Göz praymeri göz kölgəsinin çəkilməsini asanlaşdırır və eyni zamanda makiyajın qalıcılığını uzadır, ona görə də o, istənilən göz formasına malik qızlar üçün istifadə etməyə tövsiyə olunur. Ancaq sallanmış göz qapaqları olduğu tədirdə bu vasitə əvəzsizdir. Fiksasiya etmək üçün dəri çalarlı kölgələri bütün göz qapağın üzərində yayın. Onlar mat olmalıdır, heç bir parıltı və ya sədəf olmamalıdır. Bu qaydaya əməl etməməklə, vizual olaraq həcm əlavə edə və gözləri daha da "ağırlaşdıra" bilərsiniz. Məhsulların seçiminə diqqət yetirmək vacibdir.
Göz layneri qalıcı, kirpiklər arasındakı boşluq üçün qələm isə fiksasiya oluna bilən olmalıdır. Mən 35742 və 36547-ni seçirəm. Belə makiyajın əsas məqsədi gözləri "açmaqdır". Aşağı göz qapağı minimal şəkildə vurğulanır - heç bir enli və qalın xətlər olmamalıdır. Əks halda, gözlərin formasını daraldacaqsınız. Uzun quyruqlu geniş oxlar göz qapaqlarının belə quruluşu üçün uyğun deyil. Onlar sadəcə diqqəti cəlb edəcək və baxışı ağır və yaşlı edəcək. Yuxarı göz qapağında kirpik xətti boyunca əyilmiş nazik ox mükəmməl seçim olardı - o, gözlərin gözəlliyini vurğulamağa kömək edəcək, lakin eyni zamanda onun üstünü həcmli qat örtməyəcək. Gözlərin daxili künclərindən deyil, kirpik xəttinin mərkəzindən başlanan yarım ox - bu seçim yalnız sallanmış göz qapaqları deyil, həm də yaxın yerləşən gözlərə malik olan qızlar üçün uyğundur.