Özünüzə və başqalarına zərif qayğı
Oriflame xeyriyyə tədbirində iştirak edin və dünyanı daha yaxşı edin!
Biz həmişə insanların həyatını yaxşılığa doğru dəyişməyə çalışmışıq və maksimum effektivliyə nail olmaq üçün biz bütün sosial layihələrimizi Oriflame Xeyriyyə fondunda birləşdirdik. Biz həmçinin Beynəlxalq uşaq fondunun həmtəsisçisiyik - bu, dünyada ehtiyacı olan uşaqlara kömək edən bir təşkilatdır.
Yeni 2020-ci ildə biz klassik məhsulumuz - xüsusi yumşaldıcı Tender Care ilə bir xeyriyyə aksiyasına başlayırıq. Artıq 20 ildən çoxdur ki, o, özünə zərif qulluğun təcəssümüdür, indi isə onunla başqalarına da qulluq göstərmək olar. 30861, 34042, 34875 kodu ilə məhsulun hər bir qabını alanda onun qiymətinə 0.05 AZN əlavə ediləcək, bu da Xeyriyyə fondumuza gedəcək. Bizə qoşul və dünyanı bizimlə yaxşılığa doğru dəyiş!