Stilizə edilmiş və ya gecə tədbirləri üçün siz “bir aksent” qaydasını poza bilərsiniz, və, misal üçün, klassik Smoky eyes texnikasına əlvan dodaqlar əlavə edə bilərsiz.
Lakin balans hissi dəyişilməz olaraq qalır, və əgər biz aksentlər haqqında danışırıqsa, yalnız göz və ya dodaq makiyajında rənglərin dolğunluğunu deyil, həm də çalarların uyğunluğunu nəzərə almalıyıq. Misal üçün, Şirəli böyürtkən çalarında dodaq boyası və tünd Smoky eyes yersiz cəlbedici görsənəcək. Ancaq dodaq boyasının çalarını Ehtiraslı pion və ya isti şokolad kimi daha təbii və vurğulayıcısı ilə əvəz eləsək – bu artıq effektli klassika deməkdir.
Davamlı makiyajın əsası – düzgün seçilmiş tonal vasitədir. Adaptiv tonal əsas məxməri-donuq ötrüklüyü təmin edir. “Maska” effektindən xilas olmaq üçün məhsulu nazik qat ilə dərinizə tətbiq edin. Bu makiyajda kirşanın məqsədi xoşagəlməz parıltının yaranmasının qarşısını almaq və makiyajı möhürləmək və onun dayanıqlığını uzatmaqdır.
Uğurlu obrazın sirri – geyimin, aksessuarların və makiyajın harmonik ahəngidir. Göz kölgələri, kirşan və dodaq boyası kimi kosmetik vasitələrinin çalarları geyimin rəng palıtrası ilə ideal uyğunluq yaratmalıdır. Hər şey çox sadədir: əgər geyimdə daha çox soyuq çalarlar varsa, demək ki, makiyajda da həmij tonlara üstünlük vermək lazımdır, isti çalarları isə qorxmadan isti çalarlarla uyğunlaşdırırıq. Bu bütün obrazın təmizliyini və harmoniyasını təmin edəcək.
MAKIYAJ №1
- THE ONE EVERLASTING SYNC SPF 10 ADAPTİV DONUQ TONAL ƏSAS
- THE ONE EVERLASTING DAVAMLI KONSİLER
- THE ONЕ KONTURİNQ ÜÇÜN PALET
- THE ONE COLOUR UNLIMITED DAVAMLI GÖZ KÖLGƏSİ-QƏLƏM
- THE ONE TREMENDOUS kipriklər üçün pişik baxışları effektli tuş
- THE ONE dodaqlar üçün davamlı parıltı
MAKIYAJ №2
- THE ONЕ KONTURİNQ ÜÇÜN PALET
- THE ONE ULTRA YUMŞAQ GÖZ KÖLGƏSİ – KAYAL
- THE ONE TREMENDOUS kipriklər üçün pişik baxışları effektli tuş
- THE ONE IRRESISTIBLE TOUCH parlaq dodaq boyası-kuşon