Haylayter quru və maye

Haylayterin maye teksturu gündüz makiyajı üçün yaxşıdır. O, tonal vasitəyə "uyğunlaşır" və daha zərif effektə malikdir — ikinci dəri effekti. Yağlılığa meylli dəri üzərində belə miks quru teksturdan daha pis qalacaq, amma quru dəri üçün mükəmməl uyğun gələcək. Quru teksturlar axşam və ya daha parlaq və effektli makiyaj üçün yaxşıdır. Foto və video çəkilişi üçün kombinə edilmiş variantı etmək daha yaxşıdır - quru teksturu maye teksturun üzərinə çəkmək.

Haylayter yalnız üzdə deyil, həm də bədəndə istənilən həcmləri (qabarıq sahələri) əla şəkildə vurğulayacaq. Məsələn, maye haylayterlə köröücük sümüklərini və baldırların üstündəki nayihəni işləmək olar. Yayda parlayan ayaqlar çox gözəl görünəcək.

Layfhak: maye haylayterin bir damcısını konsilerə qarışdırmaq və dincəlmiş baxış effektini yaratmaq üçün gözlərin altına çəkmək olar. 

Maye haylayter parıldayan dərinin yaradılması üçün istənilən maye tekstura qarışdırıla bilər, istər bu serum, krem, tonal əsas və ya hətta konsiler olsun. Əsas odur ki, yağlı parıltılı dəri effektini yaratmamaq üçün yalnız bir neçə damcı istifadə edilsin.