Ampullar nədir?
Ampul – aktiv komponentli vasitələrin saxlanılması üçün nəzərdə tutulmuş germetik qabdır. Xarici baxımından, onlar alimlərin istifadə etdiyi şüşə qablara bənzəyirlər və bu, sadəcə brendin texnoloji yönümlü olmasını və peşəkarlığını vurğulamaq üçün edilməyib (baxmayaraq ki, bu da mümkündür). Ampulanın tünd şüşəsi və kiçik ölçüsü formulu günəş işığının və havanın təsirindən qorumağa kömək edir.
İçəridə nə ola bilər?
Əksər hallarda ampulların tərkibində yüksək konsentrasiyalarda aktiv komponentlər olur: peptidlər, keramidlər, retinol və ya C vitamini. Onlar konkret problemləri qısa müddətdə həll etmək üçün adi dəriyə qulluğa əlavə kimi işləyirlər, məsələn, qırışların və ya hiperpiqmentasiyanın görünməsini azaldırlar, tutqun üz dərisi rəngindən qurtulmağa və ya onun konturlarına aydınlıq verməyə kömək edirlər.
Bir çox brendlər bu gün populyar olan bu formatda məhsullar təklif etməyə hazırdırlar, lakin unutmaq lazım deyil ki, tərkibdə aktiv inqrediyentlərin sayı çox yüksək ola bilər. "Məhsulun tərkibinə diqqət yetirmək vacibdir, çünki ampul standart serumdan çox yüksək konsentrasiyada olan inqrediyentlərə qədər hər şeyi ehtiva edə bilər" – Kaputsina Martin-Fipps, dəriyə qulluq üzrə ekspert və Oriflame şirkətinin baş elmi işçisi izah edir.
Ampullar şəklində vasitələri gündəlik qulluğa necə daxil etmək olar?
İlk növbədə, təlimatlara dəqiq şəkildə əməl etməyi məsləhət görürük. Yanlış istifadə allergik reaksiya, qızartı və qaşınmaya səbəb ola bilər.
Ümumiyyətlə, ampullar şəklində vasitələr daimi olaraq istifadə edilmir, lakin onlar qısa müddət ərzində dərinin mövcud problemlərini həll etmək üçün idealdır. Bəzən onlar serum yerinə və ya ona əlavə kimi istifadə edilə bilər.
Ampullar şəklində məhsulu sınamağı səbirsizliklə istəyirsən? NovAge ProCeuticals peptidlərlə serum-konsentratdan başlamağı məsləhət görürük. Bu məhsul dərini dartmaq və bərkitmək üçün günlük kurs təşkil edir və bir ampulun gündə iki dəfə istifadə edilməsini nəzərdə tutur.
Peptidlər – dərinin gəncliyinin qorunması üçün lazım olan kollagenin və elastinin tikinti materialıdır. Peptidlər sallaqlıq və qırışlar kimi yaşlanma əlamətləri ilə mübarizə aparırlar, eyni zamanda kollagen istehsalını stimullaşdıraraq, dərini dartışdırırlar və möhkəmləndirirlər.
ProCeuticals ampullar şəklində serum-konsentratı necə istifadə etmək olar?
1. Təmizlənmədən sonra vasitəni gündə 2 dəfə istifadə et: ampulanın tərkibinin yarısını səhər, yarısını – axşam.
2. Xüsusi manjetlə başı qır və ampulanın üzərinə pipet tax. Ampulu çevir və məhlulun yarısını pipet vasitəsi ilə ovucuna sıx.
3. Serumu gözətrafı nahiyyəyə toxunmadan üz və boyunun quru dərisinə çək. Məhsulun qalan hissəsini ikinci dəfə istifadə etmək üçün pipeti qapaqla bağla. Sonra gözətrafı dəri üçün kremdən, vərdiş etdiyin serumdan və üz kremindən istifadə et.