Описание
Bütün dünyada milyonlarla insan Oriflame-in əfsanəvi yumşaldıcı vasitəsini onun dodaqlara və dəriyə göstərdiyi heyrətamiz zərifliyinə görə sevir. Çəhrayı qablı favoritin daha da yaxşılaşdı! Biz formulu təkmilləşdirərək onu təbii yağlarla zənginləşdirmişik və indi vasitədə 99,9% təbii mənşəli inqrediyentlər var. Biz həmçinin qablaşdırmanın da qeydinə qalmışıq, onu daha rahat və ekoloji etmişik. Sevimlilərini seçmək üçün daha çox səbəb!
Niyə biz formulu yaxşılaşdırdıq?
Bizim əfsanəvi və sevimli məhsulumuz təbiətə daha da yaxın olmalıdır, biz belə düşündük. Və formulaya bərpa olunan mənbələrdən təbii yağlar əlavə edərək – kastor və günəbaxan yağını, onu yaxşılaşdırdıq. İndi yumşaldıcı vasitə 99,9% olaraq təbii mənşəli inqrediyentlərdən ibarətdir.
Təbii yağlar kompleksi
Günəbaxan toxumu yağı və kastor yağı dəriyə qulluq edir, dərindən qidalandırır, onu bərpa edir və qoruyur
E vitamini
Güclü antioksidant epidermisin hüceyrələrini sərbəst radikalların mənfi təsirindən qoruyur, dərini sakitləşdirir və yumşaldır
Arı mumu
Faydalı xüsusiyyətləri ilə tanınan təbii mum dərini yumşaldır, hamarlayır və sakitləşdirir, nəm balansını və baxımlı görünüşü dəstəkləyir
Və həmçinin:
Vasitə necə işləyir:
Lazım olduqda dodaqlara, qaşlara, kutikullara, dirsəklərə, pəncələrə və dərinin digər quru nayihələrinə çək.