilər və Abunəçilər üçün məxfilik siyasəti altında qeydiyyatdan keçmiş Oriflame üzvü olaraq qalacaqsınız. Siz belə bir müddətin kifayət olduğunu qəbul edirsiniz və belə xitam üçün hər hansı bir kompensasiya almaqdan qəti şəkildə imtina edirsiniz.

13.6 "Oriflame" MMC bu Razılaşmanı və ya onun hər hansı bir hissəsini "Oriflame" Şirkətlər Qrupunun istənilən şirkətinə etibar (təyin) edə və  ya təhvil verə bilər.

13.7. Biz sizə xəbərdarlıqlar, bildirişlər, elektron poçt, birbaşa marketinq göndərişləri göndərə bilərik və ümumiyyətlə istənilən rabitə kanalları vasitəsilə sizinlə əlaqə qura bilərik. Siz istifadəçi parametrləri bölməsinə daxil olaraq istənilən vaxt bizdən marketinq məlumatları sahəsində öz seçimlərinizi yeniləyə bilərsiniz. Bu şərtləri qəbul edərək, siz razılaşırsınız ki, "Oriflame" MMC sizə sizin alqı-satqı müqaviləniz və/və ya satınalma sifarişlərinizlə bağlı hər hansı digər məlumatı/informasiyanı kağızdan fərqli möhkəm daşıyıcılarda (yəni elektron poçt və ya şəxsən Sizə ünvanlanan hər hansı digər, məlumatı gələcək istifadə üçün kifayət qədər uzun müddət saxlamağa imkan verən və həmçinin bu cür məlumatların dəyişməz şəkildə çoxalmasına imkan verən vasitələrlə) göndərəcəkdir.

13.8. Sifarişli bildirişlə poçtla və ya birinci dərəcəli poçtla bu Razılaşmada  göstərilən tərəfin ünvanına və ya bir tərəfin digər tərəfə dövri olaraq yazılı şəkildə bildirdiyi başqa bir ünvana göndərilən hər hansı bir bildiriş, bildiriş müddətinin aşağıdakı qaydada hesablanmasına səbəb olur (i) poçtla sifarişli xəbərnaməli göndərildiyi   halda belə bir bildirişin göndərildiyi tarixdən  və (ii) birinci dərəcəli poçtla göndərildikdə belə bir bildiriş göndərildikdən sonra ikinci iş günündən. Bildiriş başqa bir üsulla göndərilirsə, bildiriş müddəti bildirişin faktiki alındığı gündən hesablanmağa başlayır.

13,9. Bu sənədin şərtləri orada göstərilən digər sənədlərdən üstündür.


14. MƏXFİLİK HAQQINDA BİLDİRİŞ

14.1 Məlumatlarınızı necə emal etdiyimiz barədə informasiyanı burada tapa bilərsiniz "Oriflame" MMC-nin Məxfilik Bildirişi (www.oriflame.az ).

14.2. Biz məxfiliyi qorumağı və fərdi məlumatların qorunmasını təmin etməyi öhdəmizə götürürük (baxmayaraq ki, aşağıda göstərilən hallar baş verdikdə bu məlumatları açıqlamaq hüququnu özümüzdə saxlayırıq). Biz Fərdi məlumatları qorunan serverdə saxlayacağıq və bu və ya digər zamanda qüvvədə olan bütün məlumatların qorunması və istehlakçılar barədə qanunvericiliyə  tam əməl edəcəyik.

14.3 "Oriflame" MMC ( “Oriflame”) haqqında əlavə məlumat aşağıda göstərilmişdir.

Adı: "Oriflame" MMC ( “Oriflame”)

Ünvan: Az1005 Azərbaycan prospekti, 14

Əlaqə məlumatları: Əlaqə nömrəsi: +994 12 310 10 71, Elektron ünvan: customerservice_az@oriflame.com

Ticarət və ya digər dövlət reyestri:

Qeydiyyat palatasında qeydiyyat nömrəsi

VÖEN: 1700073801

15. ƏLAQƏLƏR

Bu Şərtlər də daxil olmaqla sizin Brend-partnyorluq Razılaşmanız ilə bağlı hər hansı sualınız varsa, bizə elektron poçtla göndərin:   customerservice_az@oriflame.com və ya bizə +994 12 310 10 71 nömrəsinə zəng edin. Sizin suallarınızı həll etmək və bizə bildirdiyiniz problemləri aradan qaldırmaq  üçün bütün ağlabatan səyləri göstərəcəyik.

Son yeniləmə tarixi:___.____.2024