ONLAYN MÜŞTƏRİLƏR VƏ ÜZVLƏR ÜÇÜN QAYDALAR VƏ ŞƏRTLƏR

Bu Qaydalar və Şərtlər (bundan sonra – "Şərtlər") və onlarda qeyd olunan bütün sənədlər siz onları qəbul etdikdə AZ1005, Bakı şəhəri, Azərbaycan prospekti, 14 hüquqi ünvanında yerləşən, VÖEN 1700073801,"Oriflame" MMC ("Oriflame", "biz", "bizi", "bizim") ilə Sizin  ("siz",  "Müştəri") aranızda məcburi  Razılaşmanı  (bundan sonra "Razılaşma") təşkil edəcəkdir.

Şərtlər Azərbaycanda ("Ərazi") -də Məhsul almaq üçün  "Oriflame" MMC-nin ticarət platformasından www.oriflame.az ("Sayt") istifadənizi tənzimləyən hüquqi müddəaları və şərtləri müəyyənləşdirir  və əvvəlki bütün razılaşmaları, bəyanatları və ya öhdəlikləri əvəz edir. Biz bu Şərtləri sizin üçün açıq olan veb saytımızda dərc etdik və buna görə də bu Şərtlərin və Razılaşmanı təşkil edən bütün digər sənədlərin nüsxəsini çap etməyi və ya gələcəkdə istifadə etmək üçün saxlamağınızı məsləhət görürük.


1. SƏLAHİYYƏTLƏR

1.1. Saytda satdığımız Məhsullar yetkinlik yaşına çatmayanların satın almaları üçün nəzərdə tutulmamışdır. 18 yaşına çatmamış şəxslər Sayta yalnız nəzarət altında və valideynlər və ya qanuni qəyyumların razılığı ilə daxil ola bilərlər.

1.2. Siz həmçinin fəaliyyət qabiliyyətli olmağınızı və bu Şərtlərdə müəyyən edilmiş şərtlər, müddəalar, öhdəliklər, təsdiqlər, bəyanatlar və zəmanətlər əsasında müqavilə bağlamaq və bu şərtlərə əməl etmək və yerinə yetirmək üçün tam səlahiyyətli olduğunuzu bildirir və təmin edirsiniz.

1.3. Siz ödənişlərinizi kredit kartı ilə və ya Saytda icazə verilən başqa bir ödəmə üsulu ilə həyata keçirə biləcəyinizi bəyan edirsiniz və zəmanət verirsiniz.


2. SİZİN UÇOT QEYDİNİZ

Veb saytımızda qeydiyyatdan keçmisinizsə ("Üzvlər"), ən azı 6 işarədən ibarət güclü bir şifrə seçmək, hesabınızı və şifrənizi gizli saxlamaq və kompüterinizə və ya cihazınıza girişi məhdudlaşdırmaq üçün məsuliyyət daşıyırsınız və hesabınızdan və ya şifrənizdən istifadə etməklə icra edilən bütün hərəkətlər üçün məsuliyyəti öz üzərinizə  götürürsünüz. Xidmətdən imtina etmək, uçot qeydlərini bağlamaq, içindəkini silmək və ya onlara dəyişiklik etmək və ya öz mülahizəmizə uyğun sifarişləri ləğv etmək hüququnu özümüzdə saxlayırıq.

 



3. MƏHSUL

"Oriflame Məhsulları" və ya "Məhsul" kosmetika və əlaqəli aksesuarlar deməkdir, həmçinin "Oriflame" MMC-nin ticarət nişanları altında satışa təqdim olunan bəzi qida və pəhriz əlavələri deməkdir; Saytda göstərilən bütün Məhsullar, qiymətlər, təkliflər və aksiyalar yalnız göstərilən müddət ərzində və ya müddət göstərilmədiyi təqdirdə sizin baxış seansınız ərzində etibarlıdır və məcburidir. Saytda təqdim olunan məhsullar haqqında ətraflı məlumat məhsulun əsas xüsusiyyətlərinin təsvirini əks etdirir.


Kataloqumuzdakı və ya saytımızdakı məhsulların şəkilləri yalnız illüstrasiya məqsədlər
i üçün verilir: sizə təqdim olunan məhsulların forması, rəngi və ölçüsü kataloqumuzda və ya  saytımızda təqdim olunan nümunələrdən fərqli ola bilər və belə fərqlər Məhsulun qüsuru hesab edilmir.



4. SİFARİŞİN YERLƏŞDİRİLMƏSİ

4.1. Satın almaq istədiyiniz Məhsulu seçərək Saytda sifariş verə bilərsiniz. Sifarişin yerləşdirilməsi seçilmiş Məhsulun alınması barədə bizə verdiyiniz təklif kimi qəbul edilir.

4.2. Sifariş aşağıdakı hərəkətlər edildikdə rəsmiləşdirilmiş hesab edilir:

4.2.1 "Səbətə əlavə et" seçimindən istifadə edərək almaq istədiyiniz Məhsulu seçmisiniz; istədiyiniz zaman Məhsulların sayını dəyişdirərək, Məhsulları silməklə və ya Səbətin bütün məzmununu silməklə Səbətin məzmununu yeniləyə və dəyişə bilərsiniz;

4.2.2 Siz bu şərtləri açıq şəkildə qəbul etmisiniz;

4.2.3 siz müştəri hesabınızı idarə etmək də daxil olmaqla sifarişinizi qəbul etmək, emal etmək və yerinə yetirmək üçün lazım olan şəxsi məlumatları təqdim etmisiniz; və

4.2.4 üstünlük verdiyiniz göndərmə və ödəniş üsulunu seçmisiniz.

4.3. Onlayn sifarişiniz yerləşdirildikdən sonra o Sayt vasitəsilə dəyişdirilə bilməz; siz aşağıda göstərilən ünvan üzrə Müştərilərə dəstək xidməti ilə əlaqə saxlamalısınız: CustomerService_az@oriflame.com. Sifarişinizi ləğv etmək istəyirsinizsə, 9-cu bəndə baxın.

4.4. Sifarişinizi qəbul etdikdə, sifariş təsdiqi sizə göstərdiyiniz elektron poçt ünvanına göndəriləcək və bundan sonra alqı-satqı müqaviləsi qüvvəyə minəcəkdir. İmtina üçün bir səbəb göstərmədən sifarişinizi qəbul etməkdən imtina edə bilərik. Bu zaman etdiyiniz hər hansı bir ödənişi tam olaraq sizə qaytaracağıq.

4.5. Sifarişi təsdiqləməklə yanaşı, Sizə göndərilən Məhsullar və bütün digər zəruri məlumatlar haqqında ətraflı məlumat alacaqsınız.

4.6. Onlayn sifariş edirsinizsə, aşağıdakılara diqqət yetirin:

4.6.1 bu Şərtlər, sifarişinizin təsdiqlənməsi ilə birlikdə sizinlə "Oriflame" MMC arasında Məhsulun satışı və alınması (saxlamağı və ya çap etməyi tövsiyyə etdiyimiz) və ya digər rabitə vasitələri ilə sizə bildirəcəklərimiz barədə müqaviləni təşkil edir;

4.6.2 müqavilə yalnız Azərbaycan dilində bağlana bilər və başqa dillərdə bağlana bilməz; və

4.6.3 "Oriflame" MMC Şərtlərin 18.3-cü bəndində göstərilən Davranış qaydalarını rəhbər tutur.

4.7. 8-ci və 9-cu bəndlərdə göstərilən hallar istisna olmaqla, icra edilmiş və ödənilmiş sifarişlər sizin tərəfinizdən ləğv edilə bilməz.

4.8. Sayt məlumatlarının yenilənməsi dövründə bəzi məhdud əlçatmazlıq halları istisna olmaqla, sifarişlər gün ərzində istənilən vaxt verilə bilər.

4.9. Məhsulların hamısı istənilən vaxt olmaya da bilərlər. Sifariş yerləşdirildiyi anda Məhsul yoxdursa, sifarişin tərkibini dəyişdirə bilmək və ya sifarişdən imtina edə bilmək üçün sifarişin rəsmiləşdirilməsi  başa çatana qədər sizə məlumat vermək üçün biz bütün mümkün səyləri göstərəcəyik.

4.10 Sayt bəzən və məhdud bir müddət ərzində texniki işlərin aparılması və ya müxtəlif texniki səbəblərə görə əlçatmaz ola bilər. "Oriflame" MMC bu cür əlçatmazlığa görə məsuliyyət daşımır və Müştərilər və ya sayta digər daxil olanlar tərəfindən bununla bağlı verilən hər hansı bir iradları rədd edir. Saytda təsvir olunan məhsul və xidmətlərin əlçatanlığı,  habelə bu cür məhsul və xidmətlərin təsvirləri yerləşdiyi yerdən və vaxtdan asılı olaraq dəyişə bilər.


5.
QİYMƏTLƏR VƏ ÖDƏMƏ QAYDASI

5.1 Başqa qayda göstərilməyibsə, Saytda göstərilən Məhsulların qiymətləri sifariş verildiyi anda Məhsulların tam pərakəndə satış qiymətini təşkil edir.  Bütün Qiymətlər ƏDV daxil olmaqla yerli valyutadadır.

5.2 Qiymətləri istənilən vaxt və öz mülahizəmizə uyğun olaraq dəyişdirmək hüququnu özümüzdə saxlayırıq, lakin sifariş verməzdən əvvəl seçdiyiniz Məhsulların Qiymətindəki hər hansı dəyişiklik aramızda birbaşa razılaşdırılmadıqca aramızda müqavilənin bir hissəsi olmayacaqdır.

5.3 Qiymətlərə daşıma, göndərmə və sifarişin rəsmiləşdirilməsi prosesi zamanı qiymətə əlavə olunan əlavə xərclər kimi aydın şəkildə dəqiq göstərilmiş və seçdiyiniz göndərmə üsulundan asılı olaraq dəyişə bilən hər hansı digər yığımlar və ödənişlər daxil deyildir.

5.4 Xüsusi kuponunuz varsa və Saytda göstərildiyi kimi Kodu göstərərək aktivləşdirmisinizsə, biz onun  dəyərini Məhsulun qiymətindən çıxacağıq.

5.5 Ödənişlər bank kartları və ya bu Şərtlərdə göstərilən digər üsullarla edilə bilər.  Əsas ödəniş bank kartlarının əksəriyyəti ödəniş üçün qəbul edilir.

5.6 Ödənişlərin yığılması məqsədləri üçün biz kənar xidmət tədarükçüləri ilə əməkdaşlıq etmək hüququnu özümüzdə saxlayırıq.  Bununla bağlı siz bu kənar xidmət tədarükçüsündən hesabları və ödəniş məlumatlarını ala bilərsiniz. Bir qayda olaraq, bütün hesablar fakturada göstərilən müddətdə ödənilməlidir.  Gecikmiş ödənişlər üçün Mərkəzi Bankın qüvvədə  olan faiz dərəcəsi ilə gündəlik faizlər, habelə mövcud siyasətə uyğun olaraq məqbul həddə borcun tutulması ilə bağlı xərclər tutula bilər.

5.7 Bank kartlarından həyata keçirilən onlayn ödənişlərin təhlükəsizliyi üçün bütün ödəniş məlumatları şifrələnir. "Oriflame" MMC səlahiyyətli ödəmə xidməti tədarükçüləri  ilə işlədiyindən, kredit kartları haqqında məlumatlar lazımi qaydada və ödəniş kartları sənayesinin beynəlxalq məlumat təhlükəsizliyi standartlarına uyğun şəkildə emal edilir.

5.8 Əgər biz kart ödənişlərini təkrarlamaq imkanı veririksə, rahat ödəniş üsulunu dəqiq seçmək və ona abunə olmaq seçiminiz olacaqdır.  Sifariş verildiyi anda ödəniş kartı ilə sonrakı ödənişlərə icazə veriləcəkdir, sifariş edilmiş məhsulların "Oriflame" MMC tərəfindən göndərildiyi anda məbləğ ödəniş kartınızdan silinəcəkdir.  Siz profil səhifənizə keçərək "Ödəniş kartı" (payment card) bölməsini seçərək istənilən vaxt dövrü ödənişlərdən imtina edə biləcəksiniz.

5.9 Siz hesab-fakturaları elektron formada almağa razılaşırsınız.

 

6. ÇATDIRILMA VƏ RİSKİN KEÇMƏSİ

6.1 Sifariş edilmiş Məhsul yalnız göstərilən ərazinin hüdudlarında çatdırıla bilər.

6.2 Məhsulun çatdırılma yeri sifarişinizdə göstəriləcəkdir. Böyük çəkisi olan bağlamalar olduqda, logistika şirkəti sizə elektron poçt və ya mətn məlumatı ilə bağlamanın özünüz tərəfindən götürəcəyiniz çatdırılma məntəqəsinin ünvanını verəcəkdir.

6.3 Sifarişinizi ən qısa müddətdə emal edəcəyik və çatdıracağıq, lakin bu, sifarişiniz bizim tərəfimizdən təsdiqləndikdən sonra 30 gündən gec olmayacaqdır. Nəzarətimizdən kənar şərtlərin səbəb olduğu çatdırılmadakı gecikmələrə görə məsuliyyət daşımırıq.

6.4 Məhsulun itməsi riski və Məhsula mülkiyyət hüququ Məhsul çatdırıldıqdan sonra sizə keçir.

6.5 "Oriflame" MMC sizin yanlış və ya natamam məlumat verməyiniz nəticəsində yaranan sifarişin çatdırılmamasına, səhv və ya vaxtında çatdırılmamasına görə məsuliyyət daşımır.

6.6 Şərtlərdən hər hansı birini pozduğunuzdan əsaslı şəkildə şübhələndiyimiz təqdirdə, istənilən vaxt verdiyiniz sifarişi birtərəfli qaydada ləğv etmək hüququnu özümüzdə saxlayırıq.

7. BİZİM MƏHSULUMUZUN UYĞUNLUĞU

Biz zəmanət veririk ki, "Oriflame" MMC-nin kosmetika məhsulları kosmetika məhsullarının və məmulatların istehsalında lazımi istehsal təcrübələri üzrə EN ISO 22716:2007 təlimatına və "Oriflame" MMC-nin Peşə etikası məcəlləsinə uyğun olaraq istehsal olunur.

 

 

8. SİFARİŞLƏRİ LƏĞV ETMƏK HÜQUQU

8.1. Biz Ərazidə qüvvədə olan Məhsulların geri qaytarılması qaydalarına ciddi əməl edirik (əlavə məlumat üçün 9-cu bəndə baxın).

8.2. Hər hansı bir sifarişi ləğv etmək və Məhsulu geri qaytarmaq hüququnuza xələl gətirmədən, bağlamanı alarkən, daşınma zamanı zədələnmiş məhsulların olmadığından əmin olmaq üçün onun içində olanları yoxlamalısınız. Siz və ya adınıza Məhsulları alan şəxs zərər/qüsuru təsvir edən pretenziya irəli sürərək dərhal Müştərilərə dəstək xidmətinə məlumat verməlisiniz. Siz həmçinin pretenziyanı elektron poçtla aşağıdakı ünvana göndərə bilərsiniz: CustomerService_az@oriflame.com

 

9. GERİ QAYTARMA VƏ ƏVƏZİN ÖDƏNİLMƏSİ HÜQUQLARI

9.1 Aşağıda 9.2-ci bənddə göstərilən müddət ərzində izahat vermədən Məhsul (Məhsullar) sifarişini ləğv edə bilərsiniz. Bu o deməkdir ki, müvafiq müddət ərzində fikrinizi dəyişsəniz və ya başqa bir səbəbdən sifariş verdiyiniz məhsulu özünüzdə saxlamaq istəmədiyinizə qərar versəniz, sifarişinizi ləğv etmək və xərclərin əvəzini almaq barədə qərarınız haqqında bizə məlumat verə bilərsiniz.

9.2 Kataloqun ilk 3 günü və son günü istisna olmaqla istənilən vaxt elektron poçta sifarişinizin təsdiqi gəldikdən sonra 72 saat ərzində sifarişinizdən imtina edə bilərsiniz. Sifarişə fiziki sahibləndikdən sonra iddia şərtlərini yerinə yetirməklə 14 gün ərzində iddia yerləşdirərək sifarişdən imtina edilə bilər.

9.3 Sifarişi ləğv etmək üçün xahiş edirik ki, aşağıdakı elektron poçt ünvanına CustomerService_az@oriflame.com yazmaqla xidmət mərkəzi ilə əlaqə saxlayın. Sifarişinizin ləğvi barədə bizə məlumat vermək üçün nümunəvi formadan istifadə edə bilərsiniz. Əgər siz bu formanı onlayn doldurub bizim  saytımız vasitəsilə göndərsəniz, sifarişinizin ləğv olunduğunu almağımız barədə təsdiqləməni uzun müddətli daşıyıcı ilə (məsələn, elektron poçt vasitəsilə) dərhal sizə göndərəcəyik. Hesabat məqsədləri üçün ləğv edilmə hqqında bildirişin bir nüsxəsini saxlamaq istəyə bilərsiniz. Sifarişinizi ləğv etmək üçün sadəcə ayrılmış müddət bitmədən sifarişinizi ləğv etmək hüququnuzdan istifadə etməlisiniz. Beləliklə, bizə elektron poçt və ya poçt vasitəsilə sifarişin ləğv edilməsi haqqında bildirişi göndərmisinizsə, sizin sifarişinizin  ləğvi  bizə elektron məktubu göndərdiyiniz və ya poçtla məktubu göndərdiyiniz tarixdən qüvvəyə minir.

9.4. Siz tam həcmdə Məhsullar üçün ödədiyiniz qiyməti, həmçinin ödədiyiniz hər hansı müvafiq göndərmə xərclərini geri alacaqsınız (təklif etdiyimiz standart büdcə çatdırılma növündən fərqli çatdırılma növünü seçdiyiniz halda yaranan əlavə xərclər istisna olmaqla). Biz qaytarılan məbləğdən çatdırılan hər hansı bir Məhsulun dəyərinin itirilməsi məbləğini əgər belə dəyərin itirilməsi  sizin onunla lazımi qaydada davranmamağınız səbəbindən baş verərsə çıxa bilərik. Məhsulların təbiətini, xüsusiyyətlərini və funksiyasını müəyyən etmək üçün lazım olanlardan başqa, yalnız məhsullarla davranış nəticəsində məhsulların dəyərinin hər hansı bir azalması üçün  məsuliyyət daşıyırsınız. Sizə qaytarılmalı olan məbləğin geri qaytarılmasını mümkün qədər qısa müddətdə emal edəcəyik, lakin hər halda (a) bütün çatdırılmış məhsulları sizdən geri aldığımız tarixdən sonra 14 təqvim günü ərzində və ya (b) (daha əvvəl) məhsulları geri qaytardığınıza dair sübut təqdim etdiyiniz tarixdən sonra 14 təqvim günü ərzində və ya (c) məhsullar çatdırılmamışsa, 9.8-ci bəndin tələbləri nəzərə alınmaqla  9.3-cü bənddə göstərildiyi kimi sifarişin ləğvi barədə bizə məlumat verdiyiniz tarixdən sonra 14 təqvim günü ərzində bu baş verəcəkdir. Əgər onlarda qüsur və ya yanlış təsvir aşkar edildiyi üçün Məhsulları bizə qaytarmısınızsa, 9.5-ci bəndə baxın.

9.5 Əgər Siz onlarda qüsur və ya yanlış təsvir aşkar edildiyi üçün Məhsulları bizə qaytarmısınızsa, biz qüsurlu məhsulun dəyərini, çəkilmiş göndərmə xərclərini və məhsulu  qaytardığınız zaman çəkdiyiniz xərcləri ağlabatan  həddə tam ödəyəcəyik.

9.6 Əgər aşkar şəkildə başqa qayda barədə razılığa gəlməmisinizsə, biz sizə kredit kartına, debet kartına və ya ödəniş üçün istifadə etdiyiniz başqa vasitəyə pulu qaytara bilərik; hər bir halda, geri qaytarılma ilə bağlı Sizin tərəfinizdən hər hansı yığımın ödənilməsi nəzərdə tutulmur.

9.7 Xahiş edirik ki, bəzi məhsulların sanitariya və ya gigiyena səbəblərinə görə hava keçirməyən qablaşdırmada gəlməsinə və zavod qablaşdırması pozulduqda sifarişinizi ləğv edə bilməyəcəyinizə və sizə çatdırıldıqdan sonra bu məhsulları geri qaytara bilməyəcəyinizə diqqət yetirin. Bu Məhsullar Saytda müvafiq markalanmaya malikdirlər.

9.8 Məhsullar sizə çatdırılmışdırsa:

9.8.1 Məhsulları gecikmədən və hər halda sifarişin ləğvi/alqı-satqı müqaviləsinin icrası tarixindən sonra 14 təqvim günündən gec olmayaraq bizə qaytarmalısınız. Məhsulları 14 günlük müddət bitmədən geri göndərsəniz, müddətə riayət ediləcəkdir;

9.8.2 Məhsulda qüsurlar və səhv təsvir aşkar edilmədikdə (bu halda 9.5-ci maddəyə baxın), məhsulların bizə qaytarılması üçün birbaşa xərclərə görə məsuliyyət daşıyacaqsınız; və

9.8.3 Məhsullar sahibliyinizdə olduğu müddətdə onları özünüzdə saxlamaq və  Məhsulların təhlükəsizliyini  təmin etmək üçün lazımi qayğı göstərmək ilə bağlı hüquqi öhdəliyiniz vardır.

9.9 Qanuni ləğv etmək hüququnuz haqqında ətraflı məlumat və təklif olunan geri qaytarma forması da daxil olmaqla ondan necə yararlanacağınıza dair izahat 4.5-ci bənddə göstərilən sənədlərdə əks olunur. Siz həmçinin linkdən geri qaytarma formasını da yükləyə bilərsiniz.

9.10 Qanuna görə, biz Məhsulu müqavilənin şərtlərinə uyğun tədarük etməliyik. Bir alıcı olaraq, qüsurları aşkar edilmiş və ya təsvirə uyğun olmayan Məhsullar ilə bağlı Siz həmişə qanuni hüquqlara malik olacaqsınız. Bu qanuni hüquqlar 9.8-ci bənddə və ya bu Şərtlərdə göstərilən geri qaytarma siyasətinin müddəalarına şamil edilmir. Ölkədə qanuni hüquqlarınız barədə məsləhəti Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən əldə edilə bilərsiniz.

9.11 "Oriflame" markası altında hər hansı bir Məhsulun keyfiyyətinə zəmanət veririk və bunun bizim tərəfimizdən və ya bizim üçün istehsal olunduğunu və ən yüksək keyfiyyət standartlarına cavab verdiyini təsdiqləyirik. Biz, Müştərilərimizin Məhsullarımızı hər cəhətdən qənaətbəxş hesab edəcəyinə əminik. Buna görə də, "Oriflame" MMC-nin əlavə  zəmanətini təqdim edirik ki, bu da sizə narazı qaldığınız hər hansı bir məhsulu dəyişməyinizə  və  ya həmin məhsula görə ödənilmiş vəsaitin tam geri qaytarılmasına imkan verir. Vəsaitlərin qaytarılması Məhsulun alındığı gündən 30 gün ərzində həyata keçirilməlidir. Bu zəmanət qəsdən zədələnmiş və ya təynatı üzrə istifadə  edilməmiş hər hansı bir Məhsula şamil edilmir. Başqa hal nəzərdə tutulmayıbsa, bu bəndə uyğun olaraq geri qaytarma və əvəz edilmə bu 9-cu bəndin əvvəlki yarım-bəndlərinin şərtlərinə uyğun həyata keçirilir. Bu zəmanət qanuni hüquqlarınıza təsir etmir.

 

10. ŞƏXSİ MƏLUMATLAR VƏ MƏXFİLİK

10.1. Saytda məlumat təqdim edirsinizsə, tələb olunduqda özünüz haqqında dəqiq, aktual və tam məlumat verməyə razılaşırsınız və lazım olduqda bu cür məlumatları yeniləməyə razılıq verirsiniz (bundan sonra – "Fərdi məlumatlar"). Sayt vasitəsilə topladığımız Fərdi məlumatları qüvvədə  olan qanunvericiliyə uyğun olaraq və "Oriflame" MMC-nin Məxfilik Bildirişinə əsasən istifadə edəcəyik və saxlayacağıq.

10.2 Siz başqa şəxsləri "Oriflame" Byüti Cəmiyyətinə dəvət edə bilərsiniz və onlar (Üzv və ya Brend-partnyorlar kimi) qoşulduqda, siz müstəqil məlumat idarəçisi kimi sizin və onların Byüti Cəmiyyətə abunəliyi ilə bağlı məqsədlər üçün və ya onların razılığı ilə elektron marketinq  məqsədləri üçün onların Fərdi məlumatlarına giriş əldə edəcəksiniz. Belə Fərdi məlumatları idarə edən müstəqil şəxs kimi:

      10.2.1 Siz Fərdi məlumatların və məxfiliyin qorunması ilə bağlı bütün tədbiq edilən qanunlara əməl edəcəyinizə zəmanət verir və razılaşırsınız;

          10.2.2 Siz o cümlədən Fərdi məlumatların təsadüfi və ya qeyri-qanuni məhv edilməsindən və ya təsadüfən itirilməsindən, dəyişdirilməsindən, icazəsiz açıqlanmasından və ya əldə edilməsindən, xüsusən emala, şəbəkə vasitəsilə məlumatın ötürülməsi daxil olduqda və digər bütün qanunsuz emal formalarından qorunması üçün müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirləri görəcəksiniz.  Texniki səviyyəni və onların həyata keçirilməsinin dəyərini nəzərə alaraq, bu tədbirlər emal ilə əlaqəli risklərə və qorunacaq Fərdi məlumatların xasələrinə uyğun  təhlükəsizlik səviyyəsini təmin etməlidir.

          10.2.3 Siz "Oriflame" MMC-yə  məktub göndərərək Fərdi məlumatın təsadüfi və ya qanunsuz məhvi, itkisi, dəyişikliyə məruz qalması, icazəsiz açıqlanması və ya fərdi məlumatlara müdaxilə ilə nəticələnən hər hansı bir təhlükəsizlik pozuntusu barədə dərhal "Oriflame" MMC-yə aşağıdakı ünvan üzrə məlumat verməlisiniz və hadisənin mahiyyətini və müdaxilə edilmiş məlumatları təsvir etməlisiniz: privacy@oriflame.com;

          10.2.4 Əgər siz istənilən vaxt Müştəridən və ya Fərdi məlumatlarını emal etdiyiniz digər şəxsdən məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq hüquqların həyata keçirilməsi üçün sorğu alırsınızsa, belə tələbi qüvvədə olan qanunvericiliklə tələb olunan həcmdə və "Oriflame" MMC tərəfindən vaxtaşırı sizə verilən siyasətə, prosedurlara və ya təlimə uyğun olaraq yerinə yetirməlisiniz;

          10.2.5 Fərdi məlumatları yalnız Üzvlərə və/və ya "Oriflame" MMC-nin Brend-partnyorlarına verilən məxfilik bildirişinə uyğun olaraq emal edə bilərsiniz. "Oriflame" MMC ilə münasibətləriniz dayandırıldıqdan sonra, sərəncamınızda olan və ya nəzarətinizdə olan bütün fərdi məlumatları əsassız bir gecikmə olmadan məhv edəcəyinizə zəmanət verir və razılaşırsınız.

10.3. Biz  məlumatların və məxfiliyin qorunması haqqında tətbiq olunan qanunların pozulması nəticəsində hər hansı bir cərimə, xərc, ödəniş və ümumiyyətlə çəkə biləcəyiniz hər hansı bir məsrəflər üçün hər hansı bir məsuliyyətdən qəti şəkildə imtina edirik. 

 

11. ÜZVLƏR

11.1. Siz Oriflame saytinda hesab yaradaraq Üzv kimi qeydiyyatdan keçə bilərsiniz. Üzv olaraq, yalnız Üzvlərin Mükafat Proqramının faydalarını əldə etmək hüququnuz olacaq.

11.2 Oriflame üzvlər üçün hər hansı xüsusi gəlir səviyyəsi və ya digər faydalarla nəticələnəcəyinə dair heç bir zəmanət vermir. Oriflame istənilən vaxt  hər hansı imtiyazları və ya hər hansı proqramı silmək, dayandırmaq və ya dəyişdirmək və ya yeni üstünlüklər və ya yeni proqramlar əlavə etmək daxil olmaqla, Üzvlər üçün hər hansı Proqramları yeniləmək və dəyişdirmək hüququnu özündə saxlayır. Üzvlər üçün hər hansı Proqramın dəyişdirilməsi və ya düzəlişi 30 gündən az olmayaraq veb-saytimizda dərc olunacaq və/və ya qeydiyyatdan keçmiş e-poçt ünvanınıza dəyişikliklər barədə bildiriş gələrək nəşrdə və/və ya bildirişdə göstərildiyi tarixdə qüvvəyə minəcəkdir. Bu cür dəyişikliklərdən xəbərdar olmaq üçün məsuliyyət daşıyırsınız. Cəmiyyət Üzvlərinin Mükafat Proqramına və Üzvlər üçün hər hansı digər proqrama edilən bu cür dəyişikliklər gələcəkdə saytdan və saytdakı məhsullardan istifadədə üzv kimi qeydiyyatdan keçmək statusunun davam etdirilməsi şərtini qəbul etmək anlamına gəlir. Biz sizin açıq şəkildə qəbulunuzu tələb edə bilərik, əks halda dəyişikliklər həyata keçirildikdən sonra Məhsulları sifariş etməyə davam edirsinizsə, dəyişiklikləri qəbul etmiş sayılırsınız.

11.3 Siz Brend-partnyorların və Üzvlərin müstəqil podratçılar olmaları, əməkdaşlar, agentlər və ya "Oriflame" MMC-nin nümayəndələri olmadıqları və heç bir şəkildə bizim adımızdan hərəkət etmək səlahiyyətinə malik olmadıqları barədə xəbərdar edilmisiniz. Cəlb etdiyiniz hər hansı digər Üzvlər və ya Müştərilər "Oriflame" MMC-nin məhsullarını "Oriflame" MMC tərəfindən dərc olunmuş qiymətlərlə alacaqlar; məhsulları özləri seçəcəklər və sifarişlərini sizin vasitənizlə deyil, birbaşa verəcəklər. "Oriflame" MMC ilə cəlb etdiyiniz Üzvlər və ya Müştərilər arasında müqavilələr bağlanarkən sizin danışıqlar aparmaq və ya vasitəçi kimi çıxış etmək səlahiyyətiniz yoxdur. Sizin həmçinin, bizim şəxsimizdən və ya bizim adımızdan və ya "Oriflame" MMC adından almaq, satmaq və ya ümumiyyətlə hər hansı bir razılaşmalar bağlamaq səlahiyyətiniz yoxdur. Mövcud Ərazi qanunvericiliyinin mənası ilə "ticarət agenti" olmadığınızı və "Oriflame" MMC ilə münasibətləri dayandırdığınız zaman hər hansı bir kompensasiya və ya təzminat almaq hüququnuz olmadığını etiraf və qəbul edirsiniz.

11.4 Brend-partnyorlar bizim Etika məcəlləmizə və Davranış qaydalarımıza əməl etməlidirlər. Biz sizi Brend-partnyorların hər hansı vicdansız, aqressiv və ya digər yersiz davranışı barədə bizim Dəstək xidmətinə məlumat verməyə çağırırıq. Siz Üzv olaraq, "Oriflame" MMC-nin hər hansı bir Üzvünü və ya Müştərisini cəlb edərkən Brend-partnyorların Etika məcəlləsinin və Davranış qaydalarının tətbiq olunan normalarına riayət etməlisiniz.

11.5 Siz həmişə "Oriflame" Brend-partnyoru kimi qeydiyyatdan keçə bilərsiniz.  "Oriflame" Brend-partnyoru kimi qeydiyyatdan keçdikdən sonra sizin Üzv kimi qeydiyyatınız avtomatik olaraq başa çatır. Brend-partnyorlar  və Üzvlər üçün abunəlik təkmilləşdirmələri və endirim qaydaları ilə bağlı əlavə məlumatı müvafiq Siyasətdə tapa bilərsiniz.


11.6. Siz
CustomerService_az@oriflame.com ünvanında Müştəri Xidmətlərimizə yazılı bildiriş göndərməklə istənilən vaxt, hər hansı səbəbdən, özünüzü Üzv kimi qeydiyyatdan çıxara və hesabınızı silə bilərsiniz.

 

12. TİCARƏT NİŞANLARI VƏ MÜƏLLİF HÜQUQLARI

12.1 "Oriflame" adı, bizim loqotipimiz və istehsal etdiyimiz, satdığımız, verdiyimiz və ya payladığımız Məhsulların və ya Çeşidlərin adları "Oriflame" MMC-nin ticarət markalarıdır. Saytda istifadə olunan bütün digər ticarət markaları, xidmət nişanları və loqotiplər "Oriflame" MMC-nin əlaqədar şəxslər ola bilən və ya ola bilməyən, onunla əlaqəli olan və ya onun sponsorluq etdiyi müvafiq sahiblərin ticarət markaları, xidmət nişanları və ya loqotipləridir. Saytda təqdim olunan hər hansı bir işarənin istifadəsi və/və ya surətinin çıxarılması müvafiq sahibinin əvvəlcədən birmənalı razılığını tələb edir.

12.2 Sayta  daxil olan və ya onun vasitəsilə istifadəsi mümkün olan,  o cümlədən, lakin  proqram təminatı və ya rəqəmsal kod, skriptlər, mətn, qrafik təsvirlər, fotoşəkillər, qrafika, loqotiplər, düymə nişanları, hərəkətsiz və ya hərəkətli təsvirlər, video və audio kliplər və məlumat tərtibatlar ilə məhdudlaşmayan bütün məzmun (bundan sonra -"Məzmun"), "Oriflame" MMC-nin, onun Məzmun təchizatçılarının və ya "Oriflame" MMC ilə bağlı və ya əlaqəli ola bilən və ya ola bilməyən və ya onun tərəfindən sponsorluq edilə bilən və ya edilə bilməyən  digər müvafiq sahiblərin mülkiyyətidir. Bizə məxsus olmayan məzmun bu sahiblər tərəfindən bizə lazımi dərəcədə lisenziyalaşdırılmış və müəllif hüququ, ticarət nişanı, reklam və digər qanunlar və beynəlxalq müqavilələrlə icazəsiz istifadədən, surətinin çıxarılmasından  və paylanmadan qorunulur.

12.3 Bizdən açıq yazılı icazə olmadıqda, hər hansı bir Məzmunu tam və ya qismən ələ keçirməməli,  nümayiş etdirməməli, icra etməməli, təqdim etməməli, satmamalı, lisenziyalaşdırmamalı, dəyişdirməməli, əsaslı törəmə əsərlər yaratmamalı, yenidən yayımlamamalı, yenidən layihələndirilməməli, yükləməməli, redaktə etməməli, yerləşdirməməli, təqdim etməməli, açıq şəkildə nümayiş etdirməməli, qruplaşdırmamalı, istinad etməməli, yaymamalı və ya istifadə etməməlisiniz. Bu Şərtlərdə və ya Saytda olan heç bir şey, dolayısı ilə və ya başqa bir şəkildə, bizim və ya Saytda təqdim olunan Məzmunun və ya əqli mülkiyyətin sahibi ola biləcək üçüncü tərəfin əvvəlcədən yazılı razılığı olmadan hər hansı bir Məzmundan hər hansı bir şəkildə istifadə etmək üçün hər hansı bir lisenziya və ya hüquq verilməsi kimi şərh edilməməlidir.

12.4 Sayt müəllif hüquqları ilə qorunur. Saytın Məzmununu təkrarlamaq, surətin çıxarmaq, satmaq, təkrar satmaq və ya ticarət obyekti etmək qəti qadağandır.

12.5 Bu Şərtlərlə icazə veriləndən başqa Məzmundan hər hansı bir istifadə  şərtlərin pozulmasıdır və  müəllif hüquqlarının və/və ya sənaye nümunəsinə olan hüququn və/və ya  patent hüquqlarının pozulması hesab edilir. Siz Məzmundan hər hansı bir qanunsuz məqsəd üçün istifadə etməməklə və ya hüquqlarımızı və ya başqalarının hüquqlarını pozmamaqla razılaşırsınız. Siz normal proseslərə və ya Saytın başqaları tərəfindən istifadəsinə, o cümlədən, məhdudiyyətsiz olaraq, administrator hüquqları ilə Saytın hissələrinə daxil olmaq cəhdlərinə müdaxilə etməməyə (və ya üçüncü tərəfin qeydiyyatınızdan istifadə etməsinə icazə verməməyə) razılaşırsınız.

 

13. XİTAM; DƏYİŞİKLİK

13.1 Biz istədiyimiz zaman öz mülahizəmizə  əsasən sizin bu Şərtlərə əməl edib-etmədiyinizi müəyyən edəcəyik. Şərtlərin hər hansı pozulması sizin Sayta girişinizin və ondan istifadənizin tam və ya qismən məhdudlaşdırılması ilə nəticələnə bilər.

13.2 Bu Şərtlər üzrə öhdəliklərinizdən heç birinin icrasında təkid etmiriksə və ya sizə qarşı hüquqlarımızı həyata keçirmiriksə və ya bu öhdəlikləri yerinə yetirməyi gecikdiririksə, bu, sizə qarşı hüquqlarımızdan imtina etməyimiz hesab edilmir və o demək deyildir ki, siz öhdəliklərinizi yerinə yetirməməlisiniz. Əgər biz sizin öhdəliklərinizi yerinə yetirməməyinizlə razıyıqsa, bunu yalnız yazılı şəkildə edirik və bu, sizin növbəti öhdəliklərinizi yerinə yetirməməyinizə avtomatik olaraq razı olmağımız demək deyildir.

13.3 Biz sizə və ya hər hansı üçüncü tərəfə xəbərdarlıq etmədən bu Saytın və ya onun hər hansı bir hissəsinin işini dəyişdirmək və ya dayandırmaq hüququnu özümüzdə saxlayırıq.

14. NÖQSANLAR VƏ DÜZƏLİŞLƏR

Biz kənar veb saytlara və ya mənbələrə istinadlar verə bilərik. Belə istinadları  təqdim etməyimiz belə bir istinad üzrə mövcud olan hər hansı bir məlumatın, məhsulun və ya xidmətin bəyənilməsi demək deyildir. İnternetin hər hansı bir hissəsinin, o cümlədən bu Saytın istinad edə biləcəyi və ya bu Sayt vasitəsilə əldə edilə bilən digər veb saytların məzmununa və ya işinə görə məsuliyyət daşımırıq. Lütfən, bu Saytın istinad etdiyi veb saytlarda aşkar edilən istənilən səhvlər və ya uyğun olmayan materialların olması barədə bizə məlumat verin.

 

15. İSTİNADLAR

Biz kənar veb saytlara və ya mənbələrə istinadlar verə bilərik. Belə istinadları  təqdim etməyimiz belə bir istinad üzrə mövcud olan hər hansı bir məlumatın, məhsulun və ya xidmətin bəyənilməsi demək deyildir. İnternetin hər hansı bir hissəsinin, o cümlədən bu Saytın istinad edə biləcəyi və ya bu Sayt vasitəsilə əldə edilə bilən digər veb saytların məzmununa və ya işinə görə məsuliyyət daşımırıq. Lütfən, bu Saytın istinad etdiyi veb saytlarda aşkar edilən istənilən səhvlər və ya uyğun olmayan materialların olması barədə bizə məlumat verin.

 

16. ŞİKAYƏTLƏRƏ BAXILMASI VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

16.1 Siz həmişə "Oriflame" MMC-nin Müştərilərinin dəstək Xidmətinə CustomerService_az@oriflame.com ünvanı  üzrə hər hansı şikayət, sual və ya sorğu göndərə bilərsiniz və ya 012 310 10 71 nömrəsi ilə Müştəri Xidməti ilə əlaqə saxlaya bilərsiniz.

16.2. Saytdan sizin istifadənizlə və ya bizdən satın aldığınız Məhsullar ilə bağlı hər hansı bir məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək üzrə qarşılıqlı hüququmuza xələl gətirmədən, biz hər hansı bir mübahisəni məhkəmədə yox, qarşılıqlı razılaşdırılmış şəkildə danışıqlar yolu ilə həll etməyə çalışacağıq. Xahiş edirik ki, məsələləri müzakirə edin və hər hansı bir iradı ilk növbədə Müştərilərə dəstək xidmətimizə göndərin. Bununla belə, mümkün olan hər hansı bir mübahisəni ərazinin İstehlakçı hüquqlarının qorunması üzrə dövlət orqanının diqqətinə çatdırmaq hüququnuz var.

 

 

17. TƏTBİQ OLUNAN HÜQUQ VƏ YURİSDİKSİYA

17.1 Bu şərtlər ərazi qanunvericiliyi ilə tənzimlənir və bu şərtlərdən və ya onunla əlaqədar yaranan hər hansı mübahisələr yalnız Ərazinin səlahiyyətli məhkəmələri tərəfindən həll edilməlidir.


18. ÜMUMİ MÜDDƏALAR

18.1. "Oriflame" MMC sizin elektron ünvanınıza məlumatları və ya bildirişləri ötürən poçt serverlərinin administratorları tərəfindən bloklanmasına, həmçinin kompüterinizdə quraşdırılmış proqram təminatı ilə elektron məktubların  silinməsinə və ya bloklanmasına görə məsuliyyət daşımır.

18.2. "Oriflame" MMC Ümumdünya Birbaşa Satış Assosiasiyaları Federasiyasının (VFDSA) (WFDSA Direct Selling Code of Ethics) qaydalarına ciddi şəkildə riayət edir. "Oriflame" MMC öz Brend-partnyorlarından "Oriflame" MMC-nin Etika Məcəlləsində və davranış qaydalarında  irəli sürülən bu məcəllələrə ciddi riayət etməyi tələb edir.

18.3 Biz müqavilə üzrə hüquq və öhdəliklərimizi başqa təşkilata verə bilərik, lakin bu, sizin hüquqlarınıza və ya öhdəliklərimizə təsir etməyəcəkdir.

18.4 Siz bu şərtlər üzrə hüquq və ya öhdəliklərinizi yalnız yazılı razılığımız olduqda başqa şəxsə verə bilərsiniz. Bununla belə, əgər siz Məhsulu hədiyyə olaraq  alsanız, siz hədiyyəni Alana 7-ci bənddə göstərilən zəmanətimizin üstünlüklərini  hədiyyə alan şəxsə razılığımızı almadan verə bilərsiniz.

18.5 Hər bir müqavilə sizinlə  bizim aramızda bağlanılır. Başqa heç bir şəxsin onun şərtlərindən hər hansı birinin məcburi icrasına  hüququ yoxdur. Bununla belə, hədiyyə etdiyiniz Məhsulun alıcısı 7-ci bənddə göstərilən zəmanətimizdən istifadə etmək hüququna malik olacaq, lakin bizim və sizin bu Şərtləri hər hansı şəkildə ləğv etməyimiz və ya dəyişdirməyimiz üçün onların razılığına ehtiyacımız olmayacaqdır.

18.6. Şərtlərin hər hansı bir müddəası qanunsuz, etibarsız hesab edilərsə və ya hər hansı bir səbəbdən qanuni qüvvəyə malik deyilsə, bu müddəanın etibarsızlığı Şərtlərin qalan müddəalarının etibarlılığına təsir göstərmir.

18.7. "Orifleym" şirkəti tərəfindən bu Şərtlərin hər hansı müddəasının tətbiq edilməməsi onların tətbiqi imkanından imtina hesab edilmir.

18.8. Əksinə qərar verməsəniz, sizə xəbərdarlıqlar, bildirişlər, elektron poçt məlumatları, birbaşa marketinq məktubları göndərə bilərik və istənilən kommunikasiya kanalından istifadə edərək sizinlə əlaqə saxlaya bilərik. Siz istifadəçi parametrləri bölməsinə daxil olaraq istənilən vaxt bizdən marketinq məlumatları sahəsində öz seçimlərinizi yeniləyə bilərsiniz. Bu şərtləri qəbul edərək, siz razılaşırsınız ki, "Oriflame" MMC sizə sizin alqı-satqı müqaviləniz və/və ya satınalma sifarişlərinizlə bağlı hər hansı digər məlumatı/informasiyanı kağızdan fərqli möhkəm daşıyıcılarda (yəni elektron poçt və ya şəxsən Sizə ünvanlanan hər hansı digər,  məlumatı gələcək istifadə üçün kifayət qədər uzun müddət saxlamağa imkan verən və həmçinin bu cür məlumatların dəyişməz şəkildə çoxalmasına imkan veriən vasitələrlə) göndərəcəkdir.

18.9. Sifarişli bildirişlə poçtla və ya birinci dərəcəli poçtla bu Razılaşmada  göstərilən tərəfin ünvanına və ya bir tərəfin digər tərəfə dövri olaraq yazılı şəkildə bildirdiyi başqa bir ünvana göndərilən hər hansı bir bildiriş, bildiriş müddətinin aşağıdakı qaydada hesablanmasına səbəb olur (i) poçtla sifarişli xəbərnaməli göndərildiyi halda belə bir bildirişin göndərildiyi tarixdən  və (ii) birinci dərəcəli poçtla göndərildikdə belə bir bildiriş göndərildikdən sonra ikinci iş günündən. Bildiriş başqa bir üsulla göndərilirsə, bildiriş müddəti bildirişin faktiki alındığı gündən hesablanmağa başlayır. Bu, 9-cu bəndə uyğun olaraq geri qaytarma barədə bizə bildiriş verilməsinə şamil edilmir - geri qaytarma müddəti Məhsulu geri qaytarmaq istədiyinizi bizə bildirdiyiniz tarixdən başlayır.

18.10 “Oriflame” MMC haqqında əlavə müvafiq məlumat aşağıda göstərilmişdir.

Adı: “Oriflame” MMC

Ünvan: Az1005 Azərbaycan prospekti, 14

Əlaqə məlumatı: El. poçt: CustomerService_az@oriflame.com

VÖEN 1700073801

 

19. ƏLAQƏLƏR

Sayt və ya bu Şərtlərlə bağlı hər hansı bir sualınız varsa, bizə aşağıdakı ünvana yazın: CustomerService_az@oriflame.com. Sizin suallarınızı həll etmək və bizə bildirdiyiniz problemləri aradan qaldırmaq  üçün bütün ağlabatan səyləri göstərəcəyik.



Son yeniləmə tarixi: ___.____.2024