Malva çiçəyi
Malva sylvestris
Qədim dövrlərdən bərimalvanın antibakterial və iltihab ələyihinə xüsusiyyətləri bitki mənşəli dərmanlarda və çay içkilərində qiymətləndirilib. Bu yeməli bitki Avropa, Şimali Afrika və Asiyadakı vəhşi ərazidə böyüyür və tərkibində çox sayda aktiv birləşmələr, o cümlədən flavonoidlər, flavonlar, yapışqan maddələr, amin turşuları, həmçinin E və C antioksidant vitaminləri ehtiva edir – və bu, onlardan yalnız bəziləridir! Kosmetologiyada layiqincə qiymətləndirilən malva çiçək ekstraktı nəmləndirici, qulluqedici və sakitləşdirici xüsusiyyətləri ilə dərini tonlamağa və ona rahatlıq verməyə kömək edir.
Gözəllik üçün faydaları
Dərini nəmləndirir, sakitləşdirir və ona qulluq edir.
Dərinin qoruyucu maneəsini qorumağa kömək edir.
E və C vitaminləri də daxil olmaqla yüksək səviyyədə antioksidant birləşmələri dərini oksidləşdirici zərərlərdən qoruyur.